Yenə həmin restorandayam. Bəli həminkində. Yağışdan qaçıb gizləndiyimiz. Yenə iki qəhvə sifariş vermişəm. Sakitcə oturub pəncərədən yağışın damlalarına baxıram və səbirsizliklə yolunu gözləyirəm. Bəlkə gələrsən deyə. Ayrılıqdan bəri hər gün getdim. Hər gün də eyni sifariş : “iki qəhvə zəhmət olmazsa” . Ofisiantın : Niyə hər dəfə iki qəhvə sifariş verirsiniz ?! Birini içib, digərinə heç toxunmursunuz ?! – sualının qarşısında aciz qalırdım hər dəfə. Susdum sadəcə. Çünki qəlbim səninlə idi. Bəlkə də ayrı idik. Amma mənim qəlbim səndə idi. Mən sənin üçün darıxırdım Qadınım. Bəlkə həmin restorana gələrsən deyə hər gün getdim ora. Bəlkə səndə mənim üçün darıxıb, yolumu gözləyərsən deyə getdim ora. Darıxırmışam Qadınım .Fincandakı dodaq izlərin üçün. Mənə sevgi ilə baxan gözlərin üçün. Mən Qadınıma Sevirəm demək üçün darıxmışam. Əllərindən öpmək. Səni gözlərimlə ovsunlamaq üçün darıxmışam. Mən özüm özümçün darıxmışam Qadınım. Özümü unudub sənin üçün yaşamaqdan ötrü darıxmışam. Desəmki Sevmirəm, Mənə inanma. Mən Səni ilk günki kimi Sevirəm. Bir gün qapında Yağışdan islanmış bir Kişi görsən, heç bir sual vermə. Sadəcə boynuma sarıl və Bağışla… Məni Bağışla Sevgilim …