Kişi və qadın arasında dostluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 092
Səs ver:
(səs: 4)
Kişi və qadın arasında dostluq mövzusu ən incə məsələlərdən biridir, çünki burada dostluq və daha intim münasibətlər arasındakı hədd kifayət qədər zərifdir. Dostluq iki insanın bir-birinə deyil, bir səmtə baxmasıdır. Bu zaman dost insanların ümumi maraqları olur. Bu əsgərlik dostluğu, alimlərin arasında dostluq və ya məsələn, quldurların arasında dostluq ola bilər. Dostluq predmeti kimi bir çox şeylər çıxış edə bilər, lakin hər iki insana maraqlı olan bir predmet yoxdursa, bu zaman dostluq olmaz.
 
Sevgi və ya aşiqlik iki insanın bir-biri üçün maraq predmeti olmasıdır ki, bu zaman bir insan digəri üçün maraqlı olur. Dostluğun hər zaman daha dərin, daha zərif və daha intim birmünasibətə keçmə riski olur. Buna görə əgər cavan oğlan və qız dostluq edirsə, bu çox yaxşıdır  İnsanlar dostluqda özlərini göstərə bilirlər. Dərin və ya səthi dostluq belə insan xarakterini göstərir.
Əgər dostluq evli kişi və ərli qadın arasında başlanırsa, bu zaman bu münasibətlər yolverilməz münasibətlərə keçə bilər. İnsanlar, xüsusilə də kişilər öz təbiətinə görə çox vaxt ehtiraslara meyilli olurlar. Gözəl qadına və ya qıza baxaraq, kişi adətən uyğun münasibət hiss etməyə başlayır.
Əgər kişi azğın ehtiraslarla mübarizə aparmağa öyrəşibsə və bunun öhdəsindən müvəffəqiyyətlə gəlirsə, bu zaman o qadınla əsl dost ola bilər və bu dostluq artıq dərin və ciddi münasibətə çevrilməz.
Aşiqlik belə bir xüsusiyyətə malikdir ki, müəyyən sərhədi keçdikdən sonra onunla mübarizə aparmaq çox çətin olur. Əgər insan həqiqətən də aşiq olubsa, bu zaman onu dayandırmaq çox çətindir, çünki hisslər onu bütün varlığı ilə bürüyür.
Aşiqlik – insanın yaşaya biləcəyi ən güclü və kəskin hisslərdən biridir ki, çox vaxt gözlənilmədən aşkar olunur.
 
Biz ruh və bədəndən ibarətik. Bizim ürəyimiz başqa insana meylin yaranması anını qaçıra bilər, halbuki bədən hələ ki susacaq. Lakin artıq bədən də reaksiya verməyə başlayanda, bu zaman ürək artıq bu təzyiqi əks edə bilməyəcək. Bunu bilmək lazımdır, lakin təəssüf ki, bir çox insanlar hesab edirlər ki, belə dostluq mümkün ola bilər, amma bu heçdə elə asan deyil.
İstənilən kişi (və ya qadın) hansısa bir qadının birdən ümumi sıradan ayrılıb başqa bir sıraya çıxmasına çox diqqətlə yanaşmalıdır (məsələn, iş yoldaşı kimi). Maraq hardasa bir-birinə qarşı həvəsin yaranmasına səbəb ola bilər. Buna görə əgər siz ailəlisinizsə, bu zaman öz həyat yoldaşınız və ya sizinlə eyni cinsdən olan bir insanla dost olmağı sizə məsləhət görürük. Kompaniya olaraq da dostluq etmək mümkündür, lakin bu zaman da kompaniyadan heç kəsi seçməmək lazımdır.
 
İnsanın sizin həyatınızda hansısa bir önəmli yer tutması dostluq və ya daha yüksək hiss arasındakı həddin keçilmiş olduğundan xəbər verir. İnsan başqa bir insandan öz asılılığını yoxlaya bilər. Bunun üçün sadəcə distansiyanı artırmaq lazımdır. Əgər bu zaman siz həmin insansız yaşaya bilmirsinisə, deməli o artıq sizin dostunuz deyil. daha yaxın adamınız olmağa başlayıb…
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 4 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri