Hər bir qadın bunları bilmək istər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 810
Səs ver:
(səs: 3)
Bütün qadınların gözəllik sirləri mövcuddur. Hər bir xanım özünəməxsus gözəllik metodu ilə gənc və gözəl qalmağa çalışır.

Lakin elə gözəllik proseduraları vardir ki, onu hər bir qadın bilməlidir. qadınları gözəlləşdirən, gəncləşdirən və təravətləndirən bəzi ipuclarını təqdim edir:

1. Ayıpəncəsi və gənəgərçək yağları saçı uzadır.

2. Ərik yağı dırnaqları qidalandırır və bədəni masaj etmək üçün çox əhəmiyyətlidir.

3. Acı bibərdən hazırlanan məhlul saçı uzadır.

4. Bir neçə damcı lavanda yağını saçları yumşaltmaq üçün kondisionerə əlavə etdikdə saç gec çirklənir.

5. Dəniz duzu əlavə edilmiş vanna bədənə və dırnaqlara yaxşı təsir edir.

6. Buğda toxumunun yağı quru dərini qidalandırır.

7. Jojoba yağı göz ətrafındakı kiçik qırışları ütüləyir.

8. Salisil və sink qarışıqlı pasta üz dərisindəki civzələri, sızanaqları qurudur.

9. E və A vitaminləri quru dodaqları və göz qapaqlarını nəmləndirir.

10.Blefaroqel 1 (qialurun turşusu) göz altı torbaları aradan qaldırır.

11. Alma sirkəsi ayaqlarda üzə çıxan kiçik kapillyarların və sellülitin müalicəsi üçün faydalıdır. Hər gün duşdan sonra ayaqlara aşağıdan yuxarıya doğru alma sirkəsi sürtmək lazımdır. İki həftədən sonra üzdə olan kapillyarların rənginin solğunlaşmasının şahidi olacaqsınız. Alma sirkəsi dərini qıçıqlandırmasa da, qoxusu xoşagələn deyil.

12. Çaytikanı yağı və bor spirti civzələri sağaldır.

13. Mavi gil maskası üz və bədən dərisini hamarlaşdırır.

14. Gülümbahardan hazırlanan maz dabanları yumşaldır

15. Bodyaqa dəridəki göy izləri tez sağaldır.

16. Kosmetik qoz yağı qırışlarla və gözaltı qaraltı ilə mübarizə aparır.

17. Qliserin əl dərisini yumşaldır. Eyni miqdarda qliserini və 6 faizli sirkə ilə qarışdırdıqda kobudlaşmış dabanı yumşaltmaq üçün əla maska alınır.
18. Badam yağı bədəndəki çapıq izlərini müalicə edir.

19. Yağlı A, E vitaminlərini, limon şirəsini, 2 çay qaışığı dimeksidi qarışdırın. Saçın dibinə sürtün. Sellofan papaqda 2 saat saxladıqdan sonra yuyun.

20. Nanə yağı yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir. Istənilən içkiyə bir neçə damcı tökmək kifayətdir
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri