Gözəl olmağı bilmək

Şərhlər: 5
Baxılıb: 3 746
Səs ver:
(səs: 6)
Bəzi qadınlar həm kişilər tərəfindən, həm də digər qadınlar tərəfindən hörmətlə, bəyənməylə, təriflə qarşılanırlar. Əgər sizdə belə qadınlar sırasında olmaq istəyirsinizsə, bu heç də çətin deyil..

• Gözəl olmağı bilmək...
Gözəl olmağı bacaran qadınlar hər zaman diqqət mərkəzində olarlar. 'Gözəl olan' deyil,'gözəl olmağı bilən'... Yəni özünə yaraşanı geyən, geyim və makiyajında ​​şişirdilmiş olmayan, yerinə və zamanına uyğun geyinib makiyaj edən, özünə baxmağı bilən bir qadın müsbət balla başlayar əlaqələrinə.
Gözəllik əvvəlcə çöldən başlayar. Təmizlik, baxım, yerinə və zamanına uyğun geyim, saç, makiyaj...

• 'Xanım' olmaq...
Yalnız sevgili ya da həyat yoldaşı olaraq deyil, həmcinsləriylə yoldaş olmaq üçün də kilid mövzulardan biridir xanım olmaq. Hər zaman özünə hakim olması bir qadın üçün müsbət dəyərdir. Yanınızda, küfr edərək telefonda danışan ya da restoran ortasında saqqız tapdalayıb şar partladan biriylə oturmaq istərdiniz mi?
Hər kəsin kraliça ya da şahzadə zadəganlığına doğuşdan sahib olmasını gözləmək haqsızlıq ola bilər amma xanım olmaq da öyrəniləbilər.

• Fədakar olmaq...
Ətrafındakıların ehtiyaclarının fərqinə vararaq, daha istənmədən nə edə biləcəyini düşünən qadın ideal dost, ideal sevgili, ideal yoldaşdır. Yalnız fikir əsasında da olsa, problemi həll etmək üçün məşğul olmaq, məcbur etmədən kömək təklifində olmaq hər kəsin bəyənəcəyi bir davranışdır.

• Hörmətli olmaq...
Hər kəs hər şeyi sevmək ya da bəyənmək məcburiyyətində deyil. Amma sırf bəyənmədiyi üçün hər qarşılaşdığında ya da adı keçdiyində belə, bəziləri haqqında hörmətsiz sözlər söyləyən bir qadın, öz kreditini itirməyə başlayar əslində.
Qarşınızdakına hörmət etmək,hörməti qarşıdan gözləmək qədər əhəmiyyətlidir.

• Xoşbəxt olmağı bilmək...
Necədə böyük bir müsbet cəhətdir insanın həm özü, həm də ətrafındakılar üçün.
'Xoşbəxt insan' olmaq üçün, əvvəlcə xoşbəxt olmağı bilmək lazımdır. Hər hadisənin pis tərəflərini tapıb çıxartmaq deyil, əlinizdəkiylə necə daha xoşbəxt oluna biləcəyini bilmək lazımdır. 
'Vur patlasın, çal oynasın' bir dünyadan deyil, əlinizdəkinə şükr edib və ağlamağı buraxıb daha çox çalışacağınız bir dünyadan bəhs edirəm.
Unutmayın, Xoşbəxt olmağı bilən qadınların zənginliyinin sərhədi də yoxdur...!
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 3 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri