Mişel Obama: “İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə...”

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 1 864
Səs ver:
(səs: 1)
"Oskar" mükafatı laureatı Şarliz Teron hesab edir ki, ağıllı qızlara səfeh oğlanlar lazım deyil.

Amerika prezidentinin xanımı Mişel Obamanın da qatıldığı "Təhsilli qızların gücü" tədbirində Hollivud aktrisası onu da əlavə edib ki, ağıllı və təhsil almış qızdan seksualı yoxdur. O, "İndiyədək qadınlardan müəyyən çərçivə daxilində yaşamaq tələb edilib. Artıq bu təsəvvürü darmadağın etməyin vaxtı çatıb. Bunun üçün qadınlar özləri mübarizə aparmalıdır. Misal üçün, kişilərdən heç nə gözləməyin, güzgüyə baxın və özünüzə bu sözləri deyin: "Mən seksual, cəlbedici, ağıllı, dərrakəli və güclü qadınam”, yaxud da "Bu cinsdə çox seksual görünürəm”. Məsələn, mənim uzun və qalın saçlarım  yoxdur. Bəli, saçım qısadır, buna baxmayaraq, bu saçda da özümü ehtiraslı hiss edirəm” - deyib.

Obama isə aktrisanın "ağıllı qızlar səfeh oğlanlarla görüşməməlidir” – fikri ilə razılaşıb və əlavə edib: "İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız”.

Mişel Obama "Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim”  söyləyib.

ABŞ-ın birinci xanımı qadınların özgüvənini artırmasının vacibliyini vurğulayıb. O, minə yaxın tələbə qızın iştirak etdiyi tədbirdə həmcinslərini daha güclü görmək istədiyini deyib. Onlardan  kişilərdən qorxmamağı xahiş edib.

Xatırladaq ki, sağlam həyat və təhsil məsələlərindəki həssaslığı ilə tanınan Mişel Obama ötənilki çıxışında "Qız uşaqlarının təhsili gündəliyin birinci mövzusudur" - demişdi.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 864
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri