Bakirəliyi qorumaq lazımdırmı?

Müəllif: emis
Şərhlər: 26
Baxılıb: 2841
Paylaş:
Səs ver:
(səs: 3)
Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də «ayağı sürüşkən» qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli olacaq.

Birinci erkəyin təsiri
Hər şey 150 il əvvəl yeni cins atlar yetişdirmək istəyən atçılıq zavodunda baş vermişdi. Atların dözümlüyünü artırmaq məqsədilə zavod sahibi Lord Morton atları zebralarla cütləşdirmək fikrinə düşmüşdü. Amma nəticədə nə dişi atlar, nə də dişi zebralar nəsil vermədi. Təcrübələri saxladılar və hətta bir müddətə unutdular da. Bir neçə il sonra vaxtilə zebra ilə cütləşdirilmiş dişi atın zebra kimi zolaqlı dayçası doğuldu. Hamı heyrətləndi, çünki bu dəfə zebraları atlara yaxın buraxan olmamışdı. Təmiz cins atların nədənsə zolaqlı nəsli doğulmağa başladı. Hadisədən heyrətləşmiş elm aləmi buna teleqoniya adını verdi. Dövrün görkəmli alimləri Ç. Darvin, professor Flint, Feliks Ladentek və başqaları bu hadisəylə maraqlanaraq təcrübələr apardılar. Onların apardığı təcrübələr faktları təsldiqlədi. F. Ladentik «İndivid, təkamül, irsiyyət və neodarvinizm» adlı kitab yazdı. Bu kitabda «Teleqoniya və birinci erkəyin təsiri» adlı fəsildə öz təcrübələrini təsvir etdi. Müəllif düşünür ki, insanlar arasında da teleqoniya hadisəsi baş verir. Qenetika barədə hələ ki, heç nə bilməyən alim hesab edirdi ki, qadının cinsi orqanları kişinin cinsinə uyğunlaşır və onun keyfiyyətlərinin daşıyıcısına çevrilir. O dövrdə hesab edilirdi ki, surraqat ana da gəzdirdiyi gen tərkibinə görə tamam fərqli olan uşağa öz gen yaddaşından bir çələng xüsusiyyətlər bəxş edir. Bəlkə də teleqoniya hadisəsi illər uzunu yanaşı yaşamış görkəmcə çox fərqli olan adamların tədricən bir-birinə oxşaması hadisəsini də izah edir. Zaman keçdikcə ər və arvad bir-birinə lap bacı-qardaş kimi oxşamağa başlayır.

Alimlərin indi ortaya atdığı faktları isə it yetişdirənlər artıq çoxdin bilirdi. Əgər cins dişi itə birincə dəfə küçə iti yan alıbsa bu it ömrünün sonuna kimi qüsurlu küçüklər doğacaq. Bu itin küçüyünün gah quyruğu, gah rəngi, gah da xasiyyəti lazımi tələblərə cavab verməyəcək. Göyərçin saxlayanlar isə çöl göyərçininin cins göyərçini altına basdığını görəndə artıq onu öldürürlər. Çünki ikinci əldə bu dişi göyərçini lap elit cinslə cütləşdirsən belə onun verdiyi cücələrin ya pipiyi, ya quyruğu, ya da tükünün rəngi analarının ayağının sürüşdüyü məqamdan xəbər verəcək.

Keçmişin bağışlanmaz səhvləri
Qəribəsi odur ki, teleqoniya hadisəsi 19-cu əsrdə aşkar olan kimi insanlardan gizlədilməyə başladı. Çünki teleqoniya gözlənilən seksual inqilabların qarşısında çox böyük maneələr yaradırdı. İnsan nəslinə qənim çıxmışlar imkan verə bilməzdi ki, bu məlumat hamıya çatdırılsın. Elmi ensiklopediyalar teleqoniya hadisəsini təsvir etdikdən sonra onun elmi cəhətdən təsdiq olunmadığını yazır. Sovet İttifaqının ərazisində beynəlxalq festivallar keçirildikdən hətta bir neçə illər sonra da rus qadınları sapsarı vanyalardan qaradərili uşaqlar doğmağa başlayanda elm yenə də susurdu. Çünki ayağısürüşkən qızların boynuna günah qoymaq çətin iş deyildi. Bu qızların əksəriyyəti isə etiraf edirdi ki, bir neçə il əvvəl başqa irqin nümayəndəsiylə cinsi əlaqəsi olub, amma indi yox. Yəni ki, uşaq 100 faiz öz ağdərili atasının övladı idi. Qadınına etibar etməyənlərin DNT testi verib uşağın 100 faizlik atası olduğunu müəyyən edəndən sonra teleqoniya hadisəsinə inanmaqdan başqa çarəsi qalmadı. Həyat göstərir ki, qaranlıq keçmişi olan qadın sonradan ailə sahibi olub hətta keçmişini unutmaq istəsə də qanuni ərinə sağlam uşaqlar doğa bilmir. Keçmiş fahişələrin uşaqları arasında narkomanlar, homoseksualistlər, toksikomanlar və psixi cəhətdən yarıtmaz adamlar daha çox olur. Çünki həyatı boyu fəhişələr cəmiyyətin ən aşağı təbəqəsinin tör-töküntüsünü canına çəkir.

Özünü ipdən qırılmış heyvanlar kimi aparan gənc nəsil bəzən bütün taleyini zərbə altına qoyduğunu alına da gətirmir. İnsanlar bir-birini zöhrəvi xəstəlik bir yana, mənfi, ya da müsbət yüklü informasiyaya da yoluxdurur. Çünki rezindən düzəlmiş qoruyucular bu tip informasiyanın qarşısını ala bilmir.

Bakirəlik qanunu
Teleqoniya qanunu deyir ki, qadının ilk kişisi onda ömürlük iz qoyur və hətta sonra doğulacaq uşaqların ona mütləq aidiyyəti olur. Yəni ki, hər qadının ilk cinsi partnyoru sonradan bu qadının kimdən və harda doğacağından asılı olmayaraq uşaqlarının genefondunun təməlini qoyur. Bakirəliyi pozmuş kişi sanki qadının bütün nəslinin atasına çevrilir. Bəzən ikl kişinin nəinki gen yaddaşı, hətta görkəmi də sonrakı ona dəxli olmayan uşaqlarda özünü göstərməyə başlayır.
Teleqonia heyvanlar arasında çox tez-tez olur. Ev donuzu təsadüfən çöl qabanı il «toy marşı» oynayıbsa onun doğduğu çoşkalar qara tüklü olacaq. Zooloqlar daha bir səbəb gətirirlər. Onlar deyir ki, cinsi yollarda spermanın uzun müddət ölmədən yaşaması hadisəsi də olur. Məsələn, quşlarda 70-80 gün, həşəratlarda bir neçə gündən bir neçə aya qədər saxlanma halları məlumdur. Bu yolla qadının cinsiyyət yollarında «ayaq saxlamış» sperma növbəti dəfəki aktda işə düşə bilərdi.

Kənddə seleksiya ilə məşğul olan baytar həkimləri bu barədə daha yaxşı danışa bilər. Vaxtilə çox geniş tətbiq edilən süni mayalandırma üsulu vaxt keçdikcə iflasa uğradı. Bir öküz 50, uzağı 100 inəyi mayalandırar. Süni yolla bir öküzü 1500 inəyə «evləndirirdilər». Amma nəticədə 30 faiz eybəcərlik doğulurdu. Sonradan bəzi inəklər təbii yolla «ərə getmək» istəmirdi. Sovet zamanının təcrübələri barədə adətən danışmağı sevmirlər. Deyirlər ki, Fransada aparılan təcrübələrin nəticələri maraqlı olub. Süni yolla 3 qadın mayalandırılıb. Doğulan uşaqlar əsil bioloji valideynlərinə oxşamaq əvəzinə hüquqi valideynlərinə bənzəyib.

Porno indrustiyasına bir zərbə
Hazırda teleqoniya hadisəsinin əleyhdarları tərəfdarlarından dəfələrlə çoxdur. Bəziləri deyir ki, teleqoniya hadisəsini həqiqi saymaq özünə və arzularına qarşı çıxmaq kimidir. Belə deyənlərin əksəriyyəti porno industriyasının çiçəklənməsində marağı olan adamlardır. Əgər teleqoniya hadisəsi məktəblərdə tədris edilsə hər bir gənc taleyinə ciddi zərbə vurmamış ayaq saxlayıb bir az düşünər. Bu zaman porno industriyanın daha bir tamaşaçısı azala bilər. Bu kiminsə pul dağarcığına möhkəm zərbə vurmuş olar.

Vicdanı yanmış qızlara bakirə demək olarmı?
Bakirəliyi itirmək asandı, qaytarmaq mümkün deyil. Gəncliyində bir dəfə səhvi olmuş qadınların sağlam ailə qurmaq şansı bəyəm ömürlük itirildi? Bu sualın cavabını yalnız din verə bilər. Sidq ürəkdən tövbə etmiş adamın duasını eşidən Allah onun ruhundakı dəyişikliyi görüb fiziki qüsurunu aradan götürə bilər. Ruhani cəhətdən teleqoniya hadisəsi nisbətən rahat izah edilir: ruh bədənə təsir edir. Genlər isə ananın uşağa olan duyğularının əks edən emosilardır. Ana nəyisə düşünsə bu uşağa birbaşa təsir edir. Bizdə hamilə qadını kifir adama baxmağa belə qoymurlar. İnam var ki, ananın ürəyinə düşsə, ya da uşaq ilk təkanını verən zaman anasının gördüyü adama oxşaya bilər.

Genetik siyasət
Tarixdə bakirə qızların daxmalarda, monastrlarda gizlədilməsinə dair çoxdu faktlar var. Bu sadəcə kişi qısqanclığı deyildi. Qədimdən bəri hansısa yaşayış yerini zəbt eləmiş həmlə edən tayfa məğlub qəbilənin varidatından da əvvəl qızlarını ələ keçirirdi. Çox vaxt isə həmin qızda öz gen yaddaşını həkk edəndən sonra onu qoyub gedirdi. Bu heyvani rəftar insanın öz genetik kodunu düşmən tərəfə yeritmək siyasəti idi. Sonra düşmən çıxıb gedəndən sonra bu qızı ya monastra verir, ya da keşişin yanında köməkçiliyə göndərirdilər. Onunla evlənmək istəyən olmurdu ki, yağının nəslini davam etdirməsinlər. Monastra getmiş bu qızın günahı o biri monaxlardan fərqli olaraq bağışlanılan sayılmırdı.

Gizlədilmiş elm
Əvvəl ilk partnyorun təsirindən danışılırdısa, sonralar bütün partnyorların qoyduğu silinməz izlərdən danışıldı. Özü də təkcə kişilərin qadına deyil, qadınların da kişidə buraxdığı izlər aşkar edildi. Münasibətlər illər uzunu əvvəl olmuşsa məlumat harda və hansı şəkildə qorunub ötürülə bilər? Bunu 1985-ci ildə SSRİ Elmlər Akademiyasının fizika texniki problemlər institutunun doktoru Pyotr Qaryayevin apardığı təcrübələr izah etməyə qadirdir. O, DNT malekulu və onun irsiyyət məsələlərini öyrənən təcrübələr qoyurdu. Lazer spektroskopiya üsuluyla lazer fatonları DNT yaddaşından informasiyanı köçürürdülər. Bir neçə spektrin şəklini çəkəndən sonra alim DNT yerləşdirilmiş qabı götürüb təsadüfən yerinə boş qab qoyur. Amma bu qabdakı informasiya da yazılmağa başladı. Yazılanlar bundan əvvəl qaba yerləşdirilmiş DNT-nin yazılarına çox bənzəyirdi, amma bir qədər zəif idi. Alim düşündü ki, qabda ola bilər ki, DNT-nin qalıqları qalıb. Onu tamamilə təmizinə əvəzlədi. Amma həmin effekt yenə də davam etdi. Bu qabda təcrübə keçirilmiş DNT-nin bir qədər zəif şüalanması qeydə alındı. Alim heyrətini gizlədə bilmirdi: «Qabın boş olmasına baxmayaraq lazer elə bil ki, hansısa görünməz strukturlarla üzləşirdi. Onlar irsiyyət barədə informasiya ötürməkdə davam edirdi. Əmin olmaq üçün qabı dəfələrlə yuyurduq, sonra təmiz azotla üfürürdük. Əvvəl yoxa çıxan DNT spektri 3-4 dəqiqə sonra yenidən bərpa edilirdi. Elə bil ki, onları məhv etmək mümkün deyil”. Qaryayev bu təcrübəni bir il davam etdirdi. Sonda şübhələr qalmamışdı: DNT silinən kimi hansısa bir fantom qalır ki, o da DNT malekulunun daşıdığı informasiya yüklüdür. Maraqlısı o idi ki, artıq yuyulmuş qabdan informasiya yavaş-yavaş azalaraq tam şəkildə 40 gündən sonra silindi. İndi qab həqiqətən də təmiz idi. Bu təcrübə bizə əsas verir ki, kişinin ünsiyyətdə olduğu qadına «avtoqraf” qoyduğunu düşünək. Bu yazını heç nə poza bilməz. O, bədənə və ruha da təsir etmək iqtidarındadı.

Yarıqadağan mövzularda söhbət
«Nikahdan əvvəl cinsi həyata başlamalı, ya yox?” sualı indi müasir cavanları çox narahat edir. Kimsə Azərbaycanda gözlənilən cinsi inqilabdan dəm vurur, kimsə xalqın artıq inqilablardan keçmiş başqa millətlərlə müqayisədə geridəqalmış olduğunu deyir. Ona görə də inqilabı inqilaba calayan millətlərin tarixinə baxmaq maraqlı olardı. Azadlıqdan danışan cəmiyyət ən əvvəl seksual azadlığı təcrübədən keçirir. Amma bütün seksual inqilablar primitiv, heyvani səviyyəyə qədər alçalmaya gətirir. Tarixdən məlumdu ki, nizamsız cinsi əlaqələr insanların tənəzzülünə gətirir. Bütün dinlər insandan cinsi həyatında səliqə-səhman tələb edir. Bu fikri alimlər də təsdiqləməyə məcburdur: hazırda yavaş işləyən 50-yə qədər virus növü məlumdur ki, eybəcərliklər və qazanılmış xəstəliklər törədərək insan cəmiyyətini tənəzzülə sürükləyir. Şəkər xəstəyi, leykoz, şizofreniya, xərçəkg kimi zəmanə bəlalarının da QİÇS kimi virus xarakterli olduğunu deyənlər də var. Gen səviyyəsində tənəzzül qətllərin, cinayətlərin, intiharların, depressiyanın, avaraçılığın artmasına gətirir. Alimlər deməyə utanır ki, mənəvi tənəzzülün ardıca gen səviyyəsində tənəzzül gəlir.

Qonşumuz Rusiya seks məsələsində artıq Allahın qəzəbinə gəlmiş Sodom və Qomorra şəhərlərini xatırladır. Burda hər 4 uşaqdan biri nikahdan kənar doğulur. Analar utanmadan uşağın atasını tanımadıqlarını deyir. Hər 10 uşaqdan biri eybəcərliklə doğulur. Uğurlu ailə qurmuş qadınların 98 faizi nikahdan əvvəl cinsi həyata başlayıb. Hər min uşaqdan 174-ü gen səviyyəsində xəstədi. Moskva və Sankt-Peterburq şəhərlərinin məktəblərində cəmi 3,5- 4 faiz uşaqlarda fiziki və psixi xəstəlik yoxdu.

Seksual inqilab əsrin deyil, minilliyin problemidir. Qədim xəritələrə baxsaq onlarla dövlət adı çəkə bilərik ki, əxlaqsızlığı davranış normasına çevirmişdi. Amma indiki dünyanın xəritəsində əxlaqsızlıqda ad çıxarmış samnitlərin, etrusların, kütləvi orqiyaları normaya sevirmiş Roma imperiyasının izləri artıq yoxdu. Xettlərin, asteklərin əxlaqı isə yalnız daş lovhələrdə ədəbsiz səhnələrdə qalıb. Xalqların yoxa çıxması eyni ssenari ilə baş verir: kütləvi fahişəlik- seksual pozğunluq- psixi sapmalar- sağlam uşaq doğa bilməmək. Sizə belə seksual inqilab lazımdır?

loading...
(səs: 3)
Şərhlər: 26
Baxılıb: 2841
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tek umidim sen
Uzun olsa da maraqla oxudum... Mövzuya görə təşəkkür edirəm.
26 avqust 2015 17:59
26
Ne mutlu TÜRK'üm diyene!...
Offline
efsane..
bu haqda oxumusdum darvinciler axmaq nezeriyyelerini yasatmaq ucun arasdirmalarin neticelerini gizledirler bu meselede eynile
insan temiz olmalidi insanin uzerindeki leke de oturulur her bir addimi atarken cox diqqetli olmali sehvi bilib duz olani etmeliyik
26 avqust 2015 16:00
25
Offline
Tomris Müslümova
Sitat: merii
Cox maraqli melumatdir,ilk defe bu barede bele bir meqale oxuyuram,tesekkurler

Sitat: Asya Müslümova
Mən şəxsən oğlan olsam Nəyinki bakirə olmayan Mənnən öncə istədiyi də olan qızı almaram!!!

Bes xanim mene bir sey maraqlidir,size heyat zemanet vermibmi ki,ilk konlunuzu verdiyiniz,sevdiyiniz insanla heyatinizi birlesdire bileceksiz?

Nə demək istədiyinizi anladım mən yazdığımda biraz sərt çıxıb amma tamam başqa mənada dedim mən.o qədər yaxşı tərbiyəli qızlar var ki alınmır ayrılırlar bu o demək deyilki həmin qız pisdi.Təbii ki heçkim zəmanət vermir.biz özümüzdə o qədər dalaşıb ayrılmışıq ki...Amma oğlan olsam istəməzdim aldığım qızın keçmişində kiminsə izi olsun.Olsada çox araşdıraram onların münasibətini amma yenədə gözümnən salar o hərəkəti.bu da mənim xasiyyətimdi istəmərəm mən sonrakı olum...
26 avqust 2015 13:39
24

Sən sadəcə mənimsən...!
Offline
Dosta_inam
Heqiqeten maraqlı mövzu idi.demeli xanım ilk kimle elaqede olursa.xanimin usaqlarinda onun bezi xususiyyetleri eks olunur.teşekkür bilmirdim bu haqda.
Qaldı bakirelik.xanim öz halal heyat yoldasına ere gedinceye qeder bakireliyini qorunalidir.ancaq indi nişanli olanda bezi qizlar min hoqqadan çıxır.yaxsi da ehtibar edirler.ya oğlan seni sinamaq ucun o yola el atirsa.her sey bitenden sonra salamat qal dese.derdini kime deye bileceksen.Allah hec bir qizin ağlın almasin elinden.Amin.
26 avqust 2015 11:52
23
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
ALESSANDRA
maraqla oxudum
her bir qiz öz bakireliyini qorumalidir!!!
indiki zemanede bezi " qizlar" bir oğlanla birlikde olur.sorada gedib perdelerini tikdirirler! gelecek heyat yoldasida ele bilrki "arvadi" buna bakire gelib,,halalidi!
bilmediklerimi oyrendim xeber sayesinde tesekkürler
26 avqust 2015 10:54
22
Don't trust anyone ∆
Offline
Menim balam
Qız uşağı ağ vereq kimidi, ona leke düşdüse onu silmek olmur
26 avqust 2015 10:37
21
Offline
Aydan Habili
Sitat: Catwoman666
Bir çoxları yenə xəbərin adına baxıb komment yazır)) Tərkibində isə tamam başqa şey haqda danışılır.

Çox maraqlı məlumatlar idi. Bunu bilmək vacib oldu: Hansısa qadın daha öncə kimləsə əlaqədə olur. Sonra üstündən bir neçə müddət keçsə də, başqası ilə evlənib uşaq sahibi olanda həmin uşaq qadının ilk dəfə birlikdə olduğu adama bənzəyir, onun genlərini daşıyır. Heyvanlar haqda olan da maraqlı idi.
Bakirəliyə gəlincə isə bakirəliyi qorumaq vacibdir! Həm dini, həm də tibbi cəhətdən. evlənmədən əvvəl başqası ilə münasibətdə olmaq çox böyük günahdır və gələcəkdə doğulan uşağınız sağlamlığı üçün təhlükədir!

...666...

Raziyam senle duz yarım saat oxudum belə bir şey bilmirdim
26 avqust 2015 01:11
20
Offline
VIP
Oxudum ,əllərinizə saglıq maraglı mövzuya toxundunuz.Əlbəttə qız bakirəliyin qorumalıdır.Nə qədər müasirlik olursa olsun belə işlərin müsirliyə aidiyəti yoxdu.Üz aglıgıdı.Rusiyaya gəldikdə dəhşətdir.Brda 12,13 yaşına catmış qızlar kücədə oglanla elə hərəkət edirlər.Utandıgımdan bilimirəm yolun hansı tərəfindən gedim ,uşaglarım görməsin.Günahdır.
26 avqust 2015 00:50
19
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Laliçqaa
Men bakirelik adini esidende birinci agkima namus gelir. Menim fikrimce bakire olmaq cox vacibdir.
26 avqust 2015 00:48
18
Offline
14MsM
kimise istiye bilersen heyatdi qismetin olmuyada biler hemin wexse ama bir weyvarki conub kecmiwe baxanda utanilacag bir weyin olmasin qadin bakireliyini qorumalidi qadin qadinligini namusunu birinci ozucun qorumalidi Vallah bizde 2yarim olar sevgili olmuwug elim ona deymiyib men istememiwem yada o ele oglan olmayib indiki vaxtda belesi cox cetin olur bele oglanda pis cixmasin bele qizda cox wukur indi aileliyik iki ovladimiz var wukur bugune
26 avqust 2015 00:28
17
Offline
Ayselina
Cox maraqli melumat oldu menimcun.sonacan oxudum..bakirelik tekce cisimde deyil, ruhda da olmalidir..tesekkurler..
26 avqust 2015 00:12
16
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Offline
merii
Cox maraqli melumatdir,ilk defe bu barede bele bir meqale oxuyuram,tesekkurler

Sitat: Asya Müslümova
Mən şəxsən oğlan olsam Nəyinki bakirə olmayan Mənnən öncə istədiyi də olan qızı almaram!!!

Bes xanim mene bir sey maraqlidir,size heyat zemanet vermibmi ki,ilk konlunuzu verdiyiniz,sevdiyiniz insanla heyatinizi birlesdire bileceksiz?
25 avqust 2015 23:54
15
Offline
Little girl
Hə bir qız öz bakirəliyini qorumalıdır.Bu barədə daha da ətraflı öyrəndim xəbər sayəsində.Təşəkkürlər.
25 avqust 2015 23:46
14
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Offline
Catwoman666
Bir çoxları yenə xəbərin adına baxıb komment yazır)) Tərkibində isə tamam başqa şey haqda danışılır.

Çox maraqlı məlumatlar idi. Bunu bilmək vacib oldu: Hansısa qadın daha öncə kimləsə əlaqədə olur. Sonra üstündən bir neçə müddət keçsə də, başqası ilə evlənib uşaq sahibi olanda həmin uşaq qadının ilk dəfə birlikdə olduğu adama bənzəyir, onun genlərini daşıyır. Heyvanlar haqda olan da maraqlı idi.
Bakirəliyə gəlincə isə bakirəliyi qorumaq vacibdir! Həm dini, həm də tibbi cəhətdən. evlənmədən əvvəl başqası ilə münasibətdə olmaq çox böyük günahdır və gələcəkdə doğulan uşağınız sağlamlığı üçün təhlükədir!

...666...
25 avqust 2015 23:35
13
Viking
Offline
aziz a
Birinci defe idi esidirdim
25 avqust 2015 23:05
12
Rebbim kömek olsun cümlemize Amin
Offline
ulduz
maraqla oxudum.bbu haqda melumatim yox idi
25 avqust 2015 22:22
11
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Aylin
xebere gore tesekkur
25 avqust 2015 22:20
10
En cox guvendiyin insanlar inciderler
Offline
Ayan
Her kes ozu ucun yasayir bu dunyada ona gore hami ozu biler her kes ozunu ve etrafindakinu qorusa bu problem de olmaz mence en cox 16 20ysd arasi qizlarda bu sehve yoluxma var
25 avqust 2015 21:29
9
Her gulusun arxasında bır keder vardır
Offline
Vuska I-va
eslinde/cooox/maragli.mouya.toxunmusu.teleqoniya.mencededogru.qanundu
25 avqust 2015 21:28
8
Bəzən Ana'ya, bəzən Ata'ya, bəzən də 1 parça çörəyə
həsrət qalar insan...
Offline
rəmsə
Aaa qətiyyən teleqoniya haqqında məlumatım yox idi.Hələ genetik siyasət haqında məlumatım heç yox idi.Deməli onlar öz genlərini düşmənlərinin ölkəsində davam etdirirmişlər,nç,nç.Yazıq qızları da alan olmurmuş.
25 avqust 2015 21:26
7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv