Müəyyən bir stil formalaşdırmış qadın necə olmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 494
Səs ver:
(səs: 3)
Müəyyən bir stilə uyğulaşmış qadınların oxşar xüsusiyyətləri

Qadınların, xüsusilə də işləyən qadınların böyük bir problemidir - "Bu gün nə geyinsəm?!" ...

Halbuki, müəyyən stil formalaşdırmaq, qəbul etmək heç də geyim və ya aksessuarlarla deyil, həm də geydiyiniz paltardan tutmuş, gündəlik həyatda sizə xas davranışların hamısının sizə olan uyğunluğudur. Stil sahibi olan qadınlar hər mühitdə, hər məkanda özünü müəyyən edər. Stil sahibi olmanın yolu qətiliklə çoxlu pulu olmaq, bahalı geyinmək deyil, pul hər zaman ikinci plandadır. Əgər nə istədiyiniz və tərzinizlə əlaqədar bir stiliniz yoxdursa, lazımsız pul xərclədiyinizdən heç şübhəniz olmasın, əziz xanımlar.
Bəs özü üçün müəyyən stil formalaşdırmış qadınların oxşar xüsusiyyətləri nələrdir:

1- Stil sahibi qadınların müştərək xüsusiyyətlər, əlbəttə ki, onların özlərinə olan inamlarıdır. Özünəinam hər kəsin, eləcə də hər bir qadının uğurunda vacib şərtdir.
Stil yaratmış qadın necə olmalıdır?

Özünə diqqət və yer ayıran bir qadın özünə olan inamı nəticəsində hər mühitdə hər zaman diqqəti cəlb edəcəkdir.

2- Bədən şəklini tanımaq olduqca əhəmiyyətlidir. Yalnız bədən deyil, özünü tanıması da, ən azından, bədən şəkli qədər əhəmiyyətlidir. Seçilən paltar və aksesuarların rəngi, ona uyğunlaşması, təbii ki, özünü tanıyan bir qadın üçün olduqca asandır. 3- Paltar seçərkən hər zaman digər qadınlardan çox daha fərqlidir. Heç vaxt modanın köləsi olmaz, lakin dəb haqqında olduqca məlumatlıdır. Trendleri yaxından təqib edir, amma əsla tək tip bir moda dəlisi olmaz. Kiçik bir nümunə vermək lazım olarsa, öz tərzinə uydun bir paltar ilə ilin moda və trendlərinə uyğun aksesuarlar taxaraq həm öz tərzini əks etdirər, həm də modanın elementlərinı ... 4- İstər yanlış aksesuar seçimi, istərsə və çox aksesuar istifadə etmək bir çox qadının ən çox etdiyi, lakin stil sahibi bir qadının əsla etməyəcəyi bir səhvdir.

Stil sahibi olmanın yolları

5- Stil sahibi olan bir qadın artıq öz mühiti olan ictimai bir adamdır. O, gündəmdən mütləq xəbərdar olan və özünü ifadə etməkdə çətinlik çəkməyən bir şəxsiyyət kimi qəbul edilir. 6- Stil sahibi imicini qazanmış bir qadın çox baxımlı olur. Təmiz dəri və baxımlı bir bədən olduqca əhəmiyyətlidir.
7- Həddindən artıq makiyajdan uzaq durur, yeri və mühitinə görə makiyaj seçir. Təbii ki, fərqli olur, lakin gündəlik həyatda yüngül tonal krem və ya pudra ilə üzünüzdə təbii və qüsursuz bir görünüş yarada bilərsiniz. Bir də doğru seçilmiş pomada və kirpik üçün tuşla çox daha cazibədar görünə bilirlər ... 8- Gözəl bir üz üçün gözəl bir gülüş şərt olduğu üçün qadınların diş yaraşığına da toxunmadan keçə bilməyəcəyik... Bəyaz diş bəyaz təbəssümdür.Bəyaz təbəssüm bəyaz sevgidir.Bəyaz sevgi yaşamaq eşqidir. 9- Bəlkə kiçik bir detal kimi görünsə də, əmin olun, ətir seçimi də özü üçün müəyyən bir stil formalaşdırmış qadının vacib qayğılarından sayılır. Necə paltar seçimiş olduğunuz bədən şəklinə görə seçilməlidirsə, ətir seçimi də bədən uyğunlaşması tələb edir. Bədəninizlə uyğun bir qoxu (ətir) sizi digər qadınlardan ayıran ən əhəmiyyətli detaldır. 10- Artıq müəyyən bir çevrədə stil sahibi kimi qəbul edilən qadın hər mövzuda məlumatlı üçün özünü hər zaman inkişaf etdirir və mütləq oxumaqdan və öyrənməkdən zövq alır. Bəli, əziz qadınlar, stil sahibi olmaq, o qədər sadə və asan deyil! Yaxşı geyinərək gözəl ola bilərsiniz, lakin stil sahibi olmaq üçün daha çox özünüzə inam bəsləməli, içinizdəki qadını kəşf deyərək özünüzü tanımalı və tanıtmalısınız ... Siz gözəlsiniz, buna inanın...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 494
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri