Əziz qadınlar bunları kişilər bilməsin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 458
Səs ver:
(səs: 2)
Münasibət qurarkən tərəflər arasında heç bir sirr olmamalıdır. Səmimilik uzunömürlü münasibətin təməlidir. Yalnız bəzi kiçik sirlər var ki, bunları gizlətməyə ehtiyac olur. Əziz xanım oxucularımız, bu sirrlər barədə məlumat vermək istərdik.

Keçmiş sevgili
Kişilər keçmiş münasibətiniz haqqında yalnız ona görə soruşurlar ki, özlərinin ən yaxşı olduqlarını eşitsinlər. Keçmiş gözəl xatirələrinizi partnyorunuza ətraflı şəkildə danışdığınız halda inanın ki, münasibətlərinizdə problem yaranacaq. Əlbəttə ki, sevgiliniz sizin keçmişinizi bilməlidir, amma bütün təfərrüatı ilə yox.

Bədxərclik
Kişilər indi ehtiyacınız olmadığı halda aldığınız onuncu ayaqqabı, beşinci çanta haqqında bilməsələr də, olar. Onlar sizin geyiminizə xərclədiyiniz pulları bədxərclik hesab edirlər. Adi mağazadan 15 manata ala biləcəyiniz bir geyimi hansısa brend mağazadan onun 4-5 qatına aldığınızı gördükləri zaman is ümumiyyətlə dəli olurlar. Buna görə də yaxşı olar ki alış-verişə sevgilinizlə deyil, rəfiqənizlə gedəsiniz.

Qohumlar
Kişilərin həssas olduğu mövzulardan biri də onların əhatəsi, qohumlarıdır. Qohumları haqqında deyəcəyiniz hansısa mənfi fikir münasibətlərinizi korlaya, hətta poza bilər. Xüsusən də anası haqqında deyəcəyiniz fikirlərdə diqqətli olun. Bəyənmədiyiniz xüsusiyyətlər olsa belə, bunu onun üzünə vurmayın.

Hədiyyə seçimi
Əgər partnyorunuzun verdiyi hədiyyə sizin ürəyinizcə deyilsə belə, bunu əsla ona bəlli etməyin. Aldığı hədiyyədə yaxşı nəsə tapmağa çalışın. Sadəcə ona gələn dəfə görmək istədiyiniz hədiyyə barədə ipucu verin.

Yaş problemi
Münasibət qurduğunuz zaman yaşınızı gizlətməyə çalışmayın. Bəzən xanımlar münasibət qurarkən əlaqələrin ciddiləşəcəyi haqqında düşünmür, yaşlarını gizlədib olduqlarından daha az deyirlər. Bunun yanlış addım olduğunu, sevdiyiniz insanda sizə qarşı inamsızlıq yaradacağını unutmayın. Bu məsələdə dürüst olmağınız vacibdir.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 3 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri