Qadınların oglanları bezdirəcək xasiyyətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 803
Səs ver:
(səs: 2)

alt

 

Qadınların oğlanları bezdirəcək xasiyyətləri.
İlməsi qaçmış corab,lakı tökülmüş dırnaqlar,münasib olmayan vücud...bəlkə də 40-50 il əvvəl oğlanların nifrət etdiyi şeylər deyəndə ağıla ilk bunlar gəlirdi...indiki nəsil oğlanlar və kişilər iynəli sözlər danışan,hər şeyə qarışan,yaxın münasibəti əsas vasitə kimi istifadə edən və yoxsul qızlardan və qadınlardan uzaq gəzirlər
Bu təkcə Azerbaycanda deyil, bütün dünyada belədir.Aparılan araşdırmalar göstərir ki, oğlanların qızlarda nifrət etdikləri bunlardır.

1. Başqa qadınları təhlil və tənqid etmək.

Bir oğlan üçün bir qızın başqa bir qızı qəddarca təhlil etməsi özünə olan inamsızlığından irəli gəlir. Onlara görə özlərinə inanmayan qızlar digər qızlarla maraqlanır,daima saçını,makyajını, geyimini, bədən quruluşunu təhlil və tənqid edir.Qızların ağlına da gəlməz ki, bu hərəkəti ilə yanındakı oğlanın diqqətini o biri qıza yönəldir,ona alıcı gözü ilə baxmasına səbəb olur.Oğlanlar etiraf edirlər ki,başqa yerdə qarşılaşsalar bəlkə də heç vaxt o biri qızla maraqlanmazlar....

2. Yüksək mədəniyyət sahibi kimi görünmək.

Oğlanların çoxu deyir ki, hər hansı bir qızı gördükləri ilk 5 saniyədə soruşmasalar da,onun təhsil səviyyəsi,zövqləri, hansı ailədən gəldiyi,hətta oxuduğu kitablar haqqında təəsürat yaranır.Bu o deməkdir ki, durduğunuz yerdə Şekspirdən, Dostoyevskidən danışmağa dəyməz.

3. Qısqanclıq.

İndiki oğlanlar sərbəstliyi,azadlığı çox sevdikləri üçün hər 10 nəfərindən 6-sı ən çox nifrət etdikləri şeyin qısqanclıq olduğunu etiraf edirlər.Əslində heç birinin “sevgidən qaynaqlanan” qısqanclığa etirazı yoxdu, amma sutkanın hər saatında axtarıb, zəng edib “hardasan?” soruşunca aranızdakı münasibətin ömrü azalır.

4.Varlı olmamaq.

Əvvəllər oğlanın qızdan imkanlı olması oğlan üçün güc və səviyyə göstəricisi idisə, indi getdikcə artan iqtisadi çətinlik və daha yaxşı yaşamaq istəyi əsasən də gənc oğlanları varlı qızlara tərəf yönləndirir.

5. Anlaşılmaz danışmaq.

Oğlanlar üçün “yox” “yox”-dur, “hə” isə “hə”!..amma söhbət qadınlardan,qızlardan gedirsə bu başqa.Qızlar çox vaxt istədiklərini tam olaraq bəlli etməzler,bu da oğlan üçün problem yaradır. İşini-gücünü atıb qızın nə demək istədiyini başa düşməyə çalışan oğlanın 1 gün bezməyəcəyinə heç kim təminat vermir.

6. Çox yaxın münasibət.

Oğlanların əksəriyyətinin dediyi hər sözün yerinə yetirilməsindən,onu dünyada ən yaxşı oğlan kimi davranılmasından xoşu gəlsə də,çox yaxın münasibət heç birinin xoşuna gəlmir! Gündə 2 dəfədən çox olan telefon zəngləri və mesajlar oğlanlar tərəfindən “hücum” kimi qəbul edilir.

7.Həddindən artıq həssaslıq.

Hər şeyə küsən,durduğu yerdə problem yaradan, tənqiddən qaçan və ən vacibi göz yaşını silah kimi istifadə edən qızlar oğlanlar üçün dözülməzdir.

8.Alış-veriş xəstəliyi.

Düzdü oğlanların özünə fikir verməyən qızlardan xoşu gəlmir, amma xarici görünüşündən başqa heç nə düşünməyən qızları da bəyənmirlər.Bu tip qızların dayaz düşüncəli, moda və gözəllikdən başqa heç nə ilə maraqlanmadığına inanan oğlanlar bütün vaxtını mağazaları gəzərək keçirən qızların bədxərc və maraqsız olduqlarına inanırlar.

9.Çox danışmaq.

Bu məlum nifrət edilən maddədir. Bu o deməkdir ki,100 il əvvəl də bu maddə vardı,100 il sonra da bu olacaq. Oğlanların əksəriyyəti çox danışan qızları bəyənmir. Belə qızlar onlarda ordan həmən qaçmaq istəyi oyandırır. Çox danışan qızların sabah ailə quranda deyingən arvada çevrilməyəcəyinin də təminatı yoxdur.

10. “Yaxın münasibəti” silah kimi istifadə etmək.

Oğlanların,əsasən də yeni tanış olduqları qızın özlerini beyendirmek üçün “yaxın münasibəti” əsas vasitə kimi istifadə etmələrindən heç xoşları gəlmir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 803
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri