Qadın susar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 014
Səs ver:
(səs: 2)
Qadın çıxar başqa qadının rəhmindən. Həyata ilk qışqırığını təyin edər: Səssizliyi eşidər. Atasının gözlərindəki ümidlərin puç olması  ilk yaşadığı haqsızlıq olar. "Səsizlik olarsa qızı doğulub" sözünü öyrənər. Susar! Qadın uşaq olar- gülməyi, oynamağı, daldan dala qaçmağı xor görülər, maneə törədilər. "Qız xeylağı ciddi olmalıdır" sözünü öyrənər. Susar! Qadın məktəbə gedər. Oxumağı yazmağı öyrənəcəyi qədər, "Qadın" olmasına çatacaq qədər. Səbəbini anlaya bilməz. "Oxuyub da nə olacaqsan? Oxumuş ev qadınımı?" sözünü öyrənər. Susar! Qadın tez olar. Çağırılanadək saxlanılar. Qadınlığın saxlanması lazım olduğunu öyrənər. Susar! Qadın gənc olar. Gəzərsə söz olar. Söz gəlməsin deyə, pəncərədən çölə baxmaz. Səhv qadın nə deməkdir öyrənər. Susar! Qadın evlənməli  yaşında ər seçməz: seçilər. "Qız xeylağını boş buraxsan ya barabançıya gedər,  ya zurnacıya" sözünü öyrənər. Susar! Qadın evlənər. Xanım  olmaz ər olar. Evdə xidmətçi, mətbəxdə aşçı, ərinin yanında cilvəli olar. "Yuvanı dişi quş edər" sözünü öyrənər. Susar! Qadın alçaldırıldı, sözü dinləməzsən. Zərbə alar, "Ərinin vurduğu yerdən, gül bitər " sözünü öyrənər. Susar! Qadın ana olar. Ərinin , uşağının anası olar. "Kişi" doğmadan da nə qadınlığını, nə analığını isbat edər. "Kişi adamın kişi uşağı olar" sözünü öyrənər. Susar! Qadın yaşlanar ana olar. Hörməti o yaşında görər. Danışmaq istəyər. Vaxt gecdir. Köçüb gedər həyatdan. Nəhayət qadın doğular, böyüyər, yaşayar, ölər və susar!!!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri