İlk hündürdaban ayaqqabı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 751
Səs ver:
(səs: 9)
Dabanlı ayaqqabı ilk dəfə Misirlilər tərəfindən alicənablığın bir göstəricisi kimi geyilirdi. Orta əsrlərdə isə həm qadınlar, həm də kişilər geyinməyə başladı. Bunun əsl məqsədi isə bahalı ayaqqabıların və ayaqların təmiz qalması idi.

1400-cü illərdə təkrar ortaya çıxan platforma ayaqqabılar ilk dəfə Türkiyədə istifadə edilməyə başlandı və buradan Avropaya yayıldı. Bu platforma ayaqqabılar yalnız qadınlar tərəfindən geyilirdi və o qədər yüksəkdir ki, ağac və ya köməksiz gəzmək demək olar ki, mümkün deyildi.

1500-cü illərdə isə belə ayaqqabılar daha çox ata minənlər tərəfindən istifadə edilməyə başlandı. Atlıların çəkmələrindəki daban, ata minəndə ayaqların üzəngidən sürüşməsini əngəlləmək məqsədi ilə istifadə olunurdu.

Bugünkü dabanlı ayaqqabıları moda dünyasına qazandıran isə (1519-1589) Ketrin Də Medicidir. Qısa boylu və çox gözəl olmayan Cathrine, 14 yaşında ikən Fransa kralının ən böyük oğlu ilə nişanlanmış və onun  aşıq olduğu başqa bir qadın olduğunu bilirdi. Toyda həm Fransız xalqının, həm də şahzadənin diqqətini çəkmək məqsədi ilə zərif dabanlı, zinətlərlə bəzədilmiş ayaqqabılar tikdirdi. Toy qurtaranda dabanlı ayaqqabılar dəb olmuşdu. Dabanlı ayaqqabılar yenə həm qadınlar, həm də kişilər tərəfindən istifadə edilməyə başlandı.

1791-ci ildə Napoleon hündürdaban ayaqqabı geyinməyi qadağan edib və 1860-ci illərə qədər daban populyarlığını itirdi. Tikiş maşınının icadı ilə daban yenidən moda dünyasına geri qayıtdı.

Platforma ayaqqabılar uzun tarixindəki ilk yüksəlişini Venesiya limanına çatmaqla həyata keçirib. 15-ci əsirdə  chopine adı verilən bu ayaqqabılar, qadınları yerdəki palçıqdan qoruyur, hündürlüyü ilə statuslarını müəyyən edirdi. İntibah boyunca var olan və haradasa hündürlüyü 50 santimetrə qədər yetişə chopine yəni platforma daban, Şekspirin Hamlet tamaşasına da mövzu olmuşdu.

Katerina di Medici, Kral II. Henri ilə evlənmək üçün geyindiyi dabanlar da platforma daban oldu və Fransızlar arasında dəb dəliliyi yaratdı. 1930-cu illərdə yenidən gündəmə gələn platforma daban, 1960-ci illərdə diqqətləri üzərinə çəkməyə başlayıb, 1967 və 1980-ci illərin başına qədər qızıl dövrünü yaşadı. Rəqs və musiqi, azad həyatın həyat fəlsəfəsi olduğu çiçək uşaqlar dövründə, platforma dabanlar dövrün fəlsəfəsi eyniləşdi. Qadınları zorlayan və məhdudlaşdıran nazik dabanlar yerinə xüsusilə rəqs meydançalarında platforma dabanlar üzərində yüksəlmək gənc qızların, qadınların, hətta kişilərin seçimi halına gəldi.
(səs: 9)
Şərhlər: 4
Baxılıb: 5 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri