Qadınlar saçlarını niyə kəsdirir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 825
Səs ver:
(səs: 2)
Qadınların depressiyaya girdiyi zaman qaça-qaça saç ustalarının yanına gedib saçlarını kəsdirdiyini bilməyən yoxdur. Üstəlik bir çoxumuz irəliləyən günlərdə peşman olacağımızı bilə-bilə edirik bunu. Amma bəzən o ilk qayçı hərəkətinin insanı necə rahatlatdığını bir çoxları bilməz. Əsəbimizi saçlarımızdan çıxararıq. Saç ustamızın saç kəsərkən üzərimizə geyindirdiyi o önlüklərin üzərindən sürüşüb yerə tökülər saçlarımız, digər yandan da süpürülən saçlarımıza son dəfə nəzər salarıq, aynadakı görünüşümüzün dəyişməsi xoşbəxtlik gətirər.

Bəs qadınların depressiya zamanı saçlarını niyə kəsdirməsi ilə heç maraqlanmısınızmı? Qadınların saç kəsdirmə səbəbləri nələrdir?
Bunun səbəbləri arasında ilk sırada dəyişiklik yer alır. Qadınlar eynilikdən xoşlanmayan varlıqlardır. Bu səbəbdən də hər yeni dəyişiklik onlar üçün yeni bir başlanğıc anlamına gəlir. Saçlarından bezən qadınların da yenə saç kəsdirmə qərarı ala biləcəyini və həmçinin saçları zədələnmiş xanımların da onlardan qurtulmaq üçün saçlarını kəsdirəcəyini nəzərə çatdırmaqda fayda var.

Qadınların saç kəsdirmə səbəbləri təbii ki, yuxarıda sadalanan maddələrlə məhdudlaşmır. Başqalarının diqqətini çəkmək istəyən qadınların da saçlarını kəsdirməsi məlumdur. Xoşuna gələn bir modeli saçlarında tətbiq etmək istədiyi üçün saçlarını kəsdirən, daha baxımlı görünmək istəyən qadınlar da birdən-birə saçlarını kəsdirməyə qərar verə bilər. Uzunmüddətli yorucu iş müddəti olan qadınlar saç gözəlliyi ilə məşğul olmaq istəmədikləri üçün də saçlarını kəsdirə bilirlər. Bunlarla yanaşı yazımızın əvvəlində qeyd etdiyimiz kimi depressiv bir dövrün başlaması da saç kəsdirmə səbəbləri arasındadır. Yeni və baxımlı saç düzümü qadınların özünə güvənini artırdığından stresli dövrlərini ötüşdürmək üçün bu yola əl atan qadınların sayı da kifayət qədərdir.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri