XXX: bu intimo nə olan şeydir axı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 081
Səs ver:
(səs: 1)
«Google»   axtarış sisteminə intimoqrafiya sözünü yazıb düyməni basanda saniyənin yüzdə doqquzunda 4 milyon 800 min nəticə verir. «Yandeks» axtarış sistemi qısaldılmış şəkildə «intimo» sözünə 446 min, «VKontakte» isə 161 min nəticə verir. Yəni bu söz hamının axtardığı, aradığı və maraqlandığı mövzudur. Hazırda adını çəkdiyimiz məşhur axtarış sistemləri intimo materialların saytda yerləşdirilməsi, reklamı və asan əldə olunmasına görə bir-birini qarşılıqlı ittiham edir. Əgər bu, axtarılan maldırsa, niyə də asan əldə olunmasın? Əgər yayılması, reklamı qadağandırsa niyə bunu hamı axtarır? Bu intimo nə olan şeydir axı?
Bu sualı eşidib yəqin ki, pıqqıldayıb gülənlər də tapılacaq. Amma ciddiləşib qadağan olunmuş mövzuda ağıllı-başlı iki kəlməni bir-birinə qoşub danışa bilən az olar. Hamı elə bilir ki, bu barədə hər şeyi bilir. Onu da hamı bilir ki, yaman pullu sahədir, iyrənməyib baş vuran adamı göz qırpımında varlandırır.
intimoqrafiya çox yayılmış azardı. Onun son dərəcə ciddiliklə qadağan edildiyi zamanlarda da sanki sehrli çubuğun hərəkətilə salamat qalaraq gah intimoqrafik məktub, ya da kart şəklində yayılmağında olub. İndi heç nəyi gizləməyə ehtiyac yox. Bu gün hətta küçədə intimoqrafiya, ya da intimo sessiya çəkib İnternetə qoysan kimsə təccüblənməz, heyrətlənməz, hiddətlənməz. Bu gün milli dəyərlərimizi əlində bayraq edən televiziyalarımız da şəxsi həyatın görünməz tərəflərini ekranlara çıxaranda bunun adını intimo qoyub utanıb eləmir.
intimo sənayesi kraliçə Viktoriyanın zamanından inkişaf edib. Ona görə də bəzən intimo sənayesinin vətənini İngiltərə sayırlar. Amma adı çıxmış kraliçənin zamanında kişi və qadınların davranışına dair çox ciddi qanunlar çıxarılmış, çılpaq bədən isə qadağan idi. Qəribəsi olur ki, bu qanun nədənsə fotolara şamil edilmirdi. Ona görə də bütün bu qadağaların qarşılığında çılpaq adamların fotoları ildırım sürətilə yayılmağa başladı. Həmin bu zamanlarda Pompey şəhərinin qazıntılar zamanı aşkarlanmış çılpaq antik heykəllər gizli muzeylərdə xəlvət yerdə saxlanırdı ki, çılpaq natura kimsənin gözünə girməsin.
Avstraliya demokratik dövlət olsa da burada intimoqrafik materialın satılması, yayılması qadağandır. Bu qanun 2 ştatdan savayı hamısında işləyir. Gözdən qıraqda qalmış bu iki ştatda isə intimo sənayesi çiçəklənməyindədir və XXX işarəsi altında işləyən kompaniyalar məhz bu ştatlara sığınıblar.
intimoqrafiyanın gətirdiyi gəlir bütün futbol, beysbol, basketbol komandalarının birgə götürülmüş gəlirlərindən dəfələrlə böyükdür. intimo ulduzlar həqiqətən də varlıdır. Sıravi intimo aktrisa kiçik bir səhnənin çəkilişinə 50 dollardan 1500 dollara qədər pul alır. Qəribədir ki, intimo aktrisalar tərəf müqabili olan kişilərdən daha artıq qazanır. Bu günün ən baxımlı intimo aktrisası sayılan Genni Geymson bu yaxında Pleyboy kompaniyasının öz klubunu açıb. Klubu 30 milyona qiymətləndirirlər.
Hamı intimoqrafiyanı ürəkdən, ya da riyakarlıqla söyür və onun zorakılıq yaratdığını düşünür. Amma hamı da bilir ki, intimo materiallar rahat əldə edilən ölkələrdə cinsi zorlamalar, intimlə bağlı cinayətlər çox az olur. Misal kimi Yaponiyanı göstərirlər. Bu ölkədə intimo filmlərin göstərilməsinə icazə verilən kimi intimual cinayətlərin sayı kəskin azaldı. Eləcə də hamı düşünür ki, intimofilmlər vərdiş yaradır, «bəxtəvərlər» həyatın dadını itirir və bir növ intimo norkomanlara çevrilirlər.
Rəqəmləri  eşidib intimo aktyor olmaq fikrindən vaz keçə bilərsiz. Xüsusilə də kişilər. Bu səhədə sizin pullu gələcəyiniz görünmür, iş isə çox ağırdır. intimo sənayesinin hələ təzə-təzə çiçəkləndiyi zamanlar çəkiliş meydanına aktyoru daim «tonusda» saxlayacaq xüsusi qızlar gətirilirdi. İndi elm də bu işdə intimoya əl tutur. Aktyorun tonusunu xüsusi preparatlar saxlayır. Filmin əyər-əskikyini xüsusi kompüter proqramları səliqəyə salır. intimo ilə bağlı sahələr də inkişaf edir. Məsələn intimo sevən mehmanxana sahiblərinin qonağı həmişə olur. Bu gün İnternetin inkişaf etdiyi zaman intimo özü evinə gələ bilər. Hazırda 4,2 milyon intimo sayt dünya şəbəkəsində öz yerini tapıb. Bu hər gün 370 milyon intimoqrafiya səhifəsi deməkdir. Hər gün axtarış maşınları intimoqrafiya mövzusunda 68 milyon çağırış alır. Şəbəkədə 2,5 milyon spam məktublar email ünvanlarda rahat oturmağa qoymur.
intimoqrafiya uşaqlarımızın da həyatına soxulur. Valideynlər uşağına kompüter alan kimi onun oturub intimoya baxdığını təsəvvür etməyə başlayır. Heç nəyin məsuliyyəti çiyninə götürməyən bir cəmiyyətin valideynləri uşaqlarının həyatına soxulmuş eybəcərlikləri də məhdudlaşdırmaqda acizlik göstərirlər. Amma kompüterdə saytları ələkdən keçirən proqramlar da var, onu sadəcə yerləşdirmək lazımdı. Təmbəllik etməsək kürəyi qozbel olanacaq monitor qarşısında oturan uşaqlarımız əlindən tutub filmə, teatra, dərnəyə, rəqsə, musiqiyə apara bilərik.
BizimYol
 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 5 081
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri