Qadınların ürəyini bu yolla fəth edin!

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 2 448
Səs ver:
(səs: 1)
Hər qadının öz xarakterinə və zövqünə uyğun seçilməlidir. Üstəlik, dəbdə olan və xanımların bir çoxunun qəlbini fəth edən ətirləri tapmalısınız.

"Yves Saint Laurent”, "Black Opium”
Enerjili və cəsur qadınlar üçün ideal seçimdir. Qəhvə, ağ çiçək, yasəmən, vanil qoxularını ehtiva edən ətir
Enerjili və cəsur qadınlar üçün ideal seçimdir. Qəhvə, ağ çiçək, yasəmən, vanil qoxularını ehtiva edən ətir müasir obrazı sevən xanımlara xitab edir.

"Michael Kors”, "White”
Mişel Korsun ağ rəngdən ilham alaraq yaratdığı bu ətir saf qoxuları sevən qadınların ürəyini fəth etməyə qadirdir. Tərkibində ilanq-ilanq, vanil və ənbər tonlarını birləşdirən bu ətir əla hədiyyə ola bilər.

"Moschino”, "Toy”
Cerem Skott tərəfindən hazırlanan ətir ayıcığı  xatırladır. Ağac yosunu, narıncı, ardıc qoxularını özündə ehtiva edən ətir həm şirin oyuncaq, həm də dəbli ətirdir. Bu ətir sayəsində sevdiyiniz qadına iki sevinci bir anda yaşada bilərsiniz.

"Chloé”, "See by Chloé Si Belle"
Zarafatcıl, güləyən qadınlara xitab edir. Portağal qoxusu sevənlər üçün də idealdır. Bu ətrin qayğıları azaltdığı deyilir. Siz də sevgilinizin və ya xanımınızın qayğılardan azad olması üçün ona bu möhtəşəm ətri hədiyə edə bilərsiniz.

"Rouge by Rihanna
Bu ətir pop ulduz Rihannanın özü kimi cəsur, ehtiraslı və özünəinamı yüksək olan qadınlar üçün yaradılıb. Sevgiliniz çiçək qoxularını sevirsə, heç tərəddüd etməyin.

"Victoria's Secret”, "Love Me”
Fransız nərgizinin qoxusu ilə insanın ağlını başından alan bu ətir seksuallığını ön plana çıxarmağı sevən qadınlar üçün ərsəyə gətirilib.

"Hugo Boss”, "Hugo Woman”
Meyvə çiçək qoxularını birləşdirir. Ehtiraslı və şən qadınlar üçün ideal seçimdir. Mürəkkəb, yasəmən, zanbaq, səndəl ağacı və ənbərin möhtəşəm harmoniyasını hiss edin.

"Lancome”, "La Nuit Trésor”
Qara gül, vanil və orxideyanın qarışımından ibarət olan bu ətir XXI əsrin eşq zərdabı hesab edilir. Tilsimli baxışlara, sirli gözəlliyə sahib qadınlar bu ətrə heyrandırlar.

"Giorgio Armani”, "Si Eau de Toilette”
Klassik "Sì” ətrinin yeni versiyasıdır. Duyğuları ilə hərəkət edən qadınlar üçün nəzərdə tutulub. Zərifliyi və əyləncəni bir anda yaşamaq üçün bu ətri mütləq sınaqdan keçirmək lazımdır.

"Issey Miyake”,”L'eau D'issey City Blossom”
Təravətli bir ətirdir. Narıngi, maqnoliya kimi qoxuları ehtiva edən ətrin şüşəsi də xüsusi dizayndır.
Əhvali-ruhiyyəsi tez-tez dəyişən xanımlara hədiyyə etmək olar.

"Dolce Gabbana”dan "Dolce Floral Drops”
Papayya meyvəsi ilə sunərgizi və ağ çiçəklərin harmoniyasından yaranan bu ətir romantikanı sevən xanımlara xitab edir.

"Marc Jacobs”, "Daisy Eau So Fresh Sorbet "
Qreypfurt, armud, yasəmən, bənövşə notları ilə insanı bihuş edən ətir çiçək qoxularını sevən və yaz aylarında hansı ətri alacağına qərar verə bilməyən xanımlara ala bilərsiniz.

"Valentino”, "Valentina Pink”
Şüşəsi ilə diqqəti cəlb edən bu ətir baharın enerjisini dəriyə həbs edir. Meyvə və çiçək qoxusu verir. Xanımınızın gül bağçası kimi qoxumasını istəyirsinizsə, heç düşünmədən bu ətri hədiyyə edin.

L’eau Par Kenzo Intense
Qırmızı alma və paçuli notlarıyla baharın əhvali-ruhiyyəsini hiss etdirən bu ətri gənc və özünü daim gənc hiss edən qadınlara hədiyyə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 448
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri