Qızların ən böyük arzusu: Ağ libas geyinmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 781
Səs ver:
(səs: 0)
alt

Məlumdur ki, kişilər ailə qurmaq məsələsində qadınlardan daha ehtiyatlıdırlar. Bəzən sevgiliniz sizi dünyalar qədər sevsə belə, evlilik haqqında düşünmür və ya düşünmək istəmir. Qızların isə həyatda ən böyük arzusu ağ libasda, sevdiyi insanla qol-qola vağzalı sədaları altında ata evini tərk etməkdir.
ANS PRESS "Aysel" jurnalına istinadla ərə getməyin 7 üsulunu açıqlayır. Bu məsələdə ən vacibi diqqətli olmaq və özünü düzgün aparmaqdır.
 
Ananın gül balası
Əgər sevgiliniz ananın gül balasıdırsa, müvəffəqiyyət qazanmaq üçün sizə yalnız onun valideynlərilə tanış olmaq lazımdır, xüsusən də anasının ürəyini fəth etməyə çalışın. Tanışlığa ciddi hazırlıq görmək məsləhətdir. Əvvəlcədən onun necə xasiyyətdə olduğunu və nələr sevdiyini öyrənmək vacibdir.

Əlçatmaz olun

Yadda saxlayın ki, kişilər bir şeyi nə qədər tez əldə edərsə, o qədər tez həvəsi keçər. Odur ki, hərdən onunla soyuq davranın, zəng etdikdə dəstəyi götürməyin, ya da gec götürün. Qoy sizin yoxluğunuzu hiss etsin. Amma həddi aşmayın. Bir gün mehriban, yumşaq olanda, səhəri gün soyuq və təmkinli olmağa çalışın.

Onun dostuna çevrilin

Adətən kişilər tanıdığı qadınla ailə qurmaq istəyir. Hərdən ona qadın yox, sadəcə yoldaş, dost lazımdır. Onu dinləməyi öyrənin, problemləri haqqında soruşun və lazım gəlsə, dəyərli məsləhətlər verin. Çalışın o sizə öyrəşsin.

Ən tərbiyəli, ən etibarlı

Onun inandırın ki, dünyada sizdən tərbiyəli və etibarlı qadın yoxdur. Hər kişi istəyir ki, onun xanımı təkcə ona baxsın, təkcə onu sevsin və hər zaman ona pərəstiş etsin. Burada bir məqam var, sizin keçmiş sevgililəriniz. Onlar haqqında danışmaq lazım deyil.

Biclik

Bu ən çox yayılan və qızların istifadə etdikləri variantlardan biridir, xüsusən də Azərbaycanda. Hər gün olmasa da, hərdən sevgilinizin yanında sizə hansısa bir oğlanın elçi göndərdiyini xəbər verin. Amma bunu edərkən bir az qəmli görünməyə çalışın. Sanki bu hadisə sizi kədərləndirir və valideynləriniz sizi bu addımı atmağa məcbur edir.

Tam sakitlik

Yadda saxlayın ki, kişilər sakitliyi xoşlayır. Onların həyatı onsuz da çətindir, iş, ev, problemlər onu daha da çətinləşdirir. Öz problemləriniz haqqında çalışın danışmayasınız, bundan əlavə, heç vaxt sərt olmayın. Kişilər hər zaman nəvaziş istəyir.

Mən səni sevirəm

Mən səni sevirəm və bütün həyatımı sənə həsr etmək istəyirəm. Əgər onunla ömür boyu yaşamaq istəyirsinizsə və hər nazını çəkməyə hazırsınızsa, bunu söyləmək yetərlidir. Çünki kişilər qadında ən çox səmimiyyətə üstünlük verir və uşaq kimi əzizlənməyi xoşlayırlar. Ən önəmlisi də odur ki, «hə» cavabını aldıqda toya hazırlıq barədə bir neçə gün danışmayın və ya çalışın xırda məsələləri özünüz həll edəsiniz. Kişiləri evlilikdən saxlayan səbəblərdən biri məhz xırda problemləri həll etməkdir. Onlar adilikdən, günlərin mənasız keçməsindən qorxur. Adətən evli dostlar subay dostlara «Ağlın varsa evlənmə!» deyir və bu sözlər ona təsir edir və o fikrindən daşına bilər. Bu məqamda köməyə siz gəlməlisiniz, ona hiss etdirin ki, sizinlə birlikdə həyat maraqlı, günləriniz sevinc və zarafatla keçəcək. Bunları başa düşsə, heç bir problem qalmayacaq. Bir də çalışın həmin «pis» dostları ilə az ünsiyyətdə olsun. Bunun sizə yalnız faydası ola bilər.  
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 781
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri