Müsəlman qadınlarının dəhşətli həyatı - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 5 580
Səs ver:
(səs: 2)
Atiyə 3 dəfə əməliyyat olunub.

Pakistanda işçiləri ilə müştəriləri şoka salan gözəllik salonu açılıb. Bu salon yandırılan qadınlar üçün  reabilitasiya mərkəzinin nəznində açılıb. Kislota və yanacaq maddələr Pakistanda məşhur cəza növlərindən biridir.

Bu cür cəzaya məruz qalmış qadınlardan bir neçəsini təqdim edirik:

26 yaşlı Saira Liakat əlində 16 yaşı olarkən çəkilən fotosun tutub. O, 15 yaşında qohumuna ərə gedib, o isə öz növbəsində Sairanı onunla yaşamaq istəmədiyinə görə eybəcər hala salıb. Çapıqlardan can qurtarmaq üçün Saira 9 əməliyyat keçirib. İndi o, qeyd oluna reabilitasiya mərkəzində kosmetoloq işləyir.

Saira Liakat müştəriyə makiyaj edir. Saira ona reabilitasiya mərkəzində kosmetoloq işini həvalə etdiklərinə görə minnətdardır, amma qorxur ki, zəif görmə qabiliyyəti ona mane ola bilər.

18 yaşlı Şamim Axterin fotosu öz evində Pakistanın Canq şəhərində çəkilib. 3 il əvvəl onu üç oğlan zorlamış, sonra üstünə kislota tökmüşdülər. O, öz əvvəlki görünüşünü qaytarmaq üçün 10 əməliyyat keçirmişdi.

30 yaşlı Sabira Sultana öz evində Pakistanın Celum şəhərində makiyaj edir. Hamilə qadını ailəsi yaxşı cehiz vermədiyi üçün öz əri benzin töküb yandırmışdı. Sabira 20 plastik əməliyyat keçirib.

30 yaşlı İslamabad sakini İrum Səidi 12 il əvvəl ərə getmək istəmədiyi oğlan bu hala salıb. O, küçənin ortasında qızın üzünü, çiynini, kürəyini yandırıb. İrum 25 plastik əməliyyat keçirib.

16 yaşlı Atiyə Xəlili 3 il əvvəl ərə getmək istəmədiyi oğlanın qohumları kislota töküb yandırmışdılar. Atiyə 3 dəfə əməliyyat olunub.

28 yaşlı Uruj Əkbər reabilitasiya mərkəzində manikür edir. 3 il əvvəl əsəbləşmiş ər qadın yatan yerdə kerosin töküb yandırmışdı. İşindən qazandığı pulları Uruj dəhşətli hadisədən sonra demək olar ki, görmədiyi qızı üçün xərcləyir.

16 yaşlı Nəcəf Sultanı 5 il əvvəl yatdığı vaxt öz atası yandırmışdır. O, sadəcə ailəsində qızın olmasını istəmirdi. Yanğın nəticəsində qız kor olmuş və valideynləri onu tərk etmişdilər. İndi o, öz qohumları ilə yaşayır. Nəcəf 15 plastik əməliyyat keçirib.

32 yaşlı Şanaz, Pakistanın Celum şəhərinin sakini, 19 yaşında qohumları tərəfindən kislota tökülərək yandırılmışdır. Onun ailəsi qızlarını qohuma ərə verməkdən imtina etmişdir. Şanaz 8 plastik əməliyyat keçirib.
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 5 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri