Ananızın ən yaxın dostunuz olduğunu göstərən sübutlar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 710
Səs ver:
(səs: 1)
Doğulduğunuz gündən bu günə, sizin xoşbəxtliyinizi düşünən tək bir insan var bu həyatda: Ananız.Baxıcıya ya da körpələr evinə əmanət edilərkən qıçlarının arasından ayrıla bilmədiyiniz, sizi buraxmaması üçün ağlama krizlərinə girdiyiniz ananız!

Siz balaca olanda sırf siz əylənin deyə saatlarla oynadığınız evcilikləri, çıxdığınız alış-verişləri, məktəbdən evə gəldiyinizdə bütün gün yalnız sizi gözləmiş kimi hiss etdirdiyi zamanları xatırlayın və söyləyin: Dünyada anadan daha mükəmməl bir "dost" ola bilərmi?

Zaman zaman məsafəli kimi görünsə də, həyatınızda olub bitənlər haqqında dedi-qodu etməkdən ən az sizin qədər zövq alar, böyümənizə baxmayaraq hələ həyatınızda olub bitənləri ilk olaraq gedib ona izah etməyinizi gözləyər və əsl dost kimi  tövsiyələr verər sizə. Yetər ki, siz istəyin.

Bir az reallıqdan bəhs edək; hansı dostunuz sizi gözəl xasiyyətləriniz üçün təbrik edər və bunlardan həqiqətən qürur duyar? Ya da kim dırnaqlarınızı yeməməniz üçün gecə gündüz sizi xəbərdar edər? Kim özünə heç bir faydası olmayan yaxşılıqlar edər sizə? bu qədər fədakar və düşüncəli biri harada tapılar? Evdə, təbii ki, evdə.

Budur ananızın, əslində sizin ilk və ən yaxşı dostunuz olduğunu sübut edən 20 dəlil!
Qadınlar.Biz təqdim edir.

1. Nə olursa olsun, hər vaxt sizin tərəfinizdədir.
Haqlı ya da haqsız olun, ananız hər zaman sizin tərəfinizi saxlayacaqdır. O, heç vaxt sizing məğlub olduğunuzu görmək istəməz, buna ehtimal verməz və ona görə davranar. Dostluğun da birinci qaydası bu deyilmi?

2. Həyatınızda olub-bitənlərə və gələcək planlarınıza sizdən daha çox əhəmiyyət verər.
"Axşam nə yeyərsən?", "istirahət günü nə edəcəksən?", "Sən nə geyəcəksən?" və buna bənzər minlərlə narahatlıqlar. Hansı dostunuz özündən əvvəl sizin yemək və geyiminizlə maraqlanar?!

3. Bütün növ filmlərə, video oyunlarına və oyun parklarına, sırf sizi xoşbəxt görə bilmək üçün dözər.
Dostluqlarımızdan da zaman zaman belə fədakarlıqlar görürük, ama bu qədər böyüyünü bir tək analar edər.

4. Yer üzündə kifayət qədər qalın geyinib-geyinmədiyinizə əmin olmaq istəyən tək adam odur.
Və yaxud da yanına çətir götürüb-götürmədiyinizə nəzarət edən, dəsmala ehtiyacınız olar deyə çantanızın bir küncünə bir paket sıxışdıran, pis bir yuxu gördüyünüzdə mənasıyla ən az sizin qədər maraqlanan, qarnınızın həqiqətən doyub doymadığından əmin ola bilməyən adam da ananızdır. Hansı dost bunlarla maraqlanar ki?!

5. Çox müvəffəqiyyətli olmasa da, sizin həyat tərzinizə uyğunlaşmağa çalışar.
Ananızı sizdən daha yaşlı olduğu və həyat tərzinizi çox yaxşı anlaya bilmədiyini, bəzi zamanlarda sizə ayaq uydura bilmədiyini düşünsəniz də, əmin olun ananız anladığı qədəriylə belə sizə köməkçi olmağa hazırdır. Hansı dostunuz öz həyatını sizin həyatınıza uyğunlaşdırmağa çalışar ki?!

6. Birlikdə oturub dərdləşə biləcəyiniz ən həssas insan odur.
Sizin dərdlərinizə ananız kimi içdən-içə həssaslıqla şərik olan dostunuz varmı?!

7. Özünə heç bir faydası olmasa da, hər mövzuda müvəffəqiyyətli olduğunuzu görmək istər.
Ana bu həyatda yeganə dostdur ki, özünə aid olmayan bir müvəffəqiyyətin qüruruyla yaşayar, heç vaxt bəzi dostlarınız kimi uğurunuzun dildə də olmasa ürəyində paxıllığın çəkməz.

8. Sizə hər vaxt özünüzü xüsusi hiss etdirməyə çalışar.
Gün boyunca başınıza gələnləri tək söz etmədən dinlər, canınızı sıxan bir şey varsa ən sevdiyiniz keksdən, peçenyedən hazırlayar və əhvalınızı yüksəltməyə çalışar Müvəffəqiyyətli ya da müvəffəqiyyətsiz, girişdiyiniz hər işdə yaxşı olduğunuzu, fərqli olduğunuzu sizə isbat etməyə çalışar.

9. Xarici görünüşünüzə sizdən daha çox əhəmiyyət verər.
Ən yaxın dost hesab etdiyiniz birindən belə daha dürüst davranacaq birini axtarırsınızsa ananıza gedin. Ucları yaşıla boyanmış saçlarınızın, qaşınızdakı piercingin və çiyininizdəki mənasız döymənin bərbad göründüyü sizə etiraf edəcək ilk adam o olacaq. Zamanında yetkinliyin verdiyi tündxasiyyətliklə "sən nə anlarsan" deyə düşünsəniz də, zamanla əslində anlamayanın siz olduğunu görürsünüz.

10. Öz ad gününü qeyd etmədiyi halda sizinkini mütləq qeyd edər.
Ad gününüz sizə xüsusi ola bilər, amma unutmayın ki, bu gün sizin üçün nə qədər xüsusidirsə, ananız üçün də bir o qədər mənalıdır. Dünyaya gəldiyiniz, sizi ilk qucağına götürdüyü gün qətiliklə digər xüsusi günlərdən üstündür onun üçün. Heç ad gününüzü unutduğu il olubmu? Ama boynunuza alın ki, ən yaxın dostunuzun belə sizin ad gününüzü unutduğu il olub!

11. Sizə nə alınması lazım olduğunu ondan daha yaxşı bilən kimsə yoxdur.
Etiraf edin ki, hələ alış-verişə çıxdığınızda yanınızda ananızı axtarırsınız, qərar vermədən əvvəl kaş ki bir soruşsam deyirsiniz deyilmi? Bilirik...

12. Etdiyiniz bütün yalnışlıqlarda ananız həmişə yanınızda bir yerlərdədir.
Eynilə bütün whatsapp danışmalarınızı oxutduğunuz, "bax bu aramızda amma" demələrə doya bilmədiyiniz yoldaşlarınız kimi.

13. İstədiyiniz qədər saxlayın; o hər şeyi bilər, o hər şeyi hiss edər.
Kiçikkən altınıza qaçırmanızdan tutmuş, qonşunun uşağına aşiq olmanıza qədər utanc verici hər anınızı sizdən daha yaxşı xatırlayan bir qadından bəhs edirik, daha nəyi necə saxlayacaqsınız ki?
Nə vaxt canınız sıxılsa, nə vaxt xoşbəxtlikdən yerinizdə dayana bilmədiyinizdə ananız bunu anlar və öyrənənə qədər də əl çəkməz. Çox da məcbur etməyin məncə, izah edin getsin.

14. Hər vəziyyətdə yeməyini sizinlə paylaşar.
Ac-tox fərq etməz, analar uşaqlarının qarnı doymamış iştahla yemək yeyə bilməzlər, boğazlarından keçməz. Bəs dost adlandırdıqlarınız necə, ac ola-ola sizin qarnınızı doydurarlarmı?

15. Ən əhəmiyyətsiz görünən problemlərinizi belə maraqla dinlər, tövsiyə verərkən hər vaxt dürüst davranar
Analar övladına qarşı böyük səbr göstərər hər zaman. Səbrlə dinlər və dürüst tövsiyələr verər. Bəzi dostlarınız kimi sizin fitilinizi yandırmağa çalışmaz!

16. Dost dar gündə tanınar.
Pis, yaxşı fərqi yoxdu, ananız hər halınızda yanınızda olmağa çalışan yeganə insandır bu həyatda. Xəstələndiyiniz zaman bir dostunuza zəng vurub sizə baxmağını istədiyiniz an "ay bu gün mənim çox vacib işim var idi axı” deyib ürəyində "xəstəliyi birdən mənə də yoluxar” deyə imtina edər. Lakin ananız xəstəliyinizin ona da yoluxa biləcəyini ağlının ucuna belə gətirməz!

17. Sizdən gələcək pis xəbərləri də dinləmək istər.
Kədərli olduğunuz hallarda dediyiniz "Heç nə olmuyub" cümləsinin arxasında dedektiv kimi gəzən ananız, işin ucunu təbii ki, buraxmayacaq. Bütün kobudluğunuzla, bütün sinirinizi ondan çıxarmağa çalışsanız belə, yenə də sizi dinləyəcək və olub-keçəni ilk sizdən eşitmək istəyəcəkdir.

18. Xasiyyətcə sizə ən yaxın olan insan ananızdır.
Yaxşı, siz tam bir dəli olduğunuzu iddia edə bilərsiniz; lakin ananızı bir az araşdıracaq olsanız, dəliliyinizin ondan sizə keçdiyini anlayacaqsınız. Bu gün bir konsertə getmək üçün evdən qaçırsınızsa bilin ki, ananız da öz zamanında eynisini bəlkə kinoya getmək üçün etmişdir. Sahib olduğunuz nə qədər xasiyyətiniz varsa, bir çoxunu ananıza borclusunuz unutmayın.

19. Neçə yaşınız olursa olsun, ən kiçik müvəffəqiyyətinizi belə izah etmənizdən  zövq alarlar.
Kiçikkən "Bu gün müəllim mənə afərin dedi" , böyüyüncə "Bu gün ilk dəfə yemək bişirdim" kimi kiçik nailiyyətlərinizi, ananız bütün yoldaşlarınızın əksinə, ömrünün sonuna qədər, lazımlı-lazımsız hər müvəffəqiyyətinizi saatlarla izah etsəniz yenə də xoşbəxtliklə dinləyəcək.

20. Unutmayın ki, xarakterinizi meydana gətirən genlərin yarısı ananızdan gəlir.
Bir sözlə, sizin xarakterinizə dözəcək, sizi hər halınızla başa düşəcək, yeganə insan ANANIZDIR!!!
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 3 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri