Görəsən qadınlar onları ağladan, yoxsa güldürənləri sevər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 186
Səs ver:
(səs: 3)
Kişilər hər zaman şikayətlənirlər ki, qadınları anlamaq olmur. Onların nə zaman, nə istədiklərini bilmək mümkün deyil. Hətta heç qadınların özlərinin də nə istədiklərindən xəbərsiz olduqlarını deyənlər də var. Bu əslində bir bəhanədir.Özlərini yormaq istəməyənlərin bəhanəsi. Qadınını anlamaq üçün zaman sərf etməyə çətinlik çəkənlərin bəhanəsi.

Qadın nə istər? Əlbəttə ki, hər bir qadının istədiyi bir şey var, o da sadəcə xoşbəxt olmaq. Məsələ burasındadır ki, bəs qadınları nə xoşbəxt edə bilər? Əlbəttə ki, hər bir qadın üçün xoşbəxtliyin mənası fərqlidir. Amma onların hamısını birləşdirən bir şey var.

Bütün qadınlar sevilmək istər, dəyərli olduğunu, hər şeydən, hər kəsdən daha qiymətli olduğunu hiss etmək istər.
Naz etmək, qarşı tərəfinsə usanmadan bu nazı çəkməsini istər.
Gözəl sözlər, xoş münasibət istər qadın.
Hər nə qədər güclü görünsə də, onu qoruyacaq-özündən güclü birin istər.
Qadın sədaqət istər, əvəzolunmaz, təkrarolunmaz olmaq istər.
Qadın sevdiyinin yarı, övladının anası, evinin həm xanımı, həm qulluqçusu, işinin sahibəsi olmaq istər.
Qadın bəzən sevinc, bəzən kədər istər. Bəli, bəli kədər istər bəzi qadınlar. Onları üzəcək, həyatına istiot qatacaq birini istəyərlər.
Qadın istər, istər, istər…
 
Ancaq qadınları xoşbəxt etmək elə də çətin deyil. Onlar sizin düşündüyünüz qədər də qəliz məxluq deyil.

Sevdiyiniz xanıma səni sevirəm deməkdən usanmayın. Ya da düşünməyin ki, bunu deməyinizə nə ehtiyac var, onsuz da siz onu sevirsiniz. Xanımlar bunu bilsələr də, eşitməkdən heç vaxt bezməzlər. Hələ ki, bu sözləri deyən şəxs onu bütün səmimiyyəti ilə qucaqlayıb, bu sözləri onun gözlərinin içinə baxaraq deyirsə.

Onunla mümkün qədər birgə vaxt keçirməyə çalışın. Televizorun qarşısında oturub yuxulumaq və ya nələrisə izləmək əvəzinə xanımınıza bir az vaxt ayırın. Məsəl üçün onu gəzintiyə apara bilərsiniz və ya onun sevdiyi hər hansısa bir filmi onunla izləyə bilərsiniz. Ancaq, bunun sizin üçün bir əzab olduğu düşüncəsini yaratmadan.

Xanımlar sürprizləri çox sevir. Ara-sıra sürpriz etməyi də unutmayın. Heç gözləmədiyi anda onu evin bütün qayğılarından uzaqlaşdırıb ona gözəl bir gün hədiyyə edə bilərsiniz. Və bunu etdiyiniz zaman onun daha artığına layiq olduğunu deməyi də unutmayın.

Bir sözlə xanımlar sevildiklərini, sayıldıqlarını, dəyərli olduqlarını, sevdikləri insanın onları hər şeydən dəyərli saydıqlarını hiss etmək istər. Əlbəttə ki, bütün bunları sizin səmimi olaraq etməyiniz önəmli məsələdir.

Bəs bütün bunları əldə edən qadın sevdiyi şəxs üçün nələr edə bilər?

Bunları görən qadın sevər. Sevdiyini dünyanın ən xoşbəxti etmək üçün əlindən gələni edər. Hər cür çətinliyə dözər. Evini, ailəsini hər kəsin kənardan baxıb həsəd aparacağı isti bir yuvaya çevirər. O sevdiyi şəxs üçün canından, malından bir an belə düşünmədən vaz keçər.

Əziz bəylər, qadınlar həmişə diqqət istər, xanımınıza qarşı bir az diqqətcil və qayğıkeş olsanız, xoşbəxtliyi ilə hər tərəfə işiq saçan bir xanıma sahib ola bilərsiniz.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri