Alimlər çoxarvadlılığın qadınlar üçün faydalı olduğunu sübut etdilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 468
Səs ver:
(səs: 4)
Yeni araşdırma aparılıb.

Qadınlar və onların uşaqları (onlar yoxsulluq içində böyüyür və tez-tez xəstələnirlər) üçün poliqamiyanın zərərli olduğunu bildirən bir çox araşdırmaların əksinə olaraq, amerikalı və britaniyalı antropoloqlar poliqamiyanın qadınlar üçün sərfəli olduğunu aşkar ediblər.

Yeni tədqiqat "Proceedings of the National Academy of Sciences” jurnalında təqdim edilib,

Poliqamiya (çoxarvadlılıq) qədim cəmiyyətdə 80% rast gəlinən hal idi, amma hal-hazırda tam olaraq Saxaranın cənubunda yerləşən Afrika ölkələrində mövcuddur.

Alimlər belə nikahın kişilər üçün faydalı olması ilə razıdırlar: monoqam kişilərdən fərqli olaraq, onlarda nəsil artımı daha çoxdur.

Poliqamiyanın qadınlar üçün faydalı və ya zərərli olması barəsində suala cavab vermək üçün amerikalı antropoloqlar şimali Tanzaniyanın 56 kəndində iki növ ailənin (monoqam və poliqam) sosial-iqtisadi vəziyyətini müqayisə ediblər.

Məlumatları ümumiləşdirərək, alimlər əvvəlcə digər müəlliflər tərəfindən öncədən proqnozlaşdırılmış təsviri görüblər: çoxarvadlılıq qida çatışmazlığı və uşaqların zəif səhhəti ilə əlaqəlidir.

Amma bu qanunauyğunluğu poliqamiyanın çox zaman ekoloji cəhətdən əlverişli olmayan kasıb kəndlərdə rast gəlindiyi ilə izah etmək olar.

Eyni kənddə monoqam və poliqam ailələri müqayisə etməli olsaq, ikincilərdə yemək daha çox, uşaqlar isə daha sağlam olardı. Bundan başqa, poliqam ailələrin daha çox mal-qarası və becərilmiş torpağı olardı.

Əldə edilən çıxarışlar nəzəri modellərə uyğundur, bu modellərə müvafiq olaraq çoxarvadlılıq qadınların strateji maraqlarına (maddi cəhətdən kişilərdən asılı olan və müstəqil qazanc əldə etmədikləri cəmiyyətdə) xidmət edir.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, çoxarvadlılığın qadağan edilməsi xüsusilə də kişilər arasında əmlak bərabərsizliyinin yüksək səviyyədə olduğu ərazilərdə qadınlara ziyan vura bilər. Belə qadağa qadınların nikah tərəfdaşı seçimini məhdudlaşdıra bilər.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri