Özün ol!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 005
Səs ver:
(səs: 1)
 

Əsla maska taxma! Hirslisənsə hirsli ol. Bu risklidir, amma gülümsəmə, Çünki bu dürüst olmaz.
Bütün mexanizmin tərs üz olmuş. Çünki qəzəblənmək istədiyində qəzəblənmədin, nifrət etmək istədiyində etmədin. İndi sevmək istəyirsən, Birdən mexanizminin işləmədiyi fərqinə varırsan.Hirsini basdıran insanlar həmişə çox yeyərlər. Hirsli insanlar daha çox siqaret çəkərlər. Çünki hirs dırnaq və dişlərdən boşaldılar.
Həqiqi ol! İndiki zamana sadiq qal. Çünki bütün yalanlar keçmişdən ya da gələcəkdən içəri süzülər. Keçmişi bir yük kimi üzərində daşıma;Gərəksiz yerə də gələcəklə məşğul olma!

 

Pula ehtiyacın yoxmuş kimi işlə...
Kimsə səni üzmürmüş kimi sev...
Kimsə səni seyr etmirmiş kimi rəqs et...
Kimsə səni dinləmirmiş kimi mahnı oxu...
Cənnət dünyadaymış kimi yaşa!...

Həyatı itirməkdən daha ağrılı bir şey vardır: Həyatın mənasını itirmək.
Və hər şey bitincə, bir parça mahnıdır geriyə qalan...

Qarşıdurmaya müqavimət göstərmək, ondan qaçmaq, çəkinmək yalnız onu artırmaq deməkdir və qarşıdurma qarışıqlıq, mərhəmətsizlik, sərtlik deməkdir. Qarşıdurma yaşayan bir zehin şəfqətli ola bilməz, tam şəfqət belə bir zehində ola bilməz. Bu səbəbdən zehin müqavimət, çəkinmə, sanı olmadan qarşıdurmanın fərqində olmalıdır. Bu hərəkətdən intizam doğular-elastik bir intizam; hər hansı bir düstura, qəlibə, təzyiqə söykənən bir intizam. Bu, içdəki qarşıdurmanı bütün məzmunuyla müşahidə etmək deməkdir və bu müşahidə özüylə birlikdə, təbiiliklə, səysiz olaraq bir intizamı da gətirər. Sizdə bu intizam olmalıdır. İntizam sözcüyünü açıqlıq mənasında, qəti və sağlam düşünə bilən bir zehin mənasında istifadə edirəm; qarşıdurma varsa belə bir zehininiz ola bilməz.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 005
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri