Siz kişilərin anası yox, həyat yoldaşı, sevgili olmalısınız

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 626
Səs ver:
(səs: 1)
Siz kişilərin anası yox, həyat yoldaşı, sevgili olmalısınız.
Qadınlarsa tam əksini edirlər. Bax, bu onların ən böyük səhvidir.
Bəs bunun kökləri haradan gəlir? Məsələ burasındadır ki, qadınları uşaqlıqdan ana olmağa hazırlayırlar, sonra isə onları analıq keyfiyyətlərinə görə tərifləyirlər. Bundan başqa, qızlar üçün əsas örnək, nümunə anadır. Ananın övladları və həyat yoldaşı ilə rəftarı gələcəkdə qızlarda adət formasına keçir. Yetkin insan olduqda da qadınlara elə gəlir ki, kişi ilə rəftarın yeganə yolu budur.
Əslində, qadının bu münasibətinə səbəb kişini özündən asılı etmək arzusudur. Qadın yoldaşının bütün istəklərini yerinə yetirdikdə kişi ondan ayrı yaşaya bilməyəcək vəziyyətə düşür. Telefilmdə arvadı uzaqda olan kişinin uşaqlar üçün yemək bişirmək cəhdini seyr etdikcə onların evdə yararsız olduqlarını bir daha təsdiqlədiyiniz heç olmayıb? Qadınlar əmindirlər ki, kişinin qayğısını nə qədər çox çəksələr o, bir o qədər tənbəlləşəcək və asılı olacaq. Buna səbəb isə atılmaq qorxusudur. Hər bir qadının təhtəlşüurunda "o məndən asılı olsa, heç vaxt məni tərk etməz" fikri var.

Ana qayğısına öyrəşən kişilər isə həyat yoldaşlarının da qayğısını qəbul edirlər. Bu hal ona özünü sevimli hiss etmək imkanı verir. Üstəlik, ana qayğısı ilə böyümüş, sonra isə sərbəst yaşamağa məcbur olan kişilər həyat yoldaşına da asanlıqla təslim olurlar. Təəssüf ki, ilk vaxtlar kişiyə xoş gələn bu münasibət sonra möhkəm ittifaqı pozmağa başlayır. Kişi əsəbiləşməyə başlayır və qadına qarşı çıxır. Ana qayğısından "bezən" oğlanlar tezliklə sərbəstliyə çıxmağı arzuladıqları kimi, yetkin kişilər də azad olmağa üstünlük verirlər. Ola bilər ki, kişi münasibətdən narazı qaldığını üzə vurmasın. Daxildə isə özünə bu münasibətdən bezdiyini etiraf edəcək və sərbəstliyə can atmağa başlayacaq. Daim nəzarətdə olmaq tək kişiləri yox, qadınları da sıxır.

Kişini bezdirən başqa bir faktor özünün yararsız olduğunu hiss etməsidir. Sizin onun yerinə hər işi görməniz, etməli olduqlarını xatırlatmanız onda məhz inamsızlıq hissi əmələ gətirir. Beləliklə, özünə verdiyi dəyəri itirən kişi sizin də dəyərinizi qısa zamanda itirir. Təbii ki, bundan sonra kişidə sevgi və arzu da azalır. Kişi ilə ana kimi rəftar etdikdə qısa zamanda aradakı ehtiras da yox olur. Qadın özünü ana kimi apardıqca kişinin ona marağı azalır. Eyni hisslər qadında da yaranır. Bu halda çıxış yolu kişi ilə ana kimi rəftar etməkdən əl çəkməkdir. 15 illik birgə həyatdan sonra belə siz özünüzü yoldaşınızın sevgilisi kimi aparmağı bacarmalısınız. Kişinin əvəzinə iş görməyin. Qoyun yoldaşınız itmiş açarlarını özü tapsın, ziyafətə nə geyinəcəyinə özü qərar versin, yerə atdığı paltarı özü götürsün! Bu, o demək deyil ki, yoldaşınız sizdən açarının yerini soruşduqda siz "özün axtar tap, mən sənin anan deyiləm" deməlisiniz. Qayğı və diqqət hətta pişiyə də xoşdur, onları hər an saxlamaq lazımdır. Ancaq siz anadan çox, həyat yoldaşı, sevgili olmalısınız.
Kişiylə bacarıqlı, etibar etdiyiniz bir şəxs kimi davranın. Xatırlamalı olduğu heç nəyi onun yadına salmayın. Onun yaddaşını və təqvimini əvəz etməyin. Onunla yetkin və məsuliyyətli insan kimi rəftar edin.

Kişi ilə uşaq kimi danışmağa son qoyun. Onu danlamayın. Əsəbi və gərgin olduğunuzu bildirmək, təbii ki, haqqınızdır. Ancaq bu halda da onun yaşlı insan olduğunu unutmayın. Çalışın ki, nikahda hər birinizin öz məsuliyyəti olsun. Təkcə pul qazanmağı kişiyə etibar edib qalan işləri öz üzərinə götürmək düzgün deyil. Ola bilər ki, hər şeyi sizin etmənizə alışan yoldaşınız ilk vaxtlar sərbəst bir iş görərkən müəyyən səhvlər buraxsın. Lakin zaman ötdükcə o, yeni vəzifələrinə alışacaq və səhvlərə yol verməyəcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri