Qadınların xoşbəxtlik resepti

Müəllif: aLoNe AnGeL
Şərhlər: 5
Baxılıb: 3 236
Səs ver:
(səs: 1)
Ətrafınızda hər vaxt xoşbəxt və şən görünən rəfiqələriniz var? Niyə siz də onlardan biri olmayasınız? Bunun üçün xoşbəxt qadınların reseptlərini tətbiq etnəlisiniz. Bu reseptdə nələr var?Xəbərin ardında...

Xoşbəxt qadının sirr
Ətrafınızda hər vaxt xoşbəxt və şən görünən rəfiqələriniz var? Niyə siz də onlardan biri olmayasınız? Bunun üçün xoşbəxt qadınların reseptlərini tətbiq etməlisiniz. Bu reseptdə nələr var?

Hərəkət etmək
Məşq etmək, yalnız kilo vermənin deyil, ruh psixilogiyanızı  da mənfidən müsbətə doru irəliləməsinə şərait yaradır. Məşqi,idmanı  bir iş olmaqdan çox  dəstəkləyici olaraq düşündüyünüzdə onu bir vərdişə çevirmək daha asan olur. Qadınlara ən çox qaçış faydalıdır . Çünki beləcə bədənləri endorfin (xoşbəxtlik hormonu) ifraz edir və qaçış gecə rahat yatmağa kömək edir.

Bəzi problemsiz ,maraqlı TV proqramlarını izləmək
Uzun və yorucu bir günün sonunda özünüzə  televiziya proqramları seyr etmə mövzusunda dözüm göstərməkdən qorxmayın. Bu, gün içində stressə səbəb olan şeyləri unudub diqqətinizi başqa yerə yönəltmənizi təmin edər. Uzanın divana və televiziya qarşısında istirahət edin, hətta sevdiyiniz çərəzlərdən yeyin. Bu, yatağınızda yatmaqdan daha zövqlüdür hər vaxt. Niyə özünüzü yaxşı hiss edəcəyiniz bir şeydən uzaq qalasınız ki?

Özünüzü düşünün
Bir ana, bir həyat yoldaşı, bir övlad və bir iş qadını olaraq həmişə başqalarını xoşbəxt etmək üçün çalışırsınız. Özünüzə zaman ayırıb, enerjinizi bir az da özünüz üçün xərcləməsəniz, xoşbəxt ola bilməzsiniz. Sizi - yalnız sizi- xoşbəxt edən şeyləri etməyə çalışın. Xoşbəxt qadınlar, uşaqlarını ya da həyat yoldaşlarını xoşbəxt edən şeylərin xaricində, öz zövqlərinə aid zaman ayırırlar.

Fantaziya dünyasına girmək
Fantaziya dünyasında qərq olmaq zənn etdiyinizdən daha asandır. Yalnız bir kitab seçin. Kitablar, uzaqlaşmanın ən möcüzəvi yoludur. Oxumağı nizamlı hala gətirsəniz, gündəlik çətinlikləri kitabınızın qapağını açdığınızda unudarsınız. 2012-ci ilin ən yaxşı romanlarına bir nəzər salın. Aralarından mükəmməl seçkilər edə bilərsiniz. Hər gecə yatağınıza uzandığınızda yuxuya keçmədən əvvəl təxminən bir saat qədər oxuyun. Romanların dünyasında itmək, rahatlamanıza,gərginliklərdən azad olmanıza, dərdlərinizi unutmanıza kömək edər.

Ailəylə bağ qurmaq
Xoşbəxtlik, düşündüyünüzdən daha da yaxınınızda ola bilər. Məsələn ailəniz qədər… İtirilmiş ailə fərdlərinin xatirələri belə güc və xoşbəxtlik qaynağı ola bilər. Ailənizdə sizə ən yaxın olanlar və ən böyük xoşbəxtlik qaynağınız olanlar şübhəsiz uşaqlarınız və həyat yoldaşınızdır.

Musiqi dinləmək
Ruhunuzu şənləndirən mahnılardan uzaq dayanmayaraq özünüzü daha xoşbəxt hiss edə bilərsiniz. Musiqi dinləməyi sevirsinizsə bunu avtomobil istifadə edərkən, işləyərkən,çalışarkən, ev işləri görərkən ya da idman edərkən bir vərdiş halına gətirin.
 
Bəs sizi ,ən çox nə xoşbəxt edir?
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 236
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri