2016-ci il dəb tendensiyaları ilə tanış olun

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 2 792
Səs ver:
(səs: 6)
Moda sənayesi öz qanunlarını diktə edir! Hər saniyə yeni tendensiyalar yaranır.  

Alt paltarı mövzusu
Alt paltarı mövzusu baharın əsas tendensiyalardan biri olacaq. Bütün moda həftələrində dizaynerlərin əksəriyyəti alt paltarı mövzusuna müraciət etmişdi. Donlardan tutmuş kostyumlara qədər hər geyimdə pijama üslubunun təsiri hiss olunur. Məsələn, "Dior”, "Calvin Klein”, "Givenchy”, "Balenciaga” kimi moda evlərinin kolleksiyalarında krujevalı alt paltarlarını xatırladan nümunələrə rast gəlmək olar. Bundan başqa, bir çox kutürye qadın seksuallığını vurğulamaq qərarına gələrək podiuma çılpaq çiyinli modellər çıxarıb.
 
İspansayağı stil
"Proenza Schouler”, "Diane von Furstenberg”, "Michael Kors”, "Oscar de la Renta” kimi moda evlərinin kolleksiyalarında ispan üslubu özünü göstərir. Alessandro Mikele də  "Gucci”-nin kruiz kolleksiyasında ispan  üslubuna yer ayırıb. Dizaynerlər sanki hamısı sözləşərək öz kolleksiyasında cəsarətli qırmızı rəngə  və digər ispan motivlərinə üstünlük veriblər. Qısası, mürəkkəb toxunmalar, krujevalar, korset və volanlar 2016-cı ilin əsas tendensiyası olacaq.
 
Romantika
Əgər romantikanın öldüyünü hesab edirsinizsə, yanılırsınız. Dizaynerlər yekdilliklə 2016-cı ilin yaz-yay kolleksiyasında podiumda şifon don, köynək, lələk və büzmələr, pastel çalarlarını nümayiş etdiriblər.
 
"Valentino”, "Roberto Cavalli”, "Alexander Mcqueen”, "Balenciaga”,  o cümlədən, "Blumarine” kimi moda evlərinin hazırladığı kolleksiyalar sentimental qızların xoşuna gələcək. Odur ki, romantikadan ilham almağa indidən hazırlaşın.
 
Parlaq rənglər, həndəsi fiqurlar
 
Həndəsi fiqurlar ötən il dəbdə olduğu kimi, bu il də öz hakimiyyətini davam etdirmək niyyətindədir. Belə ki, dizaynerlərin bir çoxu yay kolleksiyalarında həndəsi naxışların əks olunduğu geyimlər təklif edirlər. Bu tendensiya "Salvatore Ferragamo”, "Missoni”, "Prada”, "Tommy Hilfiger”, "Dolce & Gabbana” kimi brendlərin kolleksiyalarında yaranıb. Bəzi dizaynerlər göy qurşağının bütün klassik rənglərini seçib, digərləri isə bir neçə rəngi bir geyimə səpələmək qərarına gəlib.
 
Yüngül cinslər
Hamıya məlumdur ki, cinslər ilin istənilən vaxtında aktualdır. Lakin bu fakt dizaynerlərin cins üzərində yeni eksperimentlər aparmasına mane olmayıb. Dizaynerlər bu dəfə hətta donları da yüngül cins parçadan hazırlayıblar.
 
Bu tendensiya "Opening Ceremony”, "Jil Sander Navy”, "Gabriela Hearst” kimi brendlərin kolleksiyalarında nəzərə çarpır. Fikrimcə, bu tendensiyanı bahar aylarının ən əlverişli trendlərindən biri adlandırmaq olar. Birincisi, bu rahatdır. İkincisi isə cinslər istənilən bədən quruluşunda əla görünür, üstəlik, bütün qüsurları gizlədir.
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 2 792
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri