Yeni il

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 558
Səs ver:
(səs: 0)
alt

Sirli-sehrli Yeni il yaxınlaşdıqca çoxumuzun ürəyi həyəcanla döyünür.

Axı inanca görə, il təhvil olduğu, təqvim vərəqlərinin dəyişdiyi gecə

arzuların çin olduğu gecədir. Odur ki, tələsmək lazımdır.

Bunun üçün sizlərə Yeni il magiyasının sirlərini açıb, növbəti ildə

taleyinizdə müsbət dəyişikliklər etmək, arzularınıza çatmaq üçün

çox maraqlı rituallar təqdim edirik. Edin, sınayın,

Yeni il gecəsi boş durmayın.

Çünki hər şey bizim özümüzdən asılıdır.

Diqqət: Möcüzənin davam etdiyi vaxt 25 dekabrdan 19 yanvara kimidir.

Deyilənə görə, bu günlərdə səma qapıları açıq

olur və alınan informasiya düz çıxır.

Yeni ilYeni ilYeni ilYeni ilYeni il

Arzulara çatmaq üçün….

~ Yeni ildə ən böyük arzuna çatmaq üçün dəqiqlik və cəldlik tələb edən ayini həyata keçir: ürəyindən keçən 3 arzunu kiçik kağıza yaz. İl təhvil olanda, saatın əqrəbləri 12 dəfə vurmağa başlayanda, ilk zəngdə kağızı yandırın, külünü şampan dolu qədəhinizə (içməyənlər üçün şirə də ola bilər) töküb, tez için. Bunu son zəngə kimi çatdırmalısınız.Əgər çatdırsanız, deməli, arzunuza nail olacaqsız. Yox əgər, bir dəqiqə belə geciksəniz, kağız tam yanmasa, şampandan içə bilməsəniz, deməli, bu ili də gözləməli olacaqsız.

~ 31 dekabr gecəsi kiçik kağızlara arzularını yaz və kağızı qatla. Yatanda balışının altına qoyub yat. Səhər oyanan kimi baxmadan balışın altından bir kağız çıxar. Kağızda hansı istək yazılıbsa, bu il məhz ona çatacaqsan.

~ Bayram gecəsi düyü dolu qabı əlində saxlayıb, diqqətini bir sualda və ya arzuda cəmləyirsən. Sonra düyüdən bir qədər götürüb, təmiz salfet üzərinə töküb sayırsan. Əgər cüt say olarsa, müsbət cavabdır, yəni istədiyin olacaq, yox, tək say olarsa, deməli, cavab arzuolunan deyil.

~ Telefonu əlinə götürüb, konkret sual verirsən. Sonra zəng gözləyirsən: birinci kişi zəng etdisə, deməli, cavab müsbətdir və yaxşı olacaq, əgər qadın zəng vurdusa, deməli, əksinədir.

~ Yeni il bayramı şampanın axırıncı badəsini kim içsə, o il böyük uğurlar qazanacaq.

~ Yolkanın lap uca budağında kiçik qutu asıb,içində əvvəlcədən arzularınız yazılmış kağız yerləşdirin. Yeni ilin tamamına 5 dəqiqə qalmış qutunu sol əlinizə alıb, uca səslə deyin: «Qutum mənim, sən mənim sirrimi saxla və bu təsadufi deyil. Qoy mənim arzum gerçək olsun». Qutunu əlinizdə saat 12-vurana kimi saxlayın. Sonra kağızı pəncərədən bayıra atın, qutunu isə yenidən yolkadan asın və bu qutunu növbəti ilə kimi saxlayın.

Bəxt falabaxmaları….

~ Yatmazdan əvvəl başının altına 4 kart (ancaq «karol» olan) qoyursan və deyirsən: «Bəxtimə kim yazılıb, yuxumda görün». Yuxuda kartları görəcəksən. Əgər «Pika karol» olsa, deməli, gələcək həyat yoldaşın səndən yaşca xeyli böyük, təcrübəli və qısqanc olacaq, əgər «Çervon» görünsə, deməli, gənc və imkanlı, «Xaçlı kart» çıxsa, iş adamı və ya hərbçi, zəhmli, güclü insan, «Bubni» görünsə, deməli, öz sevdiyinlə ailə quracaqsan.

~ Qızlar taxta daraq alıb (yaxşı olar ki, daraq onlara hədiyyə olunsun) 31 dekabrda günboyu saçlarına taxılı vəziyyətdə gəzdirsinlər. Həmin darağı balışın altına qoyub yatsalar, yuxuda sevdikləri insanın kimliyini görərlər.

~ Kiçik ölçülü soğanların üzərinə qələmlə gözaltı etdiyin namizədlərin adını yazırsan. Bir qaba su töküb, soğanları suya salırsan. Bir – iki gün sonra baxırsan, hansı soğan birinci göyəribsə, deməli, orada adı yazılmış adama da ərə gedəcəksən.

~ Subay qızlar yeni il gecəsi, saat 12-yə yaxın, evdən küçəyə çıxırlar. Birinci rastlarına gələn kişidən adını soruşurlar. Nə ad olsa, deməli, o adda da insan qismətidir.

~ Yeni il süfrəsində subay gənclərin adına bir şam yandırılır. Kimin şamı tez yanıb qurtarsa, bəxt birinci onun üzünə güləcək.

~ İnanca görə, 31 dekabr və ya 7 yanvar tarixlərində balışının altına qayçı və bir dilim çörək qoyan subaylar, yuxuda gələcək həyat yoldaşını görər.

Yeni il

Gəcəcəyin necə olacağını bilmək üçün

~ Aforizm, şeir kitabı götürüb, sol əlini cildin üzərinə qoyursan və sual verirsən. Sonra kitabı gözəyarı açıb, sol əlinin baş barmağını baxmadan səhifənin üzərinə qoyursan. Barmağın dayandığı sətirdə nə yazılıbsa, sənin sualının cavabıdır.

~ Stəkana isti su töküb, yumurta ağını ehmalca ora tökürsən. Əgər yumurta ağı dərhal stəkanın dibinə enirsə, bu, Yeni ildə gözlənilməz çətinliklərin, hadisələrin və maneələrin olacağını göstərir. Ailə qurmaq istəyən qızlar üçünsə bu əlamət ili yenə də tənha keçirəcəklərinə işarədir. Adətən, yumurta ağı stəkanın ortasında qalır və müxtəlif fiqur formaları alır ki, bunlara görə də yozum etmək olar. Məsələn:

- evə oxşar forma tezliklə ailə qurmaq və toya işarədir;

- gəmiyə, yelkənə bənzər yeni evə köçmək, səyahət, səfər deməkdir və s.

~ Yeni il axşamı və 7 yanvarda görülən yuxunu yadda saxlamağa çalışın. O, bütün iliniz üçün taleəhəmiyyətli informasiya daşıyır.

~ Şamı su hamamında əridib, soyuq su olan dərin boşqaba tökürsüz. Su üzərində mumdan dəqiq əşyanı xatırladan füqurlar əmələ gəlir.

Gül-sevgi, bulud-sakit həyat, at nalı – böyük uğur və s. deməkdir. Mumdan formalaşmış füquru talisman kimi bütün ilboyu özünüzdə saxlaya da bilərsiz.

Yeni il əlamətləri:

~ Yeni ili necə qarşılasan, butun ili elə keçirəcəksən.

~ Yeni il günü ev təmizləmək, paltar yumaq, nə isə ağır iş görmək olmaz. Yoxsa bütün ili rahatlıq görməzsən.

~ Yeni ili boş ciblə, boş pulqabı ilə qarşılamaq olmaz. Cibində nə qədər böyük əskinaz olsa, il o qədər pullu olacaq.

~ Yeni il öncəsi borc almaq və vermək qəti qadağandır. 3-4 gün səbr edin.

~ Yeni il günü evdən zibil çıxartmaq olmaz.

~ Yeni il bayramı ucuz da olsa nə isə yeni geyim alın və onu geyinin.

~ Əgər bayramınızı birinci kişi təbrik etsə, onda il sizin üçün xeyirli olacaq.

~ Əgər yeni il axşamı səma ulduzlu olarsa, gələn il bol məhsullu olacaq.

~ Yeni ilin ilk günü satıcı ilk alıcısına aldığı malı ucuz satsa, o zaman bütün ili uğurlu ticarət edəcək.

Yeni ildə varlanmaq üçün:

~ Sakit bir otağa çəkilib, 3 yaşıl şam götürürsüz. Şamların altına 5 qəpiklik yapışdırıb, yandırırsız. Yanana kimi gözünüz önündə bir mənzərə canlandırırsız: pullar yağış kimi başınızdan tökülüb, cibinizə axır. Bu mənzərə nə qədər real olsa, Yeni ildə pulunuz bir o qədər çox olacaq.

~ Amerikalı maqlar daha maraqlı üsul təklif edirlər: 1 yanvarda səhər yuxudan oyanan kimi əl-üzünüzü yumadan dollarlar götürüb, üzünüzə çəkin. Deyilənə görə, çox güclü ritualdır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 12 558
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri