Bizik

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 192
Səs ver:
(səs: 1)

 Həkim qəbulunda növbədə gözləyən camaata növbənin nə olduğunu başa salıb, növbədən kənar içəri kəçən də bizik.

Tıxac vaxtı arxadan bizə siqnal verən sürücüyə "əə nolub görmürsən probkadı hara sürüm" deyib, qarşıda dayanan avtomobilə siqnal verib "ə noldu sür dəəəə" deyən də bizik.
Metro kartındakı cəmi bircə gedişlə bütün qrup yoldaşlarını, məhlə uşaqlarını, əgər olsa padxod məqsədi ilə yanındaki gözəl xanımı da metrodan keçirdən də bizik.
Avtobusda əlindəki qəpiylə şüşəyə daqqıldadıb, yoğun səslə "burda saxlıyarsan” deyən də bizik.
Metroda maşinistlə əlaqə düyməsinə basıb, "Gənclikdə saxlıyarsan” deyən də bizik.
Facebook-da hamı ilə sağollaşar "Gecəniz xeyrə qalsın” deyib səhərə kimi "offline" oturan da bizik.
Dostlar arasında "Sevgidə gözəllik önəmli deyil, əsas odu ürəkdən sevəsən” deyib, gözəl qız axtaran da bizik.
Əl telefonuna gələn qısa vızıvlardan bezib, 1 saat olsa belə "YES” düyməsi üstündə gözləyən də bizik.
Universitetdə müəlliməyə "məəlim, olar ruçka alım gelim” deyib, dərsdən qaçmağı bacaran da bizik.
Taksi sürücüsü 10 AZN-ə apararam deyəndə "heç olmasa 9 AZN elə də onu” deyib, 1 AZN qiyməti aşağı salmağı bacaran da bizik.
Bu, biz idik.. əyrili düzlü, yalanlı gerçəkli, biraz pozitiv biraz da acınacaqlı görsənən - BİZ!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri