Qadın kimdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 468
Səs ver:
(səs: 1)
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadınları bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.
Qadına Allah da böyük dəyər vermişdir. Bəşəriyyətin ən üstün xanımları 4 nəfərdir: 1 – Xanım Fatimə (s.ə), 2 – Xanım Xədicə (s.ə), 3 – Xanım Məryəm (s.ə), 4 – Xanım Asiya (s.ə). Məhəmməd Peyğəmbər (s.a.s) demişdir: Övladlarınız arasında oğlanla qıza fərq qoymayın. Fərq qoymaq lazım olsaydı mən qızları seçərdim.
İnsanlar müxtəlif olduğu kimi, onların fikirləri də fərqlidir. Qadın əslində bir uşaqdır – uşaq kimi rəftar etməyi sevər, lakin sözlərinin diqqətə alınmasını istər. Qadın gücdür, lakin o gücünü hər zaman nümayiş etdirməyi sevməz. Qadın sevgidir – çətin sevər, amma tam mənasıyla sevər. Qadın dünyadır – o dünyaya hər kəs girə bilməz. Qadın müdrikdir – xəyal edə bilmədiyiniz nələr edər o. Qadın həyatdır, çünki həyat onunla gözəldir. Qadın həyatı, yaşamı bizə bəxş edən ən gözəl, ən müqəddəs varlıq, zərif çiyinlərində çox zaman ağır yük daşıyan, cəmiyyətə yararlı övladlar böyüdən, pis-yaxşı gününə şükr edən, öz namusunu başqaları üçün deyil, özü üçün qoruyub saxlayan, evini cənnətə çevirən anadır, bacıdır. Qadın cənnətdir, qadın iffətdir, qadın anadır. Qadın Peyğəmbəri (s.a.s) dünyaya gətirəndir.
Tək Qadın Anadır, Ana Müqəddəs,
Ana məhəbbəti heç vaxt bitməz,
Ana-bacısına hörmət edən kəs,
Namuslu qadına heç vaxt ilişməz.
Qadın dediyin – Anadır! Bəşəriyyətə övlad bəxş edən ana… Övladlarının yaraşıqlısı – çirkini var, ağıllısı – dəlisi var, sakiti – dəcəli var… Amma Ana üçün fərqi yoxdur.
Qadın dediyin – Anadır! Babalar demiş, kirpiyi ilə od götürüb, yuxusuz gecələrində bezməyən, balasını canı ilə, qanı ilə bəsləyən Ana… Bunu başa düşən və başa düşməyən, qiymətləndirən və qiymətləndirməyən balalar var… Amma Ana üçün fərqi yoxdur.
Qadın dediyin – Anadır! Özünü balasına qurban edən, balasını isə Vətəninə qurban verməyi bacaran Ana…
Qadınlar anadı, bacıdı, yardı…
Adı da, özü də bizə müqəddəs,
Onlarsız bu həyat, necə olardı? 
Ey məni dünyaya gətirən qadın,
İlk sənin adını söylədiyimçün,
Dilimdən bir ömür düşməyir adın… 
Anasız sevinməz ürəklərimiz,
O bizi həyata gətirib,demək,
Qadın hesabına yaşayırıq biz …
Məhəmməd Peyğəmbər (s.a.s) buyurur: Kişinin Allahdan qorxmaqdan sonra görə biləcəyi ən böyük xeyir – əməlisaleh qadındır. Qadın – Xanım adına layiq, hər zaman diqqət mərkəzində olmağa can atan, nadir hallarda zəifliyini bildirən, çox zaman qayğıkeş, çox zamansa qayğılı olan, həyatın hər anlamında doyunca yaşamaq hissilə alışsa da, əlində olanlarla kifayətlənirmiş kimi görünən uca bir varlıqdır. Qadın möcüzəli, sirli bir xəzinədir. Qadın həm də sevən, hörmət bəsləyən sadiq həyat yoldaşıdır. Sevən ürəyin həzin nəğməsi, görən gözün nurudur. O həm sevgili, həm də dostdur. İçində azadlıq alovu yanan varlıq, sevilməyi, sevməyi, əzizlənməyi, qiymətləndirilməyi gözləyən incə məxluqdur.
Qadın sadə bir insandır. İnsan olaraq kişi ilə bərabər hüquqlara malik, cəmiyyətdə mövqeyi olan vətəndaşdır, gərəkirsə əsgərdir.
Qadın kişinin yarımbənzəridir, böyük qurucudur. Yorulmadan həm evi, həm də cəmiyyətdəki mövqeyini idarə edə biləndir. Qadın – dərd ortağı, dar günün yoldaşı, kişinin ən yaxşı sirdaşı, bəşəriyyətin anasıdır. Şair Tofiq Bayram da öz şeirində belə demişdir:
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir. 
O əsil qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daim üzünüz gülsün, əziz Qadınlar!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri