Qız anası olmağın üstünlükləri...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 960
Səs ver:
(səs: 4)
Ana olmaq dünyadakı ən müqəddəs şeydir.
Bəs  qız anası olmaq necə?
Qız anası olanların dada biləcəyi imtiyazları açıqlayırıq...

Bəzəkli saç tokaları - sancaqları, lentləri alacağınız  biri var artıq həyatınızda! Bəyənib taxmadağınız tokaları qızınıza taxa biləcəksiniz.

Yanına artıq bir alver yoldaşı çıxdı. Onun üçün bəyəndiyiniz paltarları baxaq görək  o da  bəyənəcəkmi?

Etdiyiniz hər şeyi təqlid edib arxanızca dolanacaq. Sizin kiçik versiyanız olacaq!

''Ən son atalar duyar'' sözünün doğruluğu! Qızınızın ilk yoldaşı və dərd ortağı olmağa hazırsınızmı?

Ana - qız eyni tərz geyinə bilərsiniz. Ətrafınızdakılar sizin uyğunlaşmanıza qibtə edərək baxacaq.

Yaşasın! Paltarlarınızı, olmasa belə takılarınızı ortaq istifadə edə biləcəksiniz!

Qızlar, ümumiyyətlə atalarına düşkün olur,  hətta ilk eşqləri ataları olur.

Onların sevgi dolu əlaqələrinə şahid olmaq həqiqətən qiymətsiz bir duyğu...

Özünüzü birdən-birə evçilik oyununun içində rolları dəyişdirmiş bir şəkildə görə bilərsiniz.

Bir az da siz uşaq olun baxaq!

Böyüdüyü zaman öz gəncliyinizdən pay çıxararaq ona ən doğru yolu siz göstərə bilərsiniz. Bilirsiniz ki, ana qucağı hər yaşda istidir.

Qız uşaqları sevgilərini göstərməkdən heç çəkinməzlər. Hər fürsətdə sizə sarılaraq gözəl sözlər söyləyərlər.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 1 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri