Kişi kollektivlərində işləmək qadınlarda xroniki stressə səbəb olur

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 1 806
Səs ver:
(səs: 0)
Amerika alimləri müəyyənləşdiriblər ki, kişi kollektivlərində işləyən qadınlar xroniki stressdən əziyyət çəkir. Bu xanımlar daim sosial təcrid, seksual təqib, bacarığından şübhə etmək və karyerada irəliləmək imkanının olmaması kimi problemlərə məruz qalır. Trend bu barədə "Science World Report"-a istinadən məlumat verir.

Qeyd edilir ki, kişi həmkarlar qadınlara məhəl qoymur və ya, əksinə, onlara daha çox diqqət ayırırlar. Bununla əlaqədar yaranan xroniki stress müxtəlif xəstəliklərə səbəb olur və vaxtından əvvəl ölüm riskini artırır.

Mütəxəssislər tədqiqat zamanı hər gün kişi kollektivlərində çalışan iştirakçı qadınların orqanizmlərində kortilozun (stress hormonu) səviyyəsini ölçüblər. Məlum olub ki, başqaları ilə müqayisədə belə kollektivlərdə işləyən qadınların stress səviyyəsi gün ərzində tez-tez dəyişikliyə məruz qalıb.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri