Qadın bazarı: Alan kim, satan kim? ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 438
Səs ver:
(səs: 0)

 

Və fahişəliyin tarixi


Sosioloqlar: Problemin kəskinləşməsində əsas faktorlar sosial problemlər, ənənəvi əxlaq kodekslərinin dəyişməsi və maarifləndirmənin zəifliyidir

Normal insan cəmiyyətinin və ailə institutunun dayaqlarına, dolayısı ilə genefonda ağır zərbə vuran fahişəlik dünyanın ən köhnə peşəsi olaraq xarakterizə edilməkdədir. İnsan alverinin çiçəklənməsi üçün ən yaxşı stimul yaradan fahişəliyin tarixinin insanlığın tarixi qədər qədim olduğu bildirilir. Son vaxtlar dünyada və ölkəmizdə bu problemin aktuallaşdığını nəzərə alıb fahişəliyi fərqli mədəniyyətlərə, coğrafi ərazilərə ayırıb araşdırmağı uyğun hesab etdik.

 

Fahişəliyə necə yanaşmalı?


Bəşəriyyətin ən qədim peşəsi adlandırılan fahişəlik sosial təzahür olub ödənişli intim fəaliyyəti deməkdir. Fahişə sözünün mənşəyi latın sözü "To prostitute" olub ifşa etmək, aşkara çıxarmaq anlamını verir.

Ölkədən asılı olaraq, fahişəlik ya leqaldır (bir çox Qərb ölkələrində və s.), ya da hətta ölüm cəzası ilə cəzalandırılır (bəzi müsəlman ölkələrində).

Bir sıra ölkələrdə isə fahişəlik leqal olaraq ciddi surətdə qaydaya salınır, məsələn, İsveçrədə, yaxud ABŞ-da fahişəlik leqallaşdırılıb. Türkiyədə küçə fahişəliyi leqal deyil, lakin dövlət fahişəxanaları leqaldır.

Fahişəliyə ziddiyyətli münasibətlərin əsas səbəbləri arasında qanunsuz insan trafiki, köləlik və cinsi yolla keçən xəstəliklər də var. Son vaxtlar hər 3 istiqamətdə problemlər kəskinləşdiyindən problem daha da aktuallaşb.

Sivil ölkələrdə bu peşə insan hüquqları kontekstində dəyərləndirilir və fahişələrə yanaşmada normal baxış ortaya qoyulur. Hətta Qərb mediasında fahişə, əxlaqsız qadın, əyləncə qadını terminləri işlədilmir, daha mədəni ifadələr seçilir.

Bir çox ölkələrdə isə (Hindistan, Türk ölkələri, İran və s) fahişələr cəmiyyətdə çox sərt təpki ilə üzləşir. İranda isə, fahişəliklə məşğul olan qadını daşlanma və ölüm cəzası gözləyir. Baxmayaraq ki, bu ölkədə siğə adlı proses vasitəsilə fahişəlik dini şərçivəyə salınıb. Azərbaycan mentalitetində belə qadınlara yanaşma bir qədər sərt olsa da, sivil çərçivələri aşmır.

Qədim Yunanıstanda fahişə məktəbləri açılmışdı

Fahişəliyin yaranma məkanlarından ən qədimi hesab edilən Yunanıstanda bu peşəni 3 kateqoriyaya da ayırırdılar.

1. "Hiedodoleia", yəni "müqəddəs fahişəlik" deyilən peşə məbədlərdə reallaşdırılırdı. Məbədlərdə özünü göyün yeri mayalandırması və bərəkətləndirməsi vəzifəsini reallaşdıran müqəddəs varlıq olaraq bütün kişilərin xidmətinə təqdim edilən qadınlar vardı.

2. İkinci qrupda ödənişli fahişə olaraq bilinən fahişələr yer alırdı. Bunlar küçə qadınları sayılırdı və pul qarşılığında istənilən şəxsə xidmət göstərirdilər. Belə qadınlara əsasən aşağı və orta təbəqədən müştərilər çıxırdı və onların qazancı o qədər də çox olmurdu.

3. Daha bir qrup fahişələr "heteira" adlandırılan və özlərini intellektual fahişə adlandıranlar idi. Bu növ fahişələr əla geyinirdilər, çox yaxşı danışırdılar və cəmiyyətin üst qatlarında qərarlaşırdılar. Onlar daha çox zənginlərlə "aşna" həyatı yaşayırdılar. Fahişələrin, ictimai həyatda zadəgan qadınlardan seçilmələri üçün saçlarını sarıya boyatmaları gərəkli idi.

Qədim Yunanıstanda fahişə məktəbləri açılmışdı. Bu məktəblərdə daha öncədən bu mövzuda təcrübəli olan yaşlı fahişələr, yeni başlayanlara gözəl geyinmə, makiyaj etmə, intimual, sevimli və cazibədar olma sənətini öyrədirdilər. Bu məktəbin məzunlarını küçə qadını adlandırmaq mümkün deyildi. Onlar yalnız elitaya xidmət göstərirdilər.

Qədim Romada da fahişəliyi 2 kateqoriyaya ayırırdılar;

1. Müqəddəs fahişəlik.

2. Ödənişli fahişəlik.


Qədim Romada, indiki vaxtda asayiş şöbəsinin icra etdiyi vəzifəni icra edən polis təşkilatında qanuni qeyd edilmiş 32. 000 fahişə vardı. Roma İmperatorluğu dövründə fahişəlik hamamlarda, meyxanalarda, bərbər dükanlarında sərbəst idi.

Roma cəmiyyətinin əxlaqının pozulması prosesi miladdan sonra 5-ci əsrdə bəzi qadağalar qoyulmaqla durdurulmağa cəhd edildi. İmperator Tedosios bəzi qanunlar qoyaraq fahişəliyi qadağan etmək üçün sanksiyalar tətbiq etdi. Sanksiyalar əsasən, qızlarını və kölələrinı fahişəliyə məcbur edən ataları və kölə sahiblərini sürgünə göndərməkdən ibarət idi.

Qədim Romada fahişələrin hüquqları tapdanmır, onlara yanaşmada təhqirə yol verilmirdi. Lakin bu peşə ilə məşğul olanlar müəyyən qadağa və çərçivələr daxilində fəaliyyət göstərə bilirdilər və onların müqəddəs yerlərə daxil olmasına icazə verilmirdi. Bundan başqa, fahişələrin övladlarının yüksək dövlət vəzifələrinə təyin olunmasına yol verilmirdi.

Roma əsgərlərinə xidmət etmək üçün çox sayda fahişə orduya daxil edilmişdi və onlar hərbi səfərlərdə də əsgərləri müşayiət edirdilər. Hesab edilirdi ki, biloji cinsi tələbatın ödənməsi əsgərlərin sağlamlığına və döyüş əzminə yaxşı təsir göstərir.


Avropada kilsənin fahişəxana biznesi


Avropa ölkələrində dağınıq və gizlicə edilən fahişəliyi idarə altına almaq və bundan faydalanmaq üçün kilsələr hərəkətə keçdi. Bunun üçün ilkin addım kimi 1287-ci ildə Paul Katedralı Keşiş və Ruhani Məclisi, fahişələr üçün mülklər kirayəyə götürdü. 1309-cu ildə Strasburq kilsə papası gəlirini artırmaq üçün ümumi bir ev inşa etdirdi.

Fahişələr öz geyimləri ilə də fərqlənirdilər, onları fərqləndirən əlamətlər isə bunlar idi:
• Almaniyada mavi lentli sarı şlyapa geyinmək,
• Vyanada çiyininə sarı yaylıq atmaq,
• İsveçrədə kiçik qırmızı papaq geymək.

Döyüşdə davamlı yer dəyişdirən əsgərlərin cinsi ehtiyaclarını görsün deyə, bəzi krallar tərəfindən fahişələr səfərlərə aparılırdı. Ayrıca, daha öncə kölə bazarları olaraq istifadə edilən liman şəhərləri, fahişəliyin məşhur olduğu yerlər idi.

İngiltərədə fahişəlik sektoru təxminən 400 il boyunca Kilsənin nəzarətində idi. Kilsə rəhbərliyi bu müddətdə 18 ümumi fəhişəlik evi açdı. Çalışanların islahı və cəmiyyətə geri qaytarılması əvəzinə peşədən ayrılmaq istəyənlər ağır bir şəkildə cəzalandırılırdı.

Qədim Romada olduğu kimi, fahişəliyin məşhur olduğu yerlər əsasən əsgərlərin sıx olduğu bölgələr hesab edilirdi. 16-cı əsr İspaniyasında fahişəliyin mərkəzi Seviliya şəhəri idi. Madriddə isə 1630-cu ildə 3000 fahişə rəsmi olaraq qeydiyyatda idi.

16-cı əsrdə İspaniyada ümumi fahişəlik evlərində iş şərtləri belə idi: Bir qadın burda işə başlamazdan öncə məhəllə idarəçisindən 12 yaşından böyük olduğuna, bakirəliyini itirdiyinə, anasız-atasız qaldığına, ya da ana-atasını heç görə bilmədiyinə, ailəsi tərəfindən tərk edildiyinə və zadəgan bir sülalədən gəlmədiyinə dair sənəd gətirməli idi.

Küçəyə çıxacaq fahişə, fahişə olduğunu göstərən paltarlar geymək məcburiyyətində idi. 1570-ci ildə II Filippin başlatdığı fahişəliklə mübarizə IV Filippin zamanında bəhrəsini verməyə başladı. 1628-ci ildə 8 ilik araşdırma və izləmədən sonra, ölkədə olan 800 ümumi fahişəlik evi bağlanıldı.

Türkiyə: fahişəlik üçün münbit bazar

Bu dövrdə tarixə düşmüş fahişəliyə görə ən qədim cəza hadisəsi 1540-cı ildə reallaşdırılıb. 1540-cı ildə fahişəlik edərkən tutulan qadının cinsi orqanı ülgüc ilə kəsilib. Əmri verən Qanuni Sultan Süleymanın vəzirlərindən olan Lütfü Paşa olub. Lütfü Paşa pis yola düşmüş qadınlarla çox sərt davranması ilə tanınırdı.

II Səlimin dövründə, xüsusilə Eyyubdakı camaşırxanalarda sürən fahişəlik 1567-ci ildə verilən fərman ilə sona çatdı. XVI əsr Osmanlısının fahişəlik mərkəzləri isə bunlar idi: Qala, Topxana və Eyyub .

1845-ci ildə İstanbulda Əxlaq Polisi Şöbəsi təsis edildi. Bundan sonra fahişəliklə məşğul olanlar və qadınları buna məcbur edənlər bir müddət kölgədə qaldılar.

1930-cu ilin statistikasına əsaslansaq, 800 min sakini olan İstanbul şəhərində 532 nəfər fahişə vardı. 1922-ci ildə İstanbulda rəsmi olaraq 69 rum, 194 erməni, 124 yəhudi, 774 türk və 1000-ə qədər şəxsiyyəti və haralı olduğu məlum olmayan fahişə olduğunı nəzərə alsaq, 1930-cu il üçün verilən statistikanın çox inandırıcı olmadığı aydın olur.

1950-ci illərdə başlayan sıx köç səbəbiylə Türkiyədə fahişəlik artdı. Bu tendensiya indiyədək davam etməkdədir. Son illərdə Sovet İttifaqının çökməsindən sonra Türkiyəyə axın edib, yeni peşələrini icra etməyə başlayan sarı saçlı, mavi gözlü "Nataşa"larla mübarizə genişləndirilib.

Hər il Azərbaycandan Türkiyəyə əxlaqsızlıq məqsədilə 2000-dən çox qadın aparılır. Qadınların demək olar ki, yarıdan çoxu işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Türkiyəyə çatandan sonra isə şəxsiyyət sənədləri əllərindən alınır və məcburən fahişəliyə cəlb olunurlar.

Fahişəliyin şərqsayağı forması- siğə

Hazırda fahişəliyin yayılması ABŞ, Rusiya və Avropada daha çox müşahidə olunur. Amma bu bir aldadıcı görüntü də ola bilər. Çünki bu ölkələrdə sözü gedən xidmət aşkar şəkildə, bəzi ölkələrdə isə qadağan olunduğuna görə, gizli şəkildə inkişaf edir.

Birincinin üstünlüyü odur ki, burada qadağa tətbiq edilmədiyindən tibbi nəzarət və profilaktik imkanlar daha çoxdur. İkincidə isə cinsi maarifləndirmə belə olmadığından, problemlər gizli şəkildə inkişaf edir. Məsələn, İran QİÇS xəstəliyinin, Səudiyyə Ərəbistanı isə homointimualizmin yayılması üzrə dünyada lider sayılır.

İslamdan öncə ərəblər, ictimai həyat etibarilə azad idilər, kölələr və məvali olmaq üzrə, 3 sinifə ayrılmaqda idilər. Azadların sahib olduğu hüquq və şərəfdən məhrum olan əsirlər, kölələr və nökərlərin nəsli idi. Kölələr ilə azadlar arasında orta bir sinif olan məvalilər, azad edilmiş kölələr idi.

Fahişəlik, daha çox nökərlər tərəfindən reallaşdırılırdı. Fahişəliyin idarəsi, Abdullah İbn Cüdan kimi qul tacirlərinin əlində idi. Tez-tez bu məqsədlə xüsusi sərgilər keçirilirdi. Sərgidə nümayiş etdirilən qadınlar fahişəlik etmək üçün məcbur edilirdilər.

İslam ölkələrində fahişəliyin dini qaydalara uyğun leqallaşdırılması prosesi hələ də səngiməyib. Bəzi islam ölkələrində (məsələn, İranda,) siğə adı ilə müvəqqəti (hətta bir neçə saatlıq,) evliliklərə icazə verilməsi də fahişəliyin nəzarətə alınması cəhdlərindən başqa bir şey deyil.

Bəzi ərəb ölkələrində geniş tətbiq edilən «mutaa», başqa sözlə, siğə, müvəqqəti nikahdır, burda tərəflərin heç bir məsuliyyəti yoxdur, siğə üçün molla da lazım deyil. Müqavilə çox sadədir: qadın deyir ki, «mən filan müddətə, filan mükafata sənə ərə gedirəm», kişi cavab verir ki, «mən qəbul edirəm». Siğənin müddəti danışıqdan asılıdır, 1 saat da ola bilər, 1 il də.

Ərəb ölkələrində çoxarvadlılığa və azyaşlı qızların ərə verilməsinə icazə verilməsi də ciddi problemlər yaradır. Hətta bəzi şeyxlərin yüzlərlə arvadı olması faktı var. Varlı ərəb ölkələrinə son zamanlar Avropa və postsovet məkanından qadınların axını çoxalıb.

Azərbaycanda fahişəliyin inkişaf tarixi

Sovet dövründə Azərbaycanın şəhər və kəndlərində fahişələri barmaqla sayırdılar. İndi bu kütləvi hal alıb. Həm də təkcə ölkə daxilində yox, benəlxalq miqyasda. Təkcə 1996-2002-ci illər ərzində Dubaydan və Türkiyədən fahişəliklə məşğul olan 11 min nəfər Azərbaycan qadını deportasiya olunub. On minlərlə qadın bu gün də əcnəbi ölkələrdə əcnəbi vətəndaşların «ümumi malına» çevrilib. Onların öz etirafına görə, qadın dəllalları onları hər gün 8-9 müştəriyə «xidmət» göstərməyə məcbur edir, cinsəl istismara məruz qoyurlar.

Ölkə daxilində isə bu, sosial problemlərin təsiri ilə getdikdə artır. Bakıda küçə fahişəliyi ilə məşğul olanlar regionlardan gələn qadınlar olur. Onlar öncə iş axtarmaq üçün gəlir. Lakin oxumamış, savadsız qadın yaxşı iş tapa bilmir. Beləliklə, həmin qadınların bir çoxu insan alveri ilə məşğul olan insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur.

Beləliklə, fahişəlik, dolayısı ilə insan alveri mövzusu Azərbaycan üçün ciddi problem kimi qalır. Problemin həllinə gəlincə, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları təklif edilir. Adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar durur.

Qadın Krizis Mərkəzinin (QKM) rəhbəri Mətanət Əzizova deyir ki, fahişəliyə aparan yolun başlanğıcında işsizlik problemi durur: "Yaxşı olardı ki, sosial problemlər həllini tapaydı, qadınlar üçün iş yerlərinin sayının artırılması və onların maaşlarının yüksəldilməsi vacibdir. Qadınlar üçün maarifləndirmə işləri aparılmalıdır ki, bu mənfi işlərdən uzaq olsunlar".

Mətanət xanımın sözlərinə görə, bir sıra Avropa ölkələrində qadınları fahişəliyə cəlb edən sutenyorlar cinayət məsuliyyətinə cəlb edilir: "Düşünürəm ki, bu metod Azərbaycan üçün də çox effektli ola bilər. Çox təəssüf ki, Azərbaycanda lazım olan insanları cəzalandırmırlar. Fahişəlikdən özünə qazanc mənbəyi düzəldən insanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır".

QKM rəhbərinin fikrincə, bu məsələlər həll edilsə, problemi aradan qaldırmaq olar. Çünki, Azərbaycanda gender bərabərliyi, xüsusilə də qadın hüquqları sahəsində qanunvericilik normaldır, sadəcə, bu qanunların işləmə mexanizmini yaratmaq və cəmiyyətdə güclü maarifləndirmə işi aparmaq lazımdır.

Sosial problemlər, yoxsa mənəvi kriteriyaların dəyişməsi?


"Sağlam Toplum" İctimai Birliyinin (STİB) eksperti Leyla İsmayılova isə deyir ki, bir sıra Avropa ölkələrində qadınları qazanc məqsədi ilə fahişəliyə cəlb edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir:

"Bu üsul Azərbaycan üçün də çox effektli ola bilər. Çox təəssüf ki, bizdə lazım olan insanları cəzalandırmırlar. Cinsi istismara məruz qoyulan qadınlar əməlinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 100 manatadək cərimə edilir. Məcburiyyətdən, ya da aldadılaraq bu yola düşən qurbanları deyil, onlardan özünə qazanc mənbəyi düzəldən insanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır".

STİB ekspertinin sözlərinə görə, Avropa ölkələrində iş yerlərində cinsi istismara təhrik edilən qadınları müdafiə edən konkret qanunlar var: "İş yerində qadına cinsi əlaqəyə girmək təklif olunursa, o, müvafiq quruma müraciət edə bilir. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir və müəyyən edilmiş qaydada həbs cəzası alır".

Hüquqşünasın fikrincə, cəmiyyətdə bu problemin getdikcə daha çox kəskinləşdiyi qənaəti var. "Bir neçə ay öncə təşkilatımızın elektron jurnalında (stib.tk) bir internet sorğusu keçirdik. Sorğuda iştirak edən 142 nəfərdən 106-sı fahişəliyin artmasında sosial problemlərin rolunu vurğuladı, 21-i isə cəmiyyətdə yad mədəniyyətlərin təsiri nəticəsində əxlaq kriteriyalarının dəyişməyə doğru getdiyini bildirdi. Hesab edirəm ki, hər iki faktor keçid dövrü yaşayan ölkələrin problemidir və burada qloballaşmanın da böyük təsiri var".

Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir: "Adətən, bu problemin kökündə işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Ən əsası da, təhsilin və hüquqi maariflənmənin aşağı olması".

***

Göründüyü kimi, fahişəliyə səbəb yaradan əsas məqamlar sosial problemlər, zəif maarifləndirmə və asan qazanc əldə etmək arzularıdır. Cəmiyyətdə mənəvi dəyərlərin müəyyən qədər dəyişməsini, başqa sözlə azad cinsi münasibətlərə baxışın yumşalmasını da buraya əlavə etmək olar. Bunlar isə insan alverinə şərait yaradan əsas faktorlardır. Son nəticədə bu problem milli genefondumuz üçün ciddi təhlükə yaradır. Bu problemin həllində və ya tənzimlənməsində dövlətin xüsusi siyasəti olmalıdır.

Elçin BAYRAMLI

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri