Qadınlar daha çox tərk edilir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 748
Səs ver:
(səs: 1)
Xəstəliklər adamın bədəni ilə birlikdə ruhuna da zərər verir. Xəstənin xəstəlikdən sonra yeni bədəninə uyğun yeni bir ruh, dünyagörüşü və həyat meydana gətirməsi, xəstəliklə savaşı qədər əhəmiyyətlidir. Xəstəlikdən sonra insan həyatın və əlaqələrin mənasına dair özünə sual vermyəyə başlayır və bu səbəblə xəstəlikdən sonra bir yetkinləşmə və həyatı mənalandırma müddətinə başlayır.

Xəstəlik sonrasında qadınlar kişilərə nisbətən daha çox tərk edilir. Ayrıca qadının iqtisadi mənada azad olmaması da əhəmiyyətli bir faktordur. Xüsusilə cinsi həyatı təsir edən xəstəliklərdə kişi yeni bir axtarışa girər, lakin qadınlar üçün bu çox asan olmamaqdadır.

Qadının üzərindəki ailə və ictimai təzyiq, uşaqlarına daha düşkün olması boşanma qərarını almasını çətinləşdirir. Avropada isə ailə və cəmiyyət təzyiqi az olduğu üçün cütlər xəstəliklər qarşısında birlikdə mübarizə etməkdənsə ayrılmağı seçməkdədirlər. Bu əslində etnik deyil daha çox mədəni bir fenomendir. Məsələn Beyrutdan gələn bir xəstə üçün müsəlman ya da xristian olmasının bir əhəmiyyəti yoxdur. Çünki tutum və davranışlarını "Yaxın Şərq Mədəniyyəti” müəyyən edir. Bu ölkəmiz üçün də belədir. Şərqdə yaşıyan insanlarla yenə şərqdən qərbə köç etmiş insanlar arasında da fərq müşahidə edilməkdədir. Bunun səbəbi köç edən kəslərin qərbin mədəniyyətinə adaptasiya olmasıdır. Bir mənada hadisə və vəziyyətlərə qarşı baxışlarının dəyişməsidir.

Xəstəyə baxan həyat yoldaşı olmamalıdır
Yatağa məhkum yaşamaq məcburiyyətində qalan xəstələrin şəxsi qayğı və təmizliyi böyük bir məsuliyyət və anlayış tələb edir. Xəstəyə baxmağı ümumiyyətlə yoldaş ya da uşaqlar öz üzərinə götürür. Ancaq xüsusilə yoldaşlar, xəstənin baxımını boynuna götürən tərəf olmamalıdır. Cütlüklər arasında çox xüsusi əlaqənin dinamikləri bu müddətdə pozulmaqdadır. Bu xəstələrə tibbi bir qrup xidmət etməlidir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri