Həyata ərinin pəncərəsindən baxan qadınlar

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 2 359
Səs ver:
(səs: 2)
Cəmiyyətdəki bəzi batil fikirlərə görə qadın, ağıllı və gözəl əxlaqlı olmasa da olar, yetər ki, gözəl, cazibədar, baxımlı və "havalı" olsun. Buna görə qadın, olduğu mühitdə şəxsiyyəti ilə deyil, varlığı ilə ön plana çıxmağa çalışır. Bundan əlavə bu vəziyyət ən cahil mühitdən ən mədəni seqmentə qədər, böyük əksəriyyət tərəfindən qəbul olunur, təbii qarşılanır, yəni cəmiyyətdəki mühafizəkar baxışlara görə cəsarət, ağıl, mətinlik, bacarıq, əziyyət və çətinliklərə qarşı dözümlülük kimi xüsusiyyətlər ancaq kişilərə məxsusdur, qadın xarakterinə məxsus olan xüsusiyyətlər isə qısqanclıq, həsəd, acizlik və romantiklikdır.
Qadın subaydırsa, atasının ya da böyük qardaşının, evlidirsə ərinin fikir və düşüncələrini, həyata baxışını, zövqlərini, hazır model olaraq alır və bu modelə uyğun bir həyat sürür. Çox maraqlıdır, inanc belə, qadına əri tərəfindən hazır olaraq təqdim edilir. Qadın evlənəcəyi kişinin inancına görə rəftar edir.
Əgər evlənəcəyi adam dininə bağlıdırsa, qadın da dinlə əlaqədar olur, əgər dinə maraqsız ya da ara-sıra ibadət edən biridirsə, qadın da həyat yoldaşı kimi yaşamağa başlayır. Doğruları ərinin doğrularıdır, dəyər mühakimələri ərinin dəyər mühakiməsi ilə eynidir. Evli olmayan qadınlar da yenə evlilər kimi həyatlarındakı kişilərin dinini yaşayar, ya atalarının ya həyatlarındakı, ətraflarındakı kişi cinsinin dininə tabe olurlar.
Cəmiyyət insanları cinslərinə görə ayrı ruh strukturları və psixologiyaya itələyərkən, Quranda təsvir edilən din, tam əksinə, insanları qadın-kişi ayırd etmədən ideal və üstün əxlaqa istiqamətləndirir. "Rəbbim onlara belə cavab verdi: " Mən, sizlərdən yaxşı işlər görən - istər kişi, istərsə də qadın olsun, - heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. "(Al-i İmran Surəsi, 195) buyurur Allah və bu həqiqəti xəbər verir.
Qadın və kişi arasında, fiziki fərqliliklərə görə, məsələn: qadının güc tələb edən işlər görə bilməməsi kimi bəzi fərqli məsuliyyət paylaşmaları ola bilər. Ancaq bunlar cəmiyyətin nəzərdə tutduğu yemək, paltar, qab-qacaq kimi çox bilinən məsuliyyətlər deyil. Saydığım bu işləri, əlbəttə ki, kişilər etməməlidir. Dinin, qadına kişidən fərqli olaraq yüklədiyi xüsusi bir vəzifə yoxdur. Ancaq cəmiyyət nöqteyi-nəzərindən bu qadınların təbii vəzifələridir.
"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq."
Cəmiyyətin foramlaşdırdığı qadın xarakterinin digər xüsusiyyətlərindən biri də düşünməməkdir. Buna görə qadın gündəlik həyatda düşünmədiyi kimi, bir problem qarşısında da həll yolu axtara bilmir. Həyat yoldaşı, əri və ya qardaşının həll təkliflərindən faydalanar, çünki bu "kişi işidir"... Yaşanan problem bütün ailəni əhatə edirsə yenə bir alternativi yoxdur, izləniləcək yol ərinin yoludur. Problem yalnız dolanışıq vəgüzəranla bağlıdırsa, sırf iqtisadi problemdirsə, "saçlarını süpürgə etdiyindən" şikayət edərək və ərini günahlandıraraq hadisələrin içində olur.
 
Bəzən cəmiyyətdə bir çox qadın mədəniyyət, ədəb və məlumatını artırmaq üçün səy etməz. İnkişaf və tərəqqi guya yalnız kişilərə xasolan bir işdir. Elm, texnologiya və siyasət kimi mövzular qadınların işi deyil, kişilərin maraqlandığı mövzulardır. Qadın yalnız gözəllik, baxım, moda ilə məşğul olur, "əlinin xəmiri ilə" yuxa açır, peçenye hazırlayır. Ya da, əgər varsa, peşəsi ilə əlaqədar mövzularda özünü inkişaf etdirir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri