Qadınlar kişilərdən ağıllıdır

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 1 666
Səs ver:
(səs: 3)
Son araşdırmalar göstərir ki, qadınlar İQ testlərdə kişiləri qabaqlayıblar.

"Daily Mail" bildirir ki, qadınlarla kişilər arasında "zəka savaşı"nda zərif cinsin mənsubları bəşər tarixində ilk dəfə olaraq qələbələrini rəsmən təsdiqləyiblər.
İQ testlər sahəsində dünyaca məşhur ekspert Ceyms Flinnin müxtəlif ölkələrdə apardığı testlərin nəticələri belədir.

Professor Flinin dediyinə görə, kişilərlə müqayisədə qadınlara daha sürətli, genişmiqyaslı və effektiv düşüncə qabiliyyətinə malikdir.

"Çağdaş dünyanın mürəkkəb tələblərinə qadınlar daha sürətlə uyğunlaşaraq intellektlərini inkişaf etdirirlər. Qadınlar həm işləyir, həm ev işlərini görür, həm də ailəni idarə edirlər. Testlər bariz və açıq şəkildə göstərir ki, qlobal miqyasda qadınların intellekt səviyyəsi kişilərdən üstündür", - Flinn deyib.

Onun sözlərinə görə, 1980-ci illə müqayisədə qadınların orta statistik İQ səviyyəsi 30 əmsal artıb.

Yeni Zelandiyadakı Otaqo Universitetinin politologiya professoru 16 ölkədə qadın və kişilər arasında apardığı İQ testlərin nəticələri ilə bağlı geniş hesabatı gələn həftə açıqlayacaq.
Hələlik yalnız o deyilib ki, İQ testlər zamanı qadınlar 4088139 suala doğru cavab veriblər.
Kişilərdə bu göstərici 4077596 olub.
 
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 1 666
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri