Banka pul (əmanət) qoyub sonra onu əlavə gəlirlə götürməyin hökmü nədir?

Müəllif: Narın Yağış
Şərhlər: 1
Baxılıb: 2 176
Səs ver:
(səs: 0)
Cavab 1: Əgər öz sərmayəsini banka borc kimi qoyub qazancı şərt еtsə, yaxud məqsədi qazanc olsa, yaxud ona nail olmaq məqsədi ilə pul qoysa, onu (əlavə gəliri) alması caiz dеyil, çünki bu gəlir şərən haram olan sələmdir. Əks halda isə hеç bir еybi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,s.841

Cavab 2: Banka pul qoymaq fayda və qazanc şərti ilə olarsa, riba (sələm) və haramdır, lakin müəyyən yollarla ribaya düçar olmaqdan qaçmaq olar. Misal üçün, bank müəyyən bir əmtəəni, bazardakı qiymətdən artıq qiymətlə şəxsdən alsın, yaxud müəyyən bir əmtəəni bazar qiymətindən aşağı qiymətə ona satsın və şərt etsin ki, o şəxs müəyyən bir məbləği müəyyən müddətə qədər banka borc versin. Bu nəticə icarə, sülh və borc şərti ilə olan hibə ilə də gerçəkləşir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2849

Cavab 3: Əgər bu, şəri muamilələr çərçivəsində olsa və yaxud pulu yatıran şəxs əlavə faizi şərt etməsə və bank özü onu xeyir versə, eybi yoxdur. İkinci halın əlaməti budur ki, əgər bank ona hər hansı əlavə qazanc verməsə, o bir şey tələb etməsin.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

Cavab 4: Əgər həmin şəxs pulunu vam (borc) adıyla verməyib əksinə bankı vəkil edə ki, onun pulu ilə şərii müamilə onun şərtlərinə riayət etməklə yerinə yetirilsin və bank da o məblıği müamilənin mənfəəti kimi versə, iradı yoxdur.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin ofisi

Cavab 5: Əlavə mənfəət əldə etmək məqsədi ilə sərmayələri, mal-dövlətləri qeyri-müsəlmanlara aid olan banklarda əmanət qoymaq caizdir.

Əgər sərmayələri müsəlmanlara aiddirsə, dövlət banklarının və müəssisələrinin əmlakı (pulu) Həzrət Ayətullahın nəzərinə görə məchulul-malik (sahibi məlum olmayan) sayılır. Onu şəriət hakiminin icazəsi ilə istifadə etmək icazəlidir. Buna görə də əgər yatırım edən şəxs mənfəət ilə bağlı şərt qoymasa və ona mənfəət versələr, Həzrət Ayətullah icazə verir ki, sahibi məlum olmayan mənfəəti özünə götürsün (ona sahib olsun). Bu şərtlə ki, mənfəətin yarısını mömin fəqirlərə sədəqə versin.

Amma xüsusi (qeyri-dövlət) banklarının və müəssisələrinin gəlirinə heç bir vəchlə sahib olmaq mümkün deyil. Amma əgər insan sərmayə sahiblərinin onun bu maldan istifadə etməsinə razı olduqlarını bilərsə, hərçənd şəriət baxımından o mala sahib olmasa da – adətən də belədir – ondan istifadə edə bilər (xərcləyə bilər). O pulla nə isə alsa, aldığına sahib olur.

Bu, bir haldadır ki, bank yatırım edən şəxslə şəri (şəriətə daxil) müamilə etməsin. Amma müamilə şəriət baxımından səhih və bütün şərtlərinə riayət etməklə olsa və ehtimal etsələr ki, bank müqavilə əsasında yatırılmış pulla şəri müamilə edir, gəlir halaldır
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri