Otel nömrəsi : “22″ (Bir Kişinin Manifesti)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 619
Səs ver:
(səs: 0)
alt

Səhər saat 6:00. Bir otel nömrəsində yatağın kənarında oturmuşam. Başım partdıyır. Hələ tam özümə gəlməmişəm. Gözlərimi açıb ətrafa baxmağa çalışıram. Otaq darmadağındır. Sanki müharibə olub. Güldan sınıb. Gelbera ləçəkləri otaq boyu hər yerə səpilib. Otağa yayılmış qadın ətri. Hər yerdə Şərab qədəhləri .Yerə dağılmış şərab və “Sade”- nin mahnıları. Yatağımda isə çılpaq bir qadın uzanıb. Onu 24 saatdırki tanıyıram. Amma 24 saatın ərzində münasibət yatağa qədər gəlib çatıb. O özüdə bilir ki, 1 saatdan sonra artıq oteli tərk edəcəm. Həmişəki kimi dünənki qədəhdən qalan şərabdan içib, səsizcə çıxıb gedəcəm. O sevgilisi tərəfindən atılmış bir qadın, Mən isə qəlbi sevgi yaraları dolu bir kişi. 24 saat ərzində çox dərdlərimizi bölüşdük və sonda içib ağlımızı itirmək, dəli olmaq qərarına gəldik. Şərab qanımıza yayılan kimi ağlımızı başımızdan aldı. Özümüz də anlamadan dodaqlarımız bir-birinə toxundu. Sevişdik. Səhərə qədər ən gözəl ehtiras hisslərini yaşadıq. O mənə yaşatdı. Mən isə ona. Mən onun ətri ilə ehtiraslandım. O isə bütün bədənimidə dodaq izlərini qoydu. Dəliliklər etdik. Səhərə kimi durmadan sevişdik. O mənə başqa bir kişinin adını sayaqladı. Yəqin ki, bu onun keçmiş sevgilisidir. Bəlkə də O bu hissləri mənimlə yox, Adını sayaqladığı həmin kişi ilə yaşamaq istəyərdi. Amma özünü mənə təslim etdi. Bunun səbəbini isə ondan başqa heç kim bilmir. Qəribə qadındır. Qəlbi sirlərlə doludur. Onu anlamaq, onu yaşamaq lazımdır. Hal-hazırda O yatıb. Mən isə yatağın bir kənarında oturmuşam və Onun saçlarını oxşayıram. Onun uşaq kimi yatmağını seyr edirəm. Ehtiraslı ağ bədəni insanı dəli edir. Qara saçlar. Baxışları ilə insanın ağlını başından alan Gözləri. Çox gözəldir. Bəlkədə o mənim getməyimi istəməzdi. Hər gecə onunla bu ehtirası yaşatmağımı istəyərdi, Amma yox. O nə qədər sirli bir qəlbə malik olsa da, Nə qədər ehtiraslı, gözəl bədənə sahib olsa da Bircə gecəlik qəlbimə yol tapa bildi. Bir gecə bitdi və Mən getməliyəm… Saat 7:00. Otağı tərk edirəm…
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri