Tanışlıq üçün ilk addımı qadınlar da ata bilər, amma...

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3747
Paylaş:
Səs ver:
(səs: 0)

alt

 

Bu duyğu çox qadının ürəyindən keçir: gözəl bir kişi ilə qarşılaşandan sonra onunla tanış olmaq həvəsi. Hamı elə fikirləşir ki, tanışlıq üçün ən çox əziyyət çəkən tərəf qadınlar olur. Çünki "mədəni qadın heç vaxt küçədə tanış olmaz!" fikri daim onların qabağına sədd çəkir. Ancaq psixoloqlar zərif cinsin nümayəndələrinə məsləhət görürlər ki, heç vaxt taleyin hədiyyəsini gözləməsinlər. Birinci addımı atmaqdan çəkinməyin və yadda saxlayın ki, ən əsası sizin səmimiyyətiniz və xoş niyyətli olmağınızdır. Çinlilər yaxşı deyiblər: "Təbəssüm bütün qapıları açır!"

Axır vaxtlar tanış olmağın yeni üsulları - İnternet, televiziya və ya hansısa tanışlıq bürolarının vasitəsilə evlənmək geniş yayılmışdır. Bunun üçün qadınlar ilk növbədə kişilərin təqdim etdiyi anketlərlə yaxından tanış olmalıdırlar (əgər "anketdə evlənmək istəyirəm" və s. kimi elanlar varsa, bunun səmimiyyətinə o qədər də inanmayın). Özünüz anket təqdim edərkən isə bütün cəhətlərinizi qeyd etməyin. Əgər parametrləri sizə uyğun hər hansı bir kişinin anketini tapmısınızsa, ona tanış olmaq təklifi ilə qısaca məktub yazın. Bir şəkil göndərməyi də unutmayın.


Heç vaxt əvvəlki uğursuz tanışlıqlarınızdan söhbət açmayın. Çünki hər bir kişi ürəyinin dərinliyində inanır ki, o yeganədir.


Görüş yerini özünüz təyin edin. Ürək qızdırırsınızsa, onunla kafeyə də gedə bilərsiniz. Ancaq ciddi tanışlıq üçün sakit və romantik yer lazımdır.


Münasibətlərdə istənilən uğurun əldə edilməsi üçün iki qaydaya xüsusi diqqət yetirin. Birinci qayda: birdəfəlik yadda saxlayın ki, ilk addım atmağınızda pis heç nə yoxdur.


Bəli, xoşladığınız insanla tanış olmağa öncə siz cəhd göstərmisiniz, ilk dəfə siz onun adını soruşmusunuz. Və yaxud elə şərait yaratmısınız ki, qarışınızdakı sizinlə tanışlığa səy göstərib. Kim ki "mədəni qızlar bu cür iş tutmazlar" deyə düşünürsə, gec-tez öz səhvini başa düşəcək.


İkinci qayda: hadisələrin gedişində əsl qadın təbiətli olmaq vacibdir. Heç vaxt "qırsaqqız" olmayın. Bu sizin ziyanınıza olacaq. Deyilənlərə əməl etsəniz, kişiləri ələ almaq prosesinin daha maraqlı olduğunu görəcəksiniz.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 3747
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook