Gözəl qadınların 17 əlaməti

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 3 105
Səs ver:
(səs: 1)
Məşhur Azərbaycan filosofu Nəsirəddin Tusi "Bahnamə” əsərində oğluna gözəl qadının hansı əlamətlərə malik olmasına dair məsləhətlər verir. Alim yazır: "Ey oğul, qadınların gözəllik əlamətlərini anladacam. Bu əlamətlərə sahib olan qadın qadınların ən gözəlidir, əlamətlər nə qədər çox və nöqsan nə qədər az olarsa, qadın da o qədər gözəl olar.

Qadının 4 yeri kiçik olmalıdır:
Ağzı, əlləri, ayaqları, qulaqları.
Ağzı elə kiçik olsun ki, bir boya ilə ömür bitirə. Əlləri o qədər kiçik ola ki, yağışın belə elə kiçik əlləri olmaya. Ayaqları elə kiçik ola ki, ayyaqabı tapa bilməsin, həmişə ayaqyalın gəzsin. Qulaqları elə kiçik olsun ki, sırğasını asmağa yer tapmasın.

Qadının 4 yeri dar olmalıdır:
burun dəliyi, qulaq dəliyi, göbək dəliyi və ağzı.
Burun dəlikləri o qədər dar olmalıdır ki, sadəcə nəfəs ala bilsin. Qulaq dəliyi o qədər dar olmalıdır ki, ancaq öz səsini duya bilsin. Göbək dəliyi o qədər dar olmalıdır ki, ona dəlik demək üçün min şahid yığışsın. Ağzı o qədər dar olsun ki, bir badam zorla sığsın.

Qadının 4 yeri geniş olmalıdır:
alnı, gözləri, sinəsi, ayaqları.
Alnı elə geniş olsun ki, ona geniş deyə biləsən.

Gözləri elə geniş olsun ki, bir baxışı ilə adamı yerindən oynada.

Sinəsi elə geniş ola ki, insanın gözü doya.

Ayaqları elə geniş ola ki, tuta bilməyəsən.

Qadının 4 yeri uzun olmalıdır:
boynu,burnu, qaşı, barmaqları.
Boynu elə uzun olmalıdır ki, zürafələr onu qısqansın. Burnu elə uzun olsun ki, durnalar ona həsəd aparsın. Qaşı elə uzun olsun ki, saçlarına qarışa. Barmaqları elə uzun olsun ki, yarpaq dolmasını kimsə ondan yaxşı bükməsin.

Ey oğul, bütün bunlarla belə qadın gərək yumşaq və şirin sözlü olsun. Dediyim şərtlər hansı qadında varsa, onu da alarsan.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri