Nazlı Xanımlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 251
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/2012-02-24/1330059605-367.jpg
1. İlk növbədə özünə inanar. Həyatını özü qurar, qürurludur, heç kimə əl açıb gözləməz

2. Kişinin arxasınca düşməz. Ayın, günəşin ya da ulduzların ancaq kişilərin ətrafında fırlanmadığını yaxşı bilir. Nazlı xanım ümidsizcə kişinin arxasınca qaçmaz və ya daima onu nəzarətdə saxlamaz. Qısası həyatının mənası yalnız sevdiyi kişi deyil.

3. Sirlidir Səmimidir ancaq hər şeyi bir anda ifşa etməz. Əlindəki kartları isə uca səslə açmamağı üstün bilər.

4. Bəzən kişini maraq içində saxlamaq lazım olduğunu yaxşı bilir. Onunla hər gün görüşməz çünki etməli olduğu başqa işlər də var. Uzun uzadı mesajlar yazıb virtual sevgiliyə çevrilməyi də xoşlamaz. Kişi onu sevgiylə gözləməlidir.

5. Səhv başa düşülməyə qətiyyən icazə verməz amma incidilmiş olduğunda da onunla əlaqə yaratmağa imkan verməz. Sakitləşdikdən sonra isə inciməyinin səbəblərini sakit və aydın şəkildə izah edər. 

6. Vaxta nəzarəti əlində saxlayar. Amma bunu qarşısındakına bildirməz.

7. Hər zaman zarafat etməyi bacarar. Bunu sayəsində də həyatındakı insanın üzünü güldürməyə nail olar.

8. Özünə dəyər verir. Tərif və gözəl sözlər deyildiyi zaman gülümsəyərək təşəkkür edir. Həyatındakı insanın əvvəlki əlaqələrini sorğu-sual etməz və özünü başqa qadınlarla müqayisə etməz.

9. Həyatındakı kişidən öndə olan bağlılıqları da var. Hobbiləri, dostları, işi və ya ailəsi də onunu üçün sevgisi qədər vacibdir. Həyatındakı insan yanında olmadığı zaman və ya ona ayıracaq kifayət qədər vaxtı olmadığı zamanlarda onu günahlandırmaz, çünki vaxtını keçirə biləcəyi başqa məşğuliyyətləri də vardır.

10. Bədəninə xüsusilə diqqət yetirər. Görünüşü və sağlığı onun üçün vacibdir. Özünə olan inamının fiziki görünüşündə də əks olunmasının vacib olduğu fikrindədir.

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 251
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri