Xanimlar: Televizora çox baxan tez ölür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 224
Səs ver:
(səs: 1)
alt


Televizora çox baxan tez ölür


Televizor qarşısında uzun zaman oturmaq erkən ölüm riskini artırır. Bu maraqlı nəticələr Avstraliyada aparılan araşdırmalarda əldə edilib. Altı il davam edən araşdırma ürəklə bağlı problemi olmayan, yaşı 25 yaşdan yuxarı 8 min 800 nəfər üzərində aparılıb

 Nəticələrə görə, gündə 4 saat və ya daha çox televizor qarşısında qalanların ürək xəstəliyindən ölmə ehtimalı gündə 2 saatdan az ekran qarşısında oturanlara nisbətən 80 faiz daha çoxdur.
 Televizor qarşısında keçirilən hər əlavə bir saat ürək xəstəliklərindən ölmə riskini 18, başqa səbəblərdən vəfat etmə riskini isə 11 faiz artırır Belə nəticənin əldə edilməsinə səbəb isə insanların televizor izləyərkən hərəkətsiz qalmasıdır

 Araşdırmaya rəhbərlik edən professor Dr.David Dunstanın sözlərinə görə, uzun zaman hərəkətsiz qalanda əzələlər işləmir və bu da müəyyən problemlərə yol açır . Uzun müddət televizor qarşısında oturandan sonra idman etmək də dəymiş ziyanı aradan qaldırmaq üçün kifayət deyil

 Həkimlər bunun qarşısını almaq üçün televizor izləyən zaman insanlara hərəkət etməyi məsləhət görür. Məsələn, insanlar reklamlarda tv qarşısından durmalı, gəzişməlidirlər Hətda ekran qarşısında belə bəzi hərəkətlər etmək lazımdır
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri