Gəlinlərin 10 sualı

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 4 215
Səs ver:
(səs: 5)
Gəlinliklə bağlı sualları Türkiyəli modelyer Sezanur Akar cavablandırıb.

Gəlinlik libasını hansı tərəf almalıdır?
Adət-ənənələr görə gəlinlik libasını oğlan tərəf alır. Bu həm bir jest, həm də ailə üzvlərinin bir-birini tanıması üçün yaxşı fürsətdir. Ancaq bəzən gəlinlə bəy aralarında məsləhətəşib gəlinliyi və bəylik geyimini özləri alır. Belə bir arzunuz varsa, qarşı tərəfə əvvəlcədən deyin.

Gəlinlik seçməyə qaynana ilə getmək şərtdirmi?
Əgər gəlinliyi oğlan evi alırsa, bəli. Gəlinlik seçimində qaynananız da ananız kimi çox həyəcanlanacaq və gəlinlik almağa gedərkən sizin yanınızda olacaq.
Gəlinlər qayananları ilə ilk davalaranı və mübahisələrini gəlinlik almağa gedərkən yaşayır. Qaynananı bundan kənarlaşdırmaq və uzaq saxlamaq isə başqa problemlər yarada bilər. Ən yaxşısı orta yolu tapın. Ürəyinizdən keçən seçimi edərkən yaxınlarınızın da fikrini nəzərə alın.

Gəlinliyi toy gününə qədər necə saxlamaq lazımdır?
Gəlinliyi toyun gününə qədər əmanət edəcəyiniz ən güvənli yer, aldığınız moda evinin özüdür. Ancaq belə bir şansınız yoxdursa, gəlinliyinizin təmiz qalması və qırışmaması üçün ona uyğun geyim qılıfının içində asılı biçimdə qala ya da düz yerdə saxlaya bilərsiniz.  

Gəlin makiyajı edilərkən gəlinliyi necə qorumaq olar?
Gəlin saç və makiyajı edilərkən gəlinliyi geyinməyin. Gəlinlik makiyajı edilərkən önü düyməli və zəncirbəndli köynək geyinin. Çünki makiyaj vasitələri gəlinlik üzərinə ləkə sala bilər. Geyinərkən başqasının köməyindən də istifadə edin.

Toy günü gəlinlikdə necə tualetə getək olar?
Əlbəttə, ən ideal gəlinliyinizi geyindikdən sonra tualetə getməməkdir. Amma həyəcandan bu hal qaçılmaz ola bilər. Buna görə də toyun keçirildiyi yerdə özünüz üçün təmiz tualet reserv etdirin.

Gəlinliyi toydan sonra necə saxlaya bilərəm?
Toydan sonra ilk olaraq gəlinliyi quru təmizləməyə verin. Çünki ağ gəlinlik toy günü və gecə kifayət qədər kirlənmiş ola bilər. Bundan sonra gəlinliyi uzun müddət saxlamaq olar.

Toyda gəlinliyə ləkə düşərsə, nedə edə bilərəm?
Birinci qayda, vahiməyə düşməyin. Əgər ləkə kiçik və açıq rənglidirsə, müdaxilə etməyin. Çünki o ləkə onsuz da bəlli olmayacaq, müdaxilədə daha pis vəziyyətə düşə bilər. Lakin ləkə böyük və rəngi tündürsə, nəm salfetin köməyindən yararlanın. Ləkə qurumadan ləkə çıxaran maddədən də istifadə etmək mümkündür. Heç nə alınmasa və ləkə çıxmasa əyləncəyə davam edin. Sizin xoşbəxtliyiniz bundan asılı deyil...

Gəlinliyi toydan sonra satmaq olar?
Xoş xatirələri və gələcəkdə uşaqlarınız üçün də əhəmiyyətli olan gəlinliyi satmaq məsləhət görülmür. Satmağa məcbur deyilsəniz, satmayın və yaxşı saxlayın. Yaxın gələcəkdə olmasa da, uzaq gələcəkdə dəyəri və xatirələri artacaq. Satmağı ağlınıza salmısınızsa, yaxın tanışlarınıza və internet vasitəsi ilə sata bilərsiniz.

Bəyin toydan əvvəl gəlinliyi görməməyi şərtdirmi?
Əslində, bəylərin çoxu gəlinlik seçimdə özlərinin fikirlərini də diqqətə alınmasını arzulayır. Buna görə də gəlinlik alarkən bəyin də fikri qeydə alınır. Yəni, bəyin gəlinliyi görməsi uğursuzqluq gətirir inancı keçmişdə qalıb...

Gəlinlik ağ olmalıdırmı?
Gəlinlik ağ olmaq məcburiyyətində deyil. Amma fərqli rənglər seçərkən belə qabarıq rənglərə üstünlük vermək olmaz. Ağ rəng yerinə bej tonlarına üstünlük verə bilərsiniz.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 4 215
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri