2012 –ci ildə gəlinlik makiyajı necə olmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 123
Səs ver:
(səs: 1)

2012 -ci ildə gəlinlik makiyajı necə olmalıdır?
Əvvəlcə onu bilməlisiniz ki, 2012-ci ildə gəlinlik makiyajlarında təbiilik dəbdədir. Ideal makiyaj sadə, nisbətən az nəzərəçarpan olmalıdır. Belə makiyaj həm gəncliyin, həm də saflığın nümunəsi kimi vurğulanır. Əsas diqqət dərinin təravətliyinə və parlaqlığına verilməlidir. Ona görə də həddindən çox makiyajdan və canlı rənglərdən istifadə etmək düzgün olmaz.

Təbiiliyin qorunması üçün çəhrayı rəngin müxtəlif çalarlarından, fil sümüyü və digər təbii tonlardan istifadə etmək olar. Ənlik seçərkən parlaq lakin zərsiz şəffaf rənglərə üstünlük verilməlidir.

Gözlərin bəzədilməsi üçün ən uyğun rənglər isə açıq yaşıl, açıq mavi və yüngül qəhvəyi rəngləridir.

Romantik ab-hava yaratmaq istəyirsinizsə, onda təbii makiyaj stilinə üstünlük verin. Bunun üçün krem rəngi tonal krem, şaftalı rəngində dodaq boyası və incə ənlikdən istifadə edə bilərsiniz.

Palıdı makiyaj bütün xanımlara yaraşan rəng çalarıdır. Parlaq görüntü yaratmaqla yanaşı həm də ifadəlilik də yaradır. Həddən artıq palıdı çalardan istifadə isə toy günündə gəlin yox adi zamanlarda makiyaj edən xanım obrazı yaradacaqdır.

2011-ci il payız və 2012-ci il qış fəsli üçün dəbli makiyajın edilməsində gözlərin vurğulanmasına xüsusi diqqət veriləcəkdir. Göz qapaqlarının üstünə vurulmuş layner göz ətrafının düzgün vurğulanmasına və balans yaradılmasına imkan verəcəkdir. Bundan sonra artıq rəng çalarlarına ehtiyac qalmayacaqdır. Çünki onlardan istifadə etmədən də siz parlaq görünəcəkdir.

Bənövşəyi rəng çaları da həmçinin 2012-ci il dəbli makiyajına uyğundur. Təbii ki, bənövşəyi rəngi üzərinizdə olan hər hansı bir aksesuarla və ya incə çiçəklə uyğunlaşdırmalısınız.

Açıq yaşıl və firuzəyi rəng- incəliyin, gəncliyin və təravətliliyin göstəricisidir. Toy üçün ən düzgün və uğurlu makiyaj məhz bu rəng çalarları ilə alınır.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri