Üç qrup qadın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 530
Səs ver:
(səs: 0)
Qadınların həyatımızdakı rolu əvəzedilməzdir. Bu dünyanı onlarsız təsəvvür etmək yəqin ki, heç Allaha da xoş getməz. Hər dəfə səfərə çıxanda, şəhərdə gəzəndə, avtobusda, müxtəlif yerlərdə bir-birindən fərqlənən qadınlarla rastlaşıram. Bu qadınlar bəzən çox xoşbəxt, bəzən çox kədərli, bəzən isə həddindən artıq bədbəxt görünürlər. Məncə heç bir qadın göz yaşına layiq deyil. Ən nifrət etdiyimiz qadının belə gözlərində göz yaşı gördükdə istənilən kişi qəlbində mərhəmət yaranır. Qadınlar daxilən sıxıntı keçirib əzab çəksələr də bunu çox vaxt büruzə verməməyə çalışırlar. Çünki kişilərdən fərqli olaraq qadınlarda rəqabət, qısqanclıq, paxıllıq, kin hissləri daha alovludur. Bu baxımdan cəmiyyətdə duruşuna görə qadınlar arasında şərti olaraq 3 bölgü aparmaq olar.

1.Xoşbəxt qadınlar

2.Xoşbəxt görünən qadınlar

3.Bədbəxt qadınlar.

Xoşbəxt qadınlar-Bu bölgüyə daxil olan qadınlar iş, ailə, sevgi sahəsində digərlərindən bir addım öndə olsalar da çox vaxt sahib olduqlarının dəyərini bilmirlər, daima narazılıq edib yeni seçimlər, axtarışlar edirlər. Cəmiyyət belə qadınları xoşbəxt adlandırır. Ancaq bu qadınlar özləri ilə baş-başa qaldıqlarında heç də xoşbəxt olduqlarını düşünmürlər, cəmiyyətin onları xoşbəxt görməsi isə onlar üçün xoşbəxtlikdir.

Xoşbəxt görünən qadınlar -Bu bölgüyə daxil olan qadınlar içindəki eqo (mən) ilə mübarizə  aparan, ailədə, işdə uğur əldə etməsələr də makiyaj, gözəl geyim, saxta gülüşlə gözəl görünməyə çalışırlar. Ailəyə vermədikləri enerjilərini cəmiyyətdə əks etdirirlər. Bu qadınlar daim gözəl və gülərüz görünürlər. Belə qadınları bədbəxt qadınlardan fərqləndirən xüsusiyyət isə bunların xoşbəxt olmaq üçün xoşbəxt görünmələrinin kifayət etməsidir.

Bədbəxt qadınlar - Bu bölgüyə daxil olan qadınlar gənclik illərində sevgiyə, təhsilə o qədər də önəm verməyib zaman keçdikcə isə bunun peşmanlığını çəkən, daha çox keçmişini düşünən qadınlardır. Xaraktercə aqressiv, əsəbi olmaqları ilə yanaşı qara rəngli geyimlərə daha çox üstünlük verirlər. Bu qadınlar gənclik illərində atmadıqları addımlar üçün çox vaxt fikir içində olur əzab çəkirlər. Əsəbi, özünə fikir verməyən, həyatda hər şeyi itirdiyini düşünən, başqaları üçün həyatlarını fəda edənlərdir. Onların çox vaxt yalançı gülümsəməyə də gücləri çatmır, çünki əzab, fikir, sıxıntı onları sıxır və ən pisi isə özlərini bədbəxt görürlər. Günü-günə satır, həyatlarında bir işıq üçün addım atmırlar.

Ey qadın. Ey ana, sən bədbəxt deyilsən, dünyaya qadın gəldiyin üçün xoşbəxtsən. Önəmli olan qadın müqəddəsliyini dərk etmək və o pillədə qalmaqdır. Hər qadın «qadın» adını daşıya bilər. Əsas odur ki, qadın müqəddəsliyini dərk edib bunu həyatda tətbiq edə bilsin.      

Xoşbəxtlik nisbi bir anlayışdır, sadəcə xoşbəxt an və anlar var. Sən xoşbəxtliyini qadın müqəddəsliyində gör. Unutma-Qadının Yaradılışı müqəddəslikdir!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri