Qadınların etdiyi səhvlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 594
Səs ver:
(səs: 2)
Hər qadınının həyatında ən az bir dəfə etdiyi səhvlər və o səhvlərin verdiyi dərslər var. Onlar hansılardır? Buyurun, diqqətlə oxuyun.

Borc pul
O an ehtiyacı olduğuna görə dostunuza kömək etmək istəyirsiniz və nə olursa olsa sizə geri qaytaracağını düşünürsünüz. Amma o, borcunu ya heç ödəmir ya da çox uzun zaman sonra ödəyir. Bu səbəbdən bir dəfə maliyyə vəziyyətiniz pisləşəndə bu vəziyyətin ağırlığını üzərinizdə hiss edincə bir dahaki səfərə "xeyr" deməyi öyrənirsiniz. Ehtiyacı olan bir yaxınınıza borc verməyi səhv olaraq qəbul etməsəniz də səhv adama borc verdiyinizi qəbul edin.

"Hamısını cavabla" maili
Sizə gələn maildə birdən çox adamın ünvanı varkən və cavabınızı tək bir adama göndərməniz lazım olarkən "hamısını cavabla" (reply all) variantını basaraq mailin getməsini istəmədiyiniz insanlara da getməsinə heç səbəb oldunuzmu? Cavabınız "bəli" isə, bu sizə hər zaman iki dəfə düşünmə və nəzarət etmə dərsini vermiş oldu. Xüsusilə də mənfi və əlverişsiz bir vəziyyətdən söz edilirsə.

Bir dostunun dedi-qodusu
Dostunuz haqqında bir başqasına danışanda o, dedi-qodusunu etdiyiniz adama çatdığını öyrənmək qədər pis bir his ola bilməz. Bu qorxunc hiss, eyni zamanda əhəmiyyətli bir dərs də verir. Dedi-qodu etməzdən  əvvəl böyük bir şeyi xatırla: xoş münasibət qurmaq və məntiqli olmaq.

İşə axşamdan qalma halda getmə
Axşam coşğulu bir partidə əyləndikdən sonra səhər yataqdan sürünərək qalxıb işə getmək məcburiyyətində olma duyğusunu bilirsiniz. İş yerində bütün gününüz baş ağrısı, yorğunluq və hərəkətsiz keçər. Bu vəziyyət, bir dahaki səfərə, əgər sabahısı gün tətil deyilsə iki qədəhdən çox içməmək lazım olduğunu öyrədir.

Sevgili tapınca rəfiqələrə laqeyd qalmaq
Aşiq olduğunuz zaman ətrafınızdakı hər kəsi unutmanız mümkündür, amma sevgili üçün bütün dostları bir kənara buraxmaq heç ədalətli deyil. Nə qədər hər kəsi görməzdən gəlsəniz tək qaldığınız zamanda cox yalnış hərəkət etdiyinizi anlıyacaqsız. Bu, yadda qalan acı dərs olar.

Səhv bir işdə işləmək
Bəlkə sadəcə maaş üçün qəbul etdiyiniz ya da başqa iş axtarmaq üçün çox fürsətiniz olmadığından, sizi təmin etməyən bir işdə işləyirsiniz. Bu, sizin motivasiyanızı salıb sizi əsəbi və istəksiz hala gətirə bilər. Amma eyni zamanda kariyeranızı formalaşdırmanıza da kömək edə bilər. Bir dəfə iş seçkisində səhv etdikdə, yeni iş fürsətlərini qiymətləndirərkən daha diqqətli davranarsınız.

Əlverişsiz yerdə uyğunsuz paltarla gəzmək
Hazırlıqsız təklif aldığınız bir axşam yeməyi ya da bayramda mühitə heç də uyğun olmayan paltarınızla ortada qalmış ola bilərsiniz. Tək deyilsiniz. Hər kəs bunu həyatında ən az bir dəfə yaşamışdır. Olsun, bundan da bir dərs ala bilərik. Səhv olduğunu fikirləşdiyiniz bu vəziyyəti qəbul edərək, nə geydiyinizinin əhəmiyyəti olmadığını düşünün. Bundan əlavə bir daha qonaq olduğunuz yerdə necə geyinmək lazım olduğunu soruşarsınız.

Çox yeyib-içib sonra peşman olmaq
Şalvarlarınızın dar olduğunu, özünüzü çox sağlam hiss etmədiyinizi fərq etdiyiniz zamanlar mütləq olub.  Siz ləzzətli amma həddindən artıq kalorili yemək və içkilərə qarşı meyillisinizsə boşqablarınızı kiçildib, idman salonuna üz tuta bilərsiniz.

Səhv insanla eşq yaşamaq
Sizi incidən, aldadan, axtardığınız meyarların böyük əksəriyyətinə uyğun gəlməyən biri ilə  qurduğunuz əlaqəyə özünüzü məcbur etmisiniz? "Bəli" dediniz? Buna necə razı oldunuz? Məlum adam sizi hər incitdiyində, sizi necə sevdiyini söyləyib qəlbinizi almağı bacardı, elə deyilmi? Yaxşı bəs sonra? Yenə eyni səhvlər ... Həyacan siqnalının çalması, sizi, yeni quracağınız əlaqədə daha yüksək standartları axtarmaq mövzusunda cəsarətləndirəcək. Bu səhvdən də belə bir dərs çıxara bilərik.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri