ALLAH ANALARIMIZI qorusun... Amin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 5 140
Səs ver:
(səs: 2)
Bir zamanlar doğulmaq üzrə olan bir körpə varmış. Allahdan soruşmuş:

"Məni sabah dünyaya göndərəcəyinizi eşitdim. Amma mən, bu kiçicik və çarəsiz halımla orada necə yaşaya bilərəm?... "Allah cavab vermiş:

"Sənin üçün seçmiş olduğum bir çox mələk arasında o səni gözləyir olacaq və hər cür ehtiyacını qarşılayacaq. "

"Amma burada cənnətdə, xoşbəxt ola bilməm üçün çox da bir şeyə ehtiyacım yox idi. Yalnız mahnı oxumaq və gülümsəmək mənə çatırdı."

"O sənə mahnılar söyləyəcək və hər gün gülümsəyəcək. Sən isə onun sevgisini hiss edəcək və xoşbəxt olacaqsan. "

"Yaxşı insanlar mənə danışacaqları zaman, mən onları necə anlayacaq və cavab verəcəyəm?"

"Mələyin sənə eşidə biləcəyin ən şirin sözləri söyləyəcək və səbirlə sənə danışmağı öyrədəcək."

"Yaxşı səninlə danışmaq istədiyimdə nə edəcəyəm? "

"Mələyin əllərini necə birləşdirməyin lazım olduğunu və mənə dua etməyi öyrədəcək."

"Eşitdiyimə görə aşağıda çox pis insan varmış. Məni onlardan kim qoruyacaq? "

"Mələyin öz həyatı bahasına səni qoruyacaq."

"Amma artıq səni görə bilməyəcəyim üçün mən həmişə kədərli olacağam."

"Mələyin sənə həmişə mənim haqqımda danışacaq və mənə çata bilmənin yollarını öyrədəcək, əslində mən də onsuz da həmişə yanında olacağam. "

Tam o sırada cənnətin qapıları açıldı və dünyadan səslər gəlməyə başladı. Uşaq təlaşla soruşdu:

"Allahım , deyəsən getmə zamanım gəldi, lütfən mənə mələyimin adını deyərsənmi? "
 
"Mələyinin adının nə olduğu heç əhəmiyyətli deyil... Sən ona ANA deyəcəksən..."
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 5 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri