Qadınların incәliyini mәhv edәn amillər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 202
Səs ver:
(səs: 1)
Qadınların incәliyini mәhv edәn 15 amil.

1. Hәddindәn artıq sosial aktivlik. Әksәr hallarda sosial aktivlik qadın üçün sevgi çatışmazlığını doldurmaq üçün bir vasitә kimi çıxış edir. Qadın üçün iş, ailә qayğılarından dincәlmәk, pozitiv ünsiyyәt dairәsi yaratmaq vә ümumiyyәtlә istirahәt vә zövq mәnbәyi olmalıdır.

2. Tәlaş. Tәlәsgәnlik vә mәmnunluq bir­birinә zidd anlayışlardır. Tәlaş hәm fiziki, hәm dә mәnәvi cәhәtdәn gәrginlik yaradır. Bunun nәticәsi olaraq hәm mәrkәzi sinir sitemi, hәm dә hormonal fonda pozğunluq yaranır.

3. Ailәdәn kәnar ünsiyyәtin çoxluğu, aktivlik. Әgәr kişilәr özlәrini sevgi vә emosiya olmayan, rәqabәt qabiliyyәtli cәmiyyәtdә tәkmillәşdirib inkişaf etdirirsә, qadınlarda bu hal tam әksinәdir. Sevgi, emosiya, qayğı olmayan yerdә qadının psixoloji enerjisi aşınır.

4. Bәr­bәzәk, aksesuarların olmaması vә ya onlardan düzgün istifadә etmәmә. Hәr bir qadın bilir ki, düzgün seçilmiş aksesuarlar gün әrzindә әhvalı yüksәldir, özünә әminlik hissini artırır.

5. Öz bәdәninә lazımi diqqәti ayırmamaq. Әksәr hallarda qadının keçirdiyi hisslәr, yaşadığı hadisәlәr onun bәdәninә, orqanizminә tәsirsiz ötüşmür. Buna görә dә özünә qulluq etmәk qadının әn birinci qayğılarından biri olmalıdır.

6. Emosional mәhduduiyyәt. Qadının özü yaxud onun әtrafı ona hisslәri vasitәsi ilә özünü tәmsil etmәyә imkan vermirsә, bu depressiyaya sәbәb ola bilәr. Hәrdәn qadınlar düşünürlәr ki, onların yalnız xoş emosiyalara haqqı çatır, lakin bu belә deyil, axı siz robot deyilsiniz. Yaxşı olardı ki, qadının yanında ona әziz vә doğma insan olsun hәr zaman. Belә olan halda qadın rahatlıqla hisslәrini biruzә verәcәk.

7. Hobbi vә ya sevimli mәşğuliyyәtin olmaması. Qadının özü üçün bir mәşğuliyyәtin olması çox vacibdir. Ola bilәr ki, bu mәşğuliyyәt heç bir maddi mәnfәәt gәtirmir, amma zövq mәnbәyidir. Yaxşı olar ki, kişilәr qadınlara belә mәşğuliyyәtlәrә vaxt ayırmağa yardımçı olsunlar.

8. Yaradıcılığın olmaması. Әtrafı yaxşılaşdırmaq, rahatlandırmaq, isti ab­hava yaratmaq qadın tәbiәtinә uyğundur. Güllәr, güldanlar, pәrdәlәr, rәsmlәr tәkrarolunmaz interyer yaradır. Qadına şәrait yaradılmalıdr ki, o, özünün yaradıcılığını tәtbiq etsin.

9. İdarәetmә tәşәbbüsü. Qadınlar idareәtmә sferasında olduqca uğurlu nәticәlәr әldә edә bilirlәr, amma bu onların tәbiәtinә, zәrifliyinә, incәliyinә xәlәl gәtirir. Qadın ilham mәnbәyi olmalıdır, kişi isә bütün xarici işlәri idarә etmәli vә qәrar qәbul etmәlidir. Misal üçün, qadın kredit әldә edir sonra isә hәtta onun ödәnişi haqda fikirlәr belә onu gәrginlәşdirir, әsәblәşdirir, "dәlilәşdirir” .

10. Ev vә mәişәt qayğılarından imtina. Ev işlәri, qayğıları qadında әtrafa olan diqqәt vә qayğıkeşliyini artırır. Düzdür, bәzәn qadınların kömәyә ehtiyacı yaranır, lakin bütün işlәri kömәkçiyә hәvalә etmәk dә düzgün deyil. Misal üçün, qadın hazırladığı xörәklәrә öz enerjisini, sevgisini, müsbәt emosiyalarını ötürür. Hansı ki, bu elementlәr ailә üzvlәrinin hәm fiziki, hәm dә mәnәvi sağlamlığı üçün olduqca vacibdir.

11. Konfliktlәr. Mübahisә, münaqişә zamanı qadının incә tәbiәti kobudlaşır, aşınır. Xüsusilә dә bu kişilәrlә ünsiyyәtdә yolverilmәzdir. Müdrik qadınlar yaxşı bilir ki, sülh dә vә barışıq yolu ilә istәnilәn mәqsәd vә istәyә çatmaq mümükündür.

12. Rәqabәt. Rәqabәt mühitindә qadın tәbiәti mәhv olur. Mübarizә aparmaq, daima nәyisә sübut etmәk kimi ağır fәaliyyәt qadının enerjisini tükәdir. 13. Hәddindәn artıq azadlıq. Güclü, heç kimdәn asılı olmayan, inadkar qadın mәqsәdlәrin çatacaq, amma qadın zәrifliyini, incәliyini tәdricәn itirәcәk. Özünü hәddindәn artıq azad hiss etmәk tәdricәn heç kimә lazım olmayan bir insan kimi hiss etmәyә gәtirib çıxardacaq.

14. Qürur. "Mәn hәr şeyi özüm edә bilәrәm. Kimdәnsә kömәk istәyәrәk heç kimin minnәtin götürmәk istәmirәm”, "Mәn daha keyfiyyәtli, sürәtli edә bilәrәm hәr şeyi” kimi fikirlәr qürur hissinin xoş olmayan tәrәflәridir vә qadının xanımlığını tükәdir.

15. Nәticә vә obyektlәrә bağlılıq. Müdrik qadın hәr zaman olanları ilә mәmnun olur, halına şükür edir.Mәmnunluq vә şükür etmәk isә qadının hәyatını çiçәklәndirir. Qadın xoşbәxtliyi vә mәmnunluq halını hansısa obyektlәrә bağlayanda, sonra hәmin obyektlәrin olmaması nәticәsindә özünü bәdbәxt hiss edir. Halbuki, bәdbәxtçilik üçün heç bir әsaslı sәbәb yoxdur. Bundan әlavә, qadında paxıllıq, qәzәb, kin kimi insanın daxili alәmini mәhv edәn hisslәr yaranır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri