Qadınların ər seçərkən diqqət etdikləri nüanslar

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3 827
Səs ver:
(səs: 2)
Kişilərlə qadınlar arasındakı ən böyük fərq onların qarşı cinsə olan münasibətidir. Kişilər həyat yoldaşı və ya sevgili seçərkən ilk öncə qadının gözəlliyinə fikir verirlər. Çünki onlar üçün zahiri görkəm çox önəmlidir. Xanımlar isə çox seçicidirlər. Onlar bir kişini həyatlarına daxil etmədən öncə onlarla, hətta yüzlərlə incə nüanslara diqqət edirlər.

Psixoloqlar iddia edirlər ki, qadınlar kişiləri əsasən aşağıdakı 9 kateqoriyada dəyərləndirirlər. Bu kateqoriyalardan heç olmasa 3-4-ünə uyğun gəlirsinizsə, xanımlardan daim diqqət görəcəksiniz.

1.Pul
Necə ki, kişilər "Çirkin qadın yoxdur, az içki vardır” deyirlərsə, qadınlar da "Çirkin kişi yoxdur, kasıb kişi vardır”, - deyə düşünürlər. Ona görə də, zəngin bir kişi çirkin, axmaq, mədəniyyətsiz olsa belə, heç vaxt yalnız qalmır. Çünki kişiləri qadın gözəlliyi cəlb etdiyi kimi, qadınları da kişinin pul kisəsinin qalınlığı cəlb edir.
Əgər bir kişi qadına xoşbəxt, rahat həyat bəxş edə biləcək qədər imkanlıdırsa, etdiyi eşq təklifi heç vaxt qarşılıqsız qalmaz.

2. Enlikürək, gözəl gözlər, uzun boy, seksual baxışlar...
Siz elə bilirsiniz ki, sadəcə kişilər xarici görkəmə fikir verir? Yox, qadınlar da eynilə kişilər kimi göz zövqünə önəm verirlər. Hər bir qadın baxdıqca insana zövq verən yaraşıqlı kişi ilə birlikdə olmaq istəyər. Qadınların bu mövzuda kişilərdən tək fərqi odur ki, onlar üçün yaraşıqlılıq kifayət deyil, mütləq başqa xüsusiyyətlərinizi də nəzərə alacaqlar.
Yəni, açıq sinə görən kimi, bütün beyin funksiyaları donub qalan kişilərdən fərqli olaraq, qadın yaraşıqlı kişi görəndə özünü itirmir, məntiqlə hərəkət edə bilir. Xarizmatik və yaraşıqlı kişi görəndə qadınların ağlından iki fikir keçir:

1.Görəsən, necə sevişir?
2.Ondan uşağım olsa, çox gözəl olardı.
3. Lider kişilər
Qadınlar özünəinamı yüksək olan, lider xüsusiyyətlərinə sahib kişilərdən çox təsirlənirlər. Bir kişi dostları arasında hörmət sahibidirsə, hamı onun məsləhətlərini dinləyirsə, belə kişiyə heç bir qadın "yox” deyə bilməz. Belə kişilərin sayı azdır. Odur ki, qadınlar belə nadir tapıntını əldə etmək üçün dəridən- qabıqdan çıxmağa razı olurlar.

4. Ağ atlı şahzadə
Bəzi qadınlar çox xəyalpərəstdirlər. Onlar sevgili və ya ər namizədlərinin arasından ən romantik, ən kübar olanını seçməyə çalışırlar. Belə qadınlar "Facebook”da və ya digər sosial şəbəkələrdə tanış olub eşq yaşayanları heç cür anlaya bilmirlər. Çünki onların fikrincə, maraqlı və romantik bir hekayəsi olmayan cütlük xoşbəxt ola bilməz. "Məni ilk gördüyü gündən bəri sevirmiş, gizli-gizli məni təqib edirmiş, məhz məni görmək üçün şaxtalı havada gözləyirmiş”, - deyə dostlarına, tanışlarına eşq hekayələrini danışmaqdan zövq alırlar.
Belə qadınlar yaş artdıqca xəyallarını bir kənara qoyub real həyatla az da olsa barışırlar.
Belə ki, ağ atlı şahzadə, Supermen və Robin Hud tapmaqdan vaz keçib mədəni, romantik bir kişi ilə ailə qurmağa razı olurlar.

5. İlk görüşdə eşqə inananlar
Belə qadınlar çox romantik olurlar. Onlar hər hansı bir kişiyə yox, eşqin özünə aşiqdirlər. Bu gün birinin dərdindən ölərkən, 10 gün sonra bir başqası üçün dəli-divanə ola bilərlər. Bir kişinin jesti, xarizmatik mimikası və ya sirli baxışları ona aşiq olmaları üçün kifayətdir.

6.Umutsuzlar
Bəzi qadınların özlərinə inamı yoxdur. Ona görə də, onlar kişinin xarakteriktik xüsusiyyətlərinə demək olar ki, fikir vermirlər. Sadəcə, hamı kimi ailə qurub, uşaq dünyaya gətirmək istəyirlər. Bir sözlə, "Kişi olsun, palçıqdan olsun” məntiqi ilə yaşayırlar. Bu kateqoriyaya aid olan qadınlar öz həmcinslərinin ən böyük düşmənidirlər. Çünki heç bir üstün cəhəti olmayan, çirkin, cahil kişilərə o qədər üz verirlər ki, bu kişilər özlərini Bred Pittlə müqayisə edəcək qədər özgüvən sahibinə çevrilirlər. Belə kişiləri ədəbaz yerişlərindən tanımaq olur. Bir az özünə hörməti olan qadın belə kişi ilə birlikdə olmaz. Ancaq nə edəsən, hər qadının həyatdan gözlədikləri eyni olmur.

7. Yaxşı ailənin övladı
Kişinin hansı ailədən olması çox önəmlidir. Çünki bəzi qadınlar əsilli, nəcabətli ailənin gəlini olmağı həyatın əsas qayəsi hesab edirlər.

8. İntellektual
Qadınların bir qismi də kişidə ağıl, nəciblik və intellektuallıq axtarırlar. Bu qadınlardan bəziləri əllərinə bir dəfə olsun kitab alıb oxumayan kütlədən çıxır. Ona görə də, istədikləri yüksək intellektuallığı tapmaqda çətinlik çəkirlər. Bəziləri də özünü üzdə müasir, alicənab göstərən yalançıların qurbanına çevrilirlər. Belə xanımlara evlənəcəyi adamı  universitet və ya iş yoldaşları arasından seçmək məsləhətdir.

9. Qısqanc
Nə qədər qəribə səslənsə də, statistika göstərir ki, 40 faiz qadın qısqanılmaqdan zövq alır. Ona görə də, bütün hüquqlarının tapdalanmasını, aşağılanmağı, hörmətsizliyi qəbul edərək qısqanc, göz verib işıq verməyən kişi ilə ailə qurmağa razı olurlar. Psixoloqlar hələ də qısqanclığın qadınları niyə bu qədər cəlb etdiyini aydınlaşdıra bilməyiblər. Bəzi psixoloqların fikrincə, qısqanc kişiləri xoşlayan qadınlara mazoxist hissləri hakimdir.
Sonda onu qeyd edək ki, əgər sevilirsinizsə, qadının sizi niyə sevdiyini müəyyənləşdirməyə çalışaraq başınızı ağrıtmayın. Sadəcə, eşqin dadını çıxartmağa çalışın.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri