Qadınlar nəyə görə qeybətə meyl edirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 419
Səs ver:
(səs: 1)
Qadını kişidən imtiyazlı edən əsas məsələ onun duyumlu və həssas olmasıdır. Duyum və hiss kişidə varsa da, bu xüsusiyyət qadında onu kişidən fərqləndirəcək həddə güclüdür. Qadının bu xüsusiyyətləri onun bir çox digər xüsusiyyətinin də qaynağıdır.
Dərin daxili hisslərə malik olması qadının ruhunda lətafət doğurur və qəlb riqqətinin yüksəlməsinə səbəb olur.
Bu səbəbdən də qadınlar kişilərdən çox tez təsirlənirlər. Qadın bir çox məsələlərə mərhəmət prizmasından baxır və bu mərhəmət onun batini dünyasında təyinedici rol oynayır.
Qadın yaranış aləmində xüsusi rol oynadığından, belə bir daxili sərmayə ilə təchiz olunmuşdur. Bu rol dünyaya övlad gətirmək və insan nəslinin həyatını davam etdirməkdən ibarətdir. Əslində övladın böyüməsi və bu məsuliyyətli işin öhdəyə götürülməsi eşq və məhəbbət dolu bir ruh istəyir. Övlad dünyaya gətirib onu tərbiyə edən bir varlıq mehriban, fədakar olmalı və bu işdən ləzzət almalıdır. Bəli, riqqət və lətafət xüsusiyyətləri qadın ruhunun imtiyazlarından və varlıq nizamının ona hədiyyələrindəndir. Eləcə də, möhkəmlik və qüvvə, bu iki xüsusiyyətdən qaynaqlanmış şücaət, qətiyyət və idarəçilik kişi vücuduna xas xüsusiyyətlərdəndir. Qadınlar bu xüsusiyyətlərdən kişilər qədər faydalanmırlar.
Qadın kişi şücaətinə sahib olmasa da, belə bir şücaətə vurğundur. O güclü və qüvvətli bir kişinin pənahına sığınmaq istəyindədir. Özünü belə bir kişinin himayəsində hiss edən qadın xoşbəxtlik tapır. Xanım Lembrozanın fikri ilə desək, qadın divar və ya ağaca dolanıb yuxarı qalxan və onu öz çiçəkləri ilə bürüyən sarmaşıq kimidir.
Qadınlar, adətən, zəif kişiləri sevmir. Zəif ər qadını daim narahat edir. Ərin polad biləklərini özü və ailəsi ətrafında yenilməz divar tək hiss edən qadın özündə razılıq və iftixar dolu bir rahatlıq duyur. Qadının psixoloji sağlamlığında bu məsələ çox rol oynayır. Qadının qeyri-zəruri məsələlərdə özünü büruzə verən zərif təbiəti bəzən kişilər üçün anlaşılmaz olur. Qadın ruhunun tez təsirlənməsi, ictimai mühitə bağlılığı, başqalarına təqlidçiliyi, başqalarının fikrinə öz fikrindən daha çox üstünlük verməsi, sabit halda qala bilməməsi onun mərhəmət və duyumundan danışır.
Əksər qadınlar ətrafdakılarla bağlı ən incə məsələlərə həssasdır. Başqalarının həyatında baş verən ən kiçik dəyişiklik onların nəzərindən qaçmır. Bu xüsusiyyəti doğuran ondakı casusluq, başqalarının işinə müdaxilə hissidir, yoxsa pərdə arxasında başqa bir səbəb var? Hər şeylə maraqlanmaq qadın üçün təbii bir xüsusiyyətdir. Hətta rahatlıq və sakitlik tələb edən qocalıq dövründə belə kişilərin əksinə olaraq, qadınlar təkliyə çəkilib sakit yaşaya bilmir. Qadındakı daxili hiss və ya başqalarına münasibətdə istək güclü bir amilə çevrilib onu dörd bir yana sövq edir. O, başqalarının həyatını öz həyatının bir hissəsi sayır. Başqalarının qəminə qəmlənir, şadlığına sevinir. Əlbəttə ki, qadın bu hissi özündə cilovlamadıqda özü və başqaları üçün xeyli problem yaradır.
Bəzən qadının başqalarına, xüsusi ilə də biganə kişilərə marağı onun ərində şübhələr yaradır. Kişi elə düşünür ki, qadının bu marağı hansısa pis məqsədlərdir. Hansı ki, adətən, belə olmur. Qadın təbiətindəki hər şeylə maraqlanmaq hissi onun həyatında bir növ başqalarının rolunu artırır. Bu hiss qadında o qədər güclənə bilər ki, ətrafdakıların ən kiçik hərəkəti onun gözündən yayınmaz. Qadının başqalarının həyatına yersiz müdaxilələri, həddi aşmış maraqları, şübhəsiz ki, xeyli problem yaradır. Hansı ki, kişilər, adətən, belə olmur. Hər hansı kişi adi şəraitdə başqalarının həyatı haqqında nəsə öyrənməyə səy göstərmir. Əslində ətrafdakıların necəliyi onun üçün əhəmiyyətli deyil. Adi bir qadının da başqa kişilərə marağı sadəcə məlumat toplamaq xatirinə olur. Əlbəttə ki, qadındakı bu hiss qarşıda dərin problemlər yaratmamaq üçün cilovlanmalıdır. Kişinin biganə qadına baxımı dərhal nəfs baxımından qiymətləndirilir. Hansı ki, qadının bir kişiyə marağı qadınlar arasında nəfs istəyi kimi dəyərləndirilmir. Demək, qadının biganə kişiyə baxışı ilə kişinin biganə qadına baxışı arasında fərq var və bu iki baxış eyni sayılmamalıdır. Qadının biganə kişilərə marağının digər bir səbəbi onun özünü əskik, kişiləri üstün varlıq saymasıdır. Yanlış tərbiyə sayəsində qadında belə bir münasibət yarana bilər.
Belə bir vacib məsələni qeyd etməliyik ki, ailələr öz qız  övladları ilə kiçik yaşından hörmətlə rəftar etməli və onların özlərini əskik varlıq saymasına şərait yaratmamalıdırlar. Gənc bir qızın həyatında uyğun əskiklik hissi mühüm rol oynaya bilər, hətta onu təhlükəli işlərə yönəldər
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri