Mükəmməl qadın olmayın...

Müəllif: ALESSANDRA
Şərhlər: 9
Baxılıb: 885
Paylaş:
Səs ver:
(səs: 2)
Yaxşı bir həyat yoldaşı, ana, seksual qadın, ev xanımı, iş qadını, dost, övlad, sevimli və
daha bir çox keyfiyyətlərə malik mükəmməl qadın nədən özünü bədbəxt hiss edər?..….
Çünki bu qadınlar başqaları üçün yaşayarlar..
Bir ailədə qadın, həyat yoldaşının həyatını gərəyindən çox diqqətində saxlayırsa, düz iş görmür!
Hər problemi həll edə bilən, məsuliyyətləri üstünə götürən, nizamı qoruyan və bunun üçün fövqəlbəşər səy göstərən qadın, qarşısındakı kişinin genetikasını pozmuş olur.
İnsan təbiəti almağa, qəbul etməyə meyllidir və rahata tez alışır və belə lazımmış kimi davranır.
Mükəmməl qadın hər işdə müvəffəqiyyətli olduğundan, qarşısındakına edəcək bir şey buraxmır.
O məsəl var deyərlər ki, "Armud yetiş, ağızıma düş..."
Amma əlaqələr, paylaşma olmadan inkişaf etməz ki...
Qadın və kişi əlaqəsinin inkişafı, həyatın verdiyi məsuliyyətlər, dərslər və səy ilə düz mütənasibdir.
Uşağının məktəb tapşırıqlarını özü edən bir ana, övladının öyrənmə qabiliyyətinin inkişaf etdirməsinə maneə törətdiyinin fərqində deyil əslində...
Eyni vəziyyət münasibətlərdə də keçərlidir.
Həyat yoldaşının işlərini boynuna götürən, etməsi lazım olanları onun yerinə edən, bacara bilmədiklərini bir şəkildə həll edən mükəmməl qadın, bədbəxt olmağa məhkumdur!
İşin qəribə tərəfi də budur ki, bu quruluşdakı qadınların əlaqələri sonunda xəyal qırıqlığı ilə bitir.
Ən çox aldadılan, tərk edilən qadınlar qüsursuz qadınlardır ki, nədən aldadıldıqlarını anlaya bilməzlər.
Üstəlik də həyat yoldaşlarının seçdikləri qadınlar özlərinə bu sualı verərlər: "Mənim nəyim əskik idi?"
Və bu cümlənin cavabı havadan asılı qalar...
Əlaqələr paylaşmalar üzərində quruludur.
Mükəmməl qadın, həyat yoldaşının edəcəklərini boynuna götürdüyündə, onun uğurlarını da əlindən almış olur.
Səy göstərmək, məşğul olmaq üçün ona iş və ya səbəb buraxmır.
Həyəcanı, həvəsi qalmayan bir kişi isə təbii olaraq gedib, özünü göstərəcəyi, yaradacağı başqa mühitlər axtaracaq...
Ətrafınızdakı insanları bir düşünün.
İçlərində, mükəmməl olduğuna inandığınız, amma hələ də niyə evlənə bilmədiyini və ya bədbəxt bir ailəsi olduğunu anlaya bilmədiyiniz nə qədər qadınlar var....
Hazır bir həyat... Hər bir maddiyyat və rahatlıqla təmin olunmuş bir həyat...
İlk başlarda çox keyfli gəlsə də, zaman içində son dərəcə darıxdırıcı və sıxıcı, boş bir həyat şəklini alır.
İnsani eqonuzu zərər görməyə imkan verməyin...
Əslində mükəmməllik, özündən imtina etmək deməkdir.
Davamlı başqaları üçün yaşamaq, onların ehtiyaclarını aradan qaldırmaq, onların sevdiklərini seçmək və hazırlamaq, həmişə başqalarını düşünmək, mükəmməl qadını sonunda şəxsiyyətsiz edər!
Öz həyatından imtina etmək, necə deyərlər "saçının hər telini süpürgə etmək", gərəksiz fədakarlıq göstərmək, qarşı tərəfdən alqış və təqdir almaz ki...
Nizamlı olaraq bunlar edildiyi üçün, vəzifəymiş kimi qəbul edilər və boynuna biçilər və qiyməti bilinməz...
Qüsursuz və mükəmməl olmaq, yalnız zərər verər!
Həyat yoldaşını, uşağını, özünü, hətta dostlarını belə çətin bir psixoloji duruma salar.
Əlaqələr paylaşdıqca dəyər qazanır və zövq verir.
Mükəmməl qadın xoşbəxt ola bilməz.
Başqalarının həyatını nizamlarkən, özünə aid bir həyatı olduğunu unudar.
İnsan dediyin bir az da qüsurlu olar. Səhvləri, düzləri ilə var olar.
Mükəmməllik əslində insana aid deyil!
Qüsursuz və ya mükəmməl qadın olmayın...
Bu sizi ancaq, ruhi kölə və həyat xidmətçisi edər!!!
Sevgiylə qalın…

loading...
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 885
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
Sitat: ALESSANDRA
Sitat: Catwoman666
Qüsursuz və mükəmməl olmaq, yalnız zərər verər!

Qürursuz olmaq zərər verər, amma mükəmməl olmaq lazımdır.

...666...

Qürursiz yox,,qüsursuz 122

122 hele indi fikir verdim)))))
9 avqust 2015 18:54
9
Viking
Offline
ALESSANDRA
Sitat: Catwoman666
Qüsursuz və mükəmməl olmaq, yalnız zərər verər!

Qürursuz olmaq zərər verər, amma mükəmməl olmaq lazımdır.

...666...

Qürursiz yox,,qüsursuz 122
9 avqust 2015 18:51
8
Don't trust anyone ∆
Offline
Catwoman666
Qüsursuz və mükəmməl olmaq, yalnız zərər verər!

Qürursuz olmaq zərər verər, amma mükəmməl olmaq lazımdır.

...666...
8 avqust 2015 22:19
7
Viking
Offline
Dosta_inam
Mukemmel olmasamda yeteri qeder istediyim kimi yasamaq xosbext olmaq nesibim olsun, artiq hecne istemirem.
8 avqust 2015 08:09
6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Milawka18
en esas xowbext olmaqdir
8 avqust 2015 00:54
5
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
Offline
VIP
Hərkəsin qüsuru var məncə mükəmməl olmag qüsursuz,günahsız olmag müqəddəslərə aiddir,biz günahkar bəndələrik
8 avqust 2015 00:52
4
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
WiRiN BaLaM
mükəmməl olmaqdan çox xoşbəxt olmaq arzusundayam .. İlk öncə xoşbəxtlikdir
8 avqust 2015 00:24
3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
vipbetul
mukemmel qadin xosbext olmuya biler mukemmel olmasa onda hec xosbext olmaz
7 avqust 2015 23:02
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Heyatda sirf her seyde mukemmeliyi seven insanam. Ama bezen insanin qusurlu olmasi daha yaxsidir. Mukemmel insan her zaman xosbext olmur
7 avqust 2015 23:01
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv