Qadın sürücülər

Müəllif: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 654
Paylaş:
Səs ver:
(səs: 1)
Hələ bir neçə illər öncə xanımları avtomobilin sükanı arxasında görəndə çoxları təəccüblənsə də, indi bu adi hal alıb.
Hətta müasir dövrdə xanımlar əks cinsin nümayəndələrindən daha səliqəli, daha yaxşı maşını idarə etdikləri üçün təriflər də eşidirlər. Xanımların maşın sürməsi haqda çox danışılıb, çox yazılsa da, bu dəfə fərqli mövzuya toxunacağıq. Avtomobil sürən xanımların tiplərindən bəhs edəcəyik. Bu tiplərin kişi sürücülərdən nə dərəcədə fərqli olduğunu isə siz xanımların öhdəsinə buraxırıq.

Birinci tip: İşgüzarlar
Onlar həmişə harasa tələsirlər. Səbəb isə sırf işlə bağlıdır. Gecikməklə araları olmadığı üçün maşını sürətlə idarə edirlər. Bəzən onların bir gündə gördüklərini, bəziləri heç bir həftə ərzində görə bilmirlər. Yol polisi tərəfindən saxlandıqda isə uzun-uzadı debat qurmaq həvəsində olmurlar. İstənilən cəriməni ödəməyə hazırdılar, təki vaxtları boş yerə getməsin. Axı, söhbətə sərf edilən zaman onsuz da onlar üçün ən böyük cərimədir. Vay o gündən ki, onun maşınını cərimə meydançasına aparası olsunlar... Bu zaman nəinki debat, hətta dastan qurmağa hazır olurlar. Təki günahsız olduqlarını sübut etsinlər.

İkinci tip: Qərarsızlar
Onlar sürət həvəskarı deyillər. Yol hərəkətlərini isə kifayət qədər vaxtlı-vaxtında pozurlar. Qınamalı da deyil, normal sürətdə fikirləri, ətrafda olan mağazaların üstünə böyük hərflərlə yazılan endirimlərdə, yol keçənlərin yanında olur. Sürət artanda isə... Ürəklərində "Ancaq yaşamaq istəyirəm" kəlməsini azı 7 dəfə təkrarlayırlar. Bu tip sürücülərin daha bir çatışmayan cəhəti: hərəkət zamanı fikirlərini tam toplaya bilmədikləri üçün vaxta qənaət edə bilmirlər. Nəticəsi isə bir o qədər ürəkaçan olmur, saatlarla tıxacda qalmalı olurlar. Yol polisləri tərəfindən saxlandıqda isə bu tip xanımlar iki cür davrana bilərlər. Əgər xanım həlim xasiyyətlidirsə, yol polislərinin bəxti gətirir. Çünki belə xanımlar qorxaq və çəkingən olurlar. Aralarında öz hüquqlarını kifayət qədər yaxşı bilənlər də az deyil. Bax, bu zaman vəziyyət zərif cinsin nümayəndələrinin xeyrinə həll olunur.

Üçüncü tip: Nümayişkarlar
Bu tip xanımlar həmişə diqqət mərkəzində olmaq üçün dəridən-qabıqdan çıxırlar. Yolda avtomobili gah sürətlə, gah da çox yavaş idarə edirlər. Təki digərlərindən fərqlənsinlər. Yol hərəkəti qaydalarını pozduğu üçün saxlandıqda isə, çox həvəslə maşından düşür, səhvini öyrənməyə can atır. Cəriməni də ödəməyə hazırdırlar.

Dördüncü tip: Cəsarətlilər
Avtomobili prinsiplə idarə edirlər. Sürəti artırıb, qırmızı işıqdan keçmə onlar üçün artıq uşaq oyunudur. Bu tip xanımlar elə hesab edirlər ki, onlar istədiklərini edə bilərlər. Bu xüsusiyyət başqalarına problem yaradır? Nə olsun, təki hər şey xanımların ürəyincə olsun. Cəsarətlilərin fikrincə, kim ki yol qaydalarına riayət edir, maşını yaxşı sürür, onlar da günahkardırlar. Hər vəziyyətdə hamı suçludur, ondan başqa.

Beşinci tip: Xırdaçılar
Bu xanımlar maşın sürdüyü müddətdə ən adi cərimənin qiymətindən də xəbərsizdirlər. Necə yaşayırsa, avtomobili də elə idarə edir. Qaydalara qarşı ciddidir. Yolda dəlisov hərəkətlər ondan çox uzaqdır.
Təbii ki, bu bölgü tamamilə özünü doğrultmaya bilər. Hər şey vəziyyətdən və avtomobili idarə edən xanımın əhvalından asılıdır. Bu beş tipdə olan hər hansı bir xüsusiyyət gün ərzində hər xanımın başına gələ bilər. Hər halda söhbət qadından gedir. Qadın isə zamanından və məkanından asılı olmayaraq hər zaman gözlənilməz və sehrli ola bilər.

loading...
(səs: 1)
Şərhlər: 16
Baxılıb: 654
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
Maşınım falan yoxdur)) Gələcəkdə mütləqqq maşınım olacaq. Amma avtomobildən çox motosikl istəyirrəəəəm!!!! bayker olmaq arzumdur 128

...666...
9 avqust 2015 19:21
16
Viking
Offline
Gul-cicek
mende mawin sure bilirem amma tesufler olsun ki heleki atamin mawini sururem :((( amma inwallah ata soz verib alacaq :)))insallah 128
9 avqust 2015 12:00
15
ALLAH butun xestelere şəfa versin.Amin!!!

Wexsiyyetimle reftarimi qariwiq salmayin..Wexsiyyetim kim oldugum,reftarim kim oldugumla elaqederdir.....!
Offline
ALESSANDRA
menim masinim var
ama yasim az olduğu ücün sürmürem sürede bilmirem,,hec prob etmisemki men yaziq((
boyuyende surecem)
8 avqust 2015 21:06
14
Don't trust anyone ∆
Offline
Akkuw)
Ujee 3 ildi mawin sururem ve menim adi bir haldi
8 avqust 2015 20:15
13
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Offline
ayka
men de boyuyende mawin alacam ozume Allahin komekliyi ile yeni hayalim unlu bir iw kadini olmaqdi 128
8 avqust 2015 19:30
12
İntiqam qoxur ruhum
Offline
VIP
Maşın sürməylə aram yoxdu.Sürməyədə can atmamışam
8 avqust 2015 19:11
11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Bebiw
Men mawin sure billem ama yawim az oldugu ucun seherler arasi suremmitem
8 avqust 2015 16:41
10
sowu
Offline
Dj_Vampir
Masin yox)belke)Men motor istiyorum yaaa..
8 avqust 2015 16:37
9
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
BARBI
Men de surucuyem. Hec bir sehvim yoxdur. Heleki qeza toretmemisem.
8 avqust 2015 16:32
8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Fərqi yoxdur qadın da olsa kişidə maşın idarə edən kəs qaydalardan kənara çıxmamalıdır.
8 avqust 2015 16:17
7
Offline
my_angel
Gələcəkdə belə bir planım var. Qərarsızlıq və cəsarətlilik mənə aiddir.)
8 avqust 2015 15:43
6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
...AdaDunyam``
men de cox isteyirem ki,masinim olsun,insAllah qismet olar
8 avqust 2015 15:42
5
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
Dosta_inam
Qadinin masin surmesine pis baxmiram, ancaq bir seyle razi deyilem ki, qirmizi isiqdan kecmek ister qadin ister kisi calisdiqlari qeder yol hereketi qaydalarina riayet etmelidir, cunki o qirmizi isiqdan sur'etle kecerken her hansi bir insanin heyatina son qoyulur.
8 avqust 2015 15:39
4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Zuxa
Oyrenmisem masin surmeyi
8 avqust 2015 15:31
3
Offline
vipbetul
qadin masin idare ederken dahada mesuliiyetli diqetli olurlar
8 avqust 2015 15:00
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Tomris Müslümova
Hər nə qədər cəsarətlidə olsan qırmızı işıqda keçək uşaq oyunu yox həyat oyunudu
8 avqust 2015 14:38
1
∞ Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri