Uşaqların Allahdan istədikləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 367
Səs ver:
(səs: 2)
Sevgili Tanrı, insanları öldürüb yenisini yaratmaq əvəzinə niyə sağ olanları saxlamırsan? Jeyn – 5 yaş
Sevgili Tanrı, indi mənə lazım olanları yazıram: təzə velosiped, kimya dəsti, it, kino göstərən aparat, beysbol əlcəyi. Hamısını göndərə bilməsən, eybi yox, bir az da olar. Qeyd: Bilirəm ki, Noel baba yoxdur. Səni sevən Erik
Tanrım, insanlara həmişə ruhları düz paylayırsan? Səhv edə bilərsən haa… Audrey – 8 yaş
Sevgili Tanrı, zürafələri istəyərək elə görünüşdə yaratmısan, yoxsa səhvən olub? Norman – 4 yaş
Sevgili Tanrı, necə bildin ki, sən Tanrısan? Charene – 3 yaş
Sevgili Tanrı, əgər öləndən sonra yaşayacağıqsa, bizi niyə öldürürsən? Mindy – 5 yaş
Sevgili Tanrım, oğlanlar qizlardan daha üstündür? Bilirəm, sən də onların tərəfindəsən amma yenə də ədalətli olmağa çalış… Silviya – 5 yaş
Yəqin ki, hər gün qarışqaları əzməyimin sənin üçün fərqi yoxdur. Alis – 6 yaş

uşaq və AllahOla bilsin, bu inandırıcı olmasın. Çoxumuz deyə bilərik ki, bu yaşda uşaq necə elə suallar verə bilər? Hələ də  kimə, Tanrıya.. Bəkə də deyəcəyik ki, bunu ateistlər hazırlayıb. Olsun.  Məsələ bu deyil, əzizlərim. Bir baxaq, bu sualları vermək üçün elə uşaq kimi saflaşmaq lazım olmurmu bizə. Amma biz nə uşaq olmağı, nə də bu sualları verməyi özümüzə sığışdırmarıq. Axı biz Tanrı haqqında hər şeyi bilirik. Bizim işimiz onu sorğulamaq deyil, Ona görə hər kəsi sorğulamaq, Ona görə ölmək və öldürməkdir…

Nədən suallardakı təəccübə deyil, sulların verilməsinə təəccüblənirik?
Nədən biz böyüklər bu sualların özünü sorğulayırıq?
Nədən biz də belə suallar verə bilmirik?
Biz böyümüşük, biz böyüklərik, onlar isə uşaqlar. Uşaq kimdir, uşaq olmaq nədir? Uşaq olmaq demək, təəccüblənməyi bacarmaq, heyrətlənə bilmək deməkdir. Uşaqlar bu üzdən yeni şeylərlə qarşılaşmaqdan çəkinməzlər. Onlar ona görə mühakimə edərlər ki, öyrənmək istəyirlər. Ona görə öyrənmək istəyirlər ki, tanış olmaq, kəşf etmək ehtiyacları var. Onlar bunu etdikcə təəcüblənirlər, heyrətlənirlər.
 
Biz tez böyüdük. İtirdik bu qabiliyyətlərimizi. Biz ancaq öyrətmək üçün mühakimə edirik. Çünki təəccüblənmək deyil, başqalarını təəccübləndirmək və  heyrətə salmağı sevirik. Çünki elə özümüzü Tanrı kimi aparırıq. Biz böyüklər Tanrıdan qorxan tanrılarıq. Əslində, biz Tanrı üçün deyil, Tanrı adına öz tanrılığımız üçün mübahisə edir, savaşır və öldürürük…
 
tanrı-uşaq-allah-duaTanrı uşaqları tez eşidir deyirik. Niyə? Çünki uşaqlar dinləmək istəyir, öyrənmək istəyir. Uşaqlar bütün hüceyrələrini qulağa çevirirlər, dua etdikləri zaman. Çünki, uşaqların duaları içdən gələn istəkləridir, ritualları deyil. Uşaqların tək ritualı var, o da öyrənmək. Böyüklər isə qulaqların tutub ancaq sual verilər kimi davranarlar. Onlar öyrəndiklərini təsdiq etmək üçün qulaq asır, öyrənirlər. Böyüklər ritualları ilə öyünərlər. Onlar üçün Tanrı ilə danışmaq ritualdır.Burada vurğum yaş üzərinə uşaqlıqdan və böyüklük üzərinə deyil tam olaraq. Onları simvolik olaraq ələ aldım. Bir də var, böyük ikən uşaq olmaq. Uşaq kimi olmaq. Demək ki, uşaq olmaq böyüməmək, böyümək isə uşaq olmamaq deyil. İnsan hər yaşında saf, suallara açıq, dinləməyi sevən biri ola bilər. İnsan hər yaşda Tanrı ilə içdən danışa bildikdə uşaq sayılar. Çünki, biz bunları edənə uşaq deyirik…

Müəllif: Vüsaləddin Rüstəmov
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 367
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri