Gənc qız rəfiqəsinə nə sözü verməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 144
Səs ver:
(səs: 2)
Ətrafımızda "ayrılmaz rəfiqələr” kimi tanıdığımız qızlar çoxdur. Onlar bir-birilərini nə qədər çox sevsələr də, bəzi mövzularda fikir ayrılıqları yaşayırlar.
Əgər sən də rəfiqənlə ömür boyu birlikdə olmaq və ondan ayrılmaq istəmirsənsə, bəzi məsələlərlə bağlı ona söz verməlisən.
Ən yaxın rəfiqənə söz verməli və ömür boyu əməl etməli olduğun bəzi məqamlar

1.Səninlə hər mövzunu açıq danışmağa və qərarlarına hörmətlə yanaşmağa söz verirəm.

2.Əgər xoşun gələn oğlanı mən bəyənməsəm, bunu sənə deyəcəyimə və sən onunla münasibət qurmaq istəsən, bu qərarına hörmətlə yanaşacağıma söz verirəm.

3.Dəli kimi içmək istədiyin zamanlarda, hər zaman yanında olacağıma söz verirəm.

4.Əgər etdiyin səhvin nəticəsini daşıya bilməsən, sənin yanında olacağıma və bu səhvi öz boynuma götürəcəyimə söz verirəm.

5.Səni, savaşsaq belə, dünyadan küsdüyün zaman əlindən tutaraq həyata bağlayacağıma söz verirəm.

6.Səhv edərkən, bunu sənə deyəcəyimə söz verirəm.

7.Əgər yanımda ayağın büdrəsə və yıxılsan, buna dəli kimi güləcəyimə söz verirəm.

8.Həyatın boyu qarşılaşacağın çətinliklərdə yanında olacağıma və "Daha pisi ola bilərdi”-
deyəcəyimə söz verirəm.

9.Nəyin nə zaman düzələcəyini bilmədiyim üçün sənə heç vaxt "hər şey düzələcək” deməyəcəyimə və sənə bu tərz şeylərlə təsəlli verməyəcəyimə söz verirəm.

10.Səni digər insanlardan və bəzən özümdən belə, qoruyacağıma söz verirəm.

11.Mənə ehtiyacın olduğu zaman, tez yanına gələcəyimə və özünü yalnız hiss elətdirməyəcəyimə söz verirəm.

12.Geyindiyin şeylərin sənə yaraşıb-yaraşmadığını dürüst deyəcəyimə söz verirəm.

13.Sənə hər zaman həqiqəti deyəcəyimə söz verirəm.

14.Sənin üçün savaşacağıma, səninlə mübahisə edəcəyimə və səninlə birlikdə mübarizə aparacağıma söz verirəm.

15.Neçə yaşında olursaq-olaq, hər zaman sənin sağ əlin olacağıma və işlətdiyin günahlarda sənə ortaq olacağıma söz verirəm.

16.Əgər xoşladığın oğlan sənə hörmət etməsə, sakit oturmayacağıma və onun payını verəcəyimə söz verirəm.

17.Sənə heç vaxt "axmaq hərəkətlər etmə” deməyəcəyimə və əslində, belə şeyləri səninlə birlikdə edəcəyimə söz verirəm.

18.Şkafında tapdığın şokoladları və cipsləri yeyəcəyimə söz verirəm.

19.İstədiyin zaman uzaqlaşmağına və bir az tək dincəlməyinə imkan yaradacağıma söz verirəm.

20.Universitetdə etdiyimiz "bəzi” şeyləri heç kimə deməyəcəyimə və ömrüm boyu gizlədəcəyimə söz verirəm.

21.Həyatında daha yaxşı şeylərə sahib olmağın üçün səni hər zaman cəsarətləndirəcəyimə söz verirəm.

22.Harada olduğumuzdan asılı olmayaraq, səni hər zaman çox, lap çox sevəcəyimə söz verirəm.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 2 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri